El-Hierro

İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir.

İerro
El Hierro
Ümumi məlumatlar
Sahəsi
  • 269 km²
Hündür nöqtəsi 1.501 m
Əhalisi
  • 10.968 nəf. (2019)
Yerləşməsi
27°44′ şm. e. 18°03′ q. u.HGYO
Ölkə
İerro xəritədə
İerro
İerro
İerro xəritədə
İerro
İerro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir[2]. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir.

İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir. Valverdedə olan "Instituto Vulcanológıco de Canarias" seysmik stansiyası 17 iyul 2011-ci il tarixində adada bir sıra zəlzələlər qeydə almışdır. Həmçinin 11 noyabr 2011-ci il tarixdə 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə İspaniyanın Milli Coğrafiya İnstitutu məlumat yayıb. Zəlzələ nəticəsində adanın mərkəzi avtomobil yolu dağılıb. Zəlzələnin ocağı 17–24 km dərinliyində aşkarlanıb. Bu, iyulun əvvəlindən qeydə alınmış ən güclü yeraltı təkan kimi qeydə alınıb.[3]

Kanar adaları

İnzibati quruluş və əhali

[redaktə | mənbəni redaktə et]

İerro İspaniyanın Kanar adaları Muxtar Birliyinə aid Santa-Kruz da Tenerife əyalətinin bir hissəsidir. Mərkəzi Valverde şəhəridir. Ada əhalisi 2010-cu ilin məlumatına görə 10 960 nəfərdir ki, bunun 5 035 nəfəri ada mərkəzində yaşayır. Valverdedə "Cabildo da El Hierro" (İerro Məclisi) yerli idarəsi var. Adada 3 bələdiyyə fəaliyyət göstərir: La-Frontera, El-Pinar, Valverde.

Bütün Kanar adaları olduğu kimi İerro adası da turistləri cəlb edən turizm mərkəzidir.

İerro bayrağı İerro gerbi
  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Roman dilləri-Dəmir sözü Arxivləşdirilib 2019-11-03 at the Wayback Machine
  3. İspaniyada zəlzələ-İerroda zəlzələ Arxivləşdirilib 2011-11-13 at the Wayback Machine