Elşad Ələsgərov

Elşad Ələsgərov — Kikboksinq idman növü üzrə dünya və Avropa çempionu, Azərbaycan Respublikasının idman ustası[1].

Elşad Ələsgərov
Elşad Oruc oğlu Ələsgərov
Ümumi məlumatlar
Çəkisi 54 kq
Doğum tarixi (33 yaş)
Doğum yeri Quba
Stili K-1
Məşqçisi Elnur Əliyev
Elşən Əbdülrəhimov

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

28 iyun 1990-cı ildə Quba rayonu Zərdabi qəsəbəsində anadan olub. İlk orta təhsilini Zərdabi qəsəbəsi Bayram Şixəmirov adına tam orta məktəbində almışdır. 1996-cı ildən isə kikboksinq idman növü ilə məşğul olur. 2008-ci ildə orta mətkəbi bitirib. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Orta məktəb illərindən respublika çempionu, mükafatçısı, dünya mükafatçısı kimi nəticələr əldə etmişdir[2].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir. Bir övladı var.

İdman karyerası[redaktə | mənbəni redaktə et]

  • 2010-cu ildə WAKO versiyası üzrə Avropa çempionu olub.
  • 2011-ci ildə Macarıstanda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya, 2011-ci ildə Ukraynanın Fiadorsia şəhərində kikboksinqin WPKA versiyası üzrə dünya çempionu və dünya kubokunun qalibi olub.
  • 2012 ci ildə Makedoniyada keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında kişilərarası 2-ci yerə layiq görülüb.
  • 2012–2013-cü illərdə ön cəbhədə xidmət edib. Nümunəvi xidmətlərinə görə hərbi hissi rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.
  • 2014-cü ildə Yunanıstanın Santorini adasında kikboksinqin WPKA versiyası üzrə dünya çempionu olib.
  • 2015 ci ilde Serbiyada Kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olub.
  • 2015-ci ildə Serbiyada keçirilən dünya çempionatında Elşad Ələsgərov finalda qarşılaşdığı türkiyəli rəqibi Soner Şenlə bayraq dəyişdirməsi,Türkiyə mediasının diqqətini cəlb etmişdi[3].
  • 2016-cı ildə Sloveniyada keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.
  • 2016-cı ildə kikboksinqin K-1 WAKO PRO dünya kəməri uğrunda 5 raundan ibarət peşəkar döyüşünə vəsiqə qazanaraq Azərbaycanı təmsil edib.

Ümumi nəticələri[redaktə | mənbəni redaktə et]

9 dəfə Azərbaycan çempionu, 3 dəfə WPKA üzrə dünya çempionu, bir dəfə WPKA üzrə dünya ikincisi, 1 dəfə WAKO üzrə Avropa çempionu, 1 dəfə WAKO üzrə Avropa üçüncüsü, bir dəfə WAKO versiyası üzrə Dünya Çempionu, dəfələrlə peşəkar döyüşlərin qalibi olmuşdur[4].

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2015-ci ildə idmanın inkişafında xidmətlərinə görə,Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
  • 2015-ci ildə Azərbaycan Respublikasının "idman ustası" adına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlk çempion: "Bir səhvindən sonra onunla əlaqəni tamam kəsdim"". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  2. "Kikboksinq üzrə Dünya çempionu". 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  3. "Azərbaycanlı və türk döyüşçülər bayraq dəyişdirdi". 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
  4. "Kikboksinqin K-1 versiyasında qızıl medal Azərbaycana 6 ildən sonra nəsib oldu". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.