Elşən Əzim

Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; 28 avqust 1975, Zülfüqarlı, Kəlbəcər rayonu) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru.

Elşən Əzim
Doğum tarixi 28 avqust 1975(1975-08-28) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti şair, müəllim, yazıçı
İstiqamət şeir, hekayə
Üzvlüyü

Həyatı[redaktə | mənbəni redaktə et]

Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib.[1]

Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir.

Şeirləri Rus, Belarus, Bolqar, Türk, Qırğız, Qazax, Özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır.

2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkək şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

2013-cü ilin iyun ayında Türk Dünyası Yazarlarının Bakı Toplantısında Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən Türk Dünyasına Xidmət Ödülü ilə mükafatlandırılıb.[2]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Könlümə yağan yağış, Bakı, "Şur", 2000
  • Yuxu danışıram, Bakı, "Borçalı", 2006
  • İllərin o tayı, Bakı, "Qanun", 2014

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Esmira Hidayətova, Fuad Bayramov. "Çox kövrək olmuşam" (az.). "Zaman" qəzeti. 2014-11-25. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
  2. "Elşən Əzim – 40" (az.). kultur.az. 2015-08-28. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-03.