Dünya Gənc Türk Yazarlar Birliyi

Dünya Gənc Türk Yazarlar Birliyi — uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum.[1]

Dünya Gənc Türk Yazarlar Birliyi
"Dünya Gənc Türk Yazarlar Birliyi"
Növü ictimai birlik
Fəaliyyəti gənc türk yazarların birliyi
Yaranma tarixi 1998
Rəsmi dili azərbaycan dili
Mərkəzi
Fəaliyyət göstərdiyi yer Bakı şəhəri
Qurucusu Əkbər Mehdi oğlu Yolçuyev
Sədr İntiqam Yaşar
nayora.org

Tarixi[redaktə | mənbəni redaktə et]

Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə təsis olunub. 1999-cu il dövlət qeydiyyatından keçərək ictimai fəaliyyətlə məşğuldur. Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyevdir. Təşkilat Uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr ger¬çəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir.[1]

Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib.[1]

Təşkilata 1998-2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013-2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014-2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib.[2]

2019-cu ildə Cavanşir İntiqam Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və topluluqlarında təmsilçiləri fəaliyyət göstərir. Təşkilat olaraq "Dünya Gənc Türk Yazarlar Birliyi" Türk dünyasında gənc yazarların 2007-ci il 2 fevral günü "Gənclər mükafatı"na layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin seçkili orqanlarında təmsil olunan üzvlərinin hamısı Azərbaycanın və digər türk ölkə və topluluqlarının diplom və fəxri fərmanlarına layiq görülüb. DGTYB Qırğız REspublikasının Milli Yazıçılar Birliyi, Özbəkistan Respublikasının "Gənc Yaradıcılar Birliyi" və s. qurumlarla birgə əmaəkdaşlığa dair Memorandumlar imzalayıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 ""Dünya Gənc Türk Yazarlar Birliyi" İctimai Birliyi". 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  2. 1 2 "DGTYB konfransı keçirildi - İntiqam Yaşar başqan seçildi". 2019-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.