Elçin Nəbiyev (10 dekabr 1967, Xalatala, Balakən rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycanlı hərbçi-şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, A. R. Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi vəzifəsinin icraçısı, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsinin iştirakçısı.
Elçin Nəbiyev | |
---|---|
Elçin Fikrət oğlu Nəbiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 2021 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | helikopter qəzası |
Dəfn yeri | İkinci Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | –2021 |
İlk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.[1]
Elçin Nəbiyev sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib.[2] Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.[3]
44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.[4]
30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzasında həlak olub. Dövlət Sərhəd Xidmətinin hadisə ilə bağlı rəsmi açıqlamasında ehtiyatda olan polkovnikin "işçi Nəbiyev" kimi qeyd olunması Azərbaycan mediasında birmənalı qarşılanmayıb.[5][6]