Elçin Talıbov

Elçin Talıbov (d. 27 fevral 1990) — Azərbaycanlı para-cüdoçu. Elçin Talıbov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Elçin Talıbov
Şəxsi məlumatlar
Tam adı Elçin Kamal oğlu Talıbov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (33 yaş)
İdman növü Para-cüdo

Elçin Talıbovun böyük qardaşı, Natiq Talıbovda cüdo idman növü ilə məşğul olur və IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Karyerası[redaktə | mənbəni redaktə et]

Elçin Talıbov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -66 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Rəcəb Çiftçini 002:000 və Özbəkistan idmançısı Utkirjon Niqmatovu 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Elçin Talıbov, Azərbaycan cüdoçusu Bayram Mustafayevi 010:000 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]