Elşad Elşən oğlu Baloğlanlı (18 yanvar 2002, Günəşli, Biləsuvar rayonu – 18 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elşad Baloğlanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Günəşli, Biləsuvar rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Günəşli, Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Elşad Baloğlanlı 18 yanvar 2002-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Elşad Baloğlanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]