Elşad Əli oğlu Əliyev (27 sentyabr 1972, Nehrəm, Naxçıvan rayonu – 1994) — Birinci Qarabağ Müharibəsi şəhidi.
Elşad Əliyev | |
---|---|
Elşad Əli oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 1994 |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Əli Əliyev |
Anası | Əfruz Əliyeva |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Əsgər |
Döyüşlər | Ağdam, Qərvənd (Füzuli) |
Elşad Əli oğlu Əliyev 27 sentyabr 1972-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində anadan olub.
1979–1989-cu illərdə Nehrəm qəsəbəsi 2№-li orta məktəbində oxumuşdur.
1990-cı ildə ordu sıralarında hərbi xidmətə çağırılmış və daha sonra siyasi vəziyyətin gərgin olması səbəbi ilə Rusiyada Sovet ordusundakı hərbi xidmətini Azərbaycan ordusunda davam etdirməli olmuşdur.
1992-ci ildə könüllü şəkildə Qarabağa[1] yollanır və bir çox ağır hərbi əməliyyatlarda iştirak edir.
Xüsusilə də Ağdam rayonu[2] ətrafında gedən döyüşlərdə ən qızğın, ən çətin, ən ağır əməliyyatlarda kəşfiyyat dəstəsinin əsgəri kimi düşmən mövqelərinə keçərək qəhrəmanlıqlar göstərir. Ön sıralarda vuruşan Elşad döyüş tapşırıqlarını yüksək, dəqiq və qərəzsiz formada yerinə yetirir.
1993-cü ildə hərbi xidmətdən qısa müddətli məzuniyyət götürərək doğulub, boya başa çatdığı Nehrəm qəsəbəsinə qayıdır.
Qısa müddətli məzuniyyətdən sonra yenidən könüllü şəkildə hərbiyə qayıdan Elşad bir çox uğurlu əməliyyatlarda iştirakına davam edir. 1994-cü ildə Füzuli rayonu Qərvənd kəndi ərazisində hərbi əməliyyatı yerinə yetirən zaman minaya düşür. Silahdaşı Elşadın yanına çatanda Elşadın son sözləri bunlar olur: "Anama və nişanlıma deyin ki, Elşad Qaravənd kəndinin ətrafında şəhid oldu!"
Azərbaycan qəhrəmanlıq salnaməsində nehrəmli şəhidlər.[3]