El Salvadorda bandalara qarşı müharibə

El Salvadorda bandalara qarşı müharibə (isp. Guerra contra las pandillas en El Salvador) - 2022-ci ilin mart ayından etibarən Şimali Amerikada yerləşən El Salvadorda fəaliyyət göstərən cinayətkar qruplaşmara qarşı başladılmış silahlı müharibə. El Salvador hökuməti ölkədəki cinayətlərin sayının artmasında cinayətkar dəstələri günahlandırmış və çıxış yolu kimi ölkədəki bütün kartel, banda və digər təyinatlı cinayətklar birləşmələrin tamamilə zərərsizləşdirilməsini göstərmişdir.

El Salvadorda bandalara qarşı müharibə
isp. Guerra contra las pandillas en El Salvador
Saat əqrəbi istiqamətində; polis tərəfindən şübhəli dəstə mənsublarının saxlanılması, polislərin lokal evlərdə apardığı axtarışlar, həbsdə olan dəstə üzvləri, küçələrdə patrul xidməti göstərən əsgərlər.
Saat əqrəbi istiqamətində; polis tərəfindən şübhəli dəstə mənsublarının saxlanılması, polislərin lokal evlərdə apardığı axtarışlar, həbsdə olan dəstə üzvləri, küçələrdə patrul xidməti göstərən əsgərlər.
Tarix 27 mart, 2022 - davam edir
Yeri El Salvador
Səbəbi El Salvadorda yerli bandaların təsir dairəsini azaltmaq və cinayətkarlıq indeksini aşağı salmaq
Ərazi dəyişikliyi Ölkə boyu
Münaqişə tərəfləri

El Salvador hökuməti

Komandan(lar)

Mərkəzləşdirilməmiş rəhbərlik mövcud deyil

Nayib Bukele
Ernesto Kastro
Rene Merino Monroy

Ümumi itkilər
41+ (2024-cü ilin aprel ayına olan məlumata görə)[1]
78,175 nəfər cinayətkar dəstə mənsubu həbs edilib (2024-cü ilin aprel ayına olan məlumata görə)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024-cü ilin 2 aprel tarixinə qədər olan məlumata əsasən yerli ordu və digər güc strukturları tərəfindən 79.184 nəfər lokal banda və dəstələrə mənsub olmaqda günahlandırılaraq həbs edilib.[2] On minlərlə insanın həbs edilməsi, ölkədəki məhbus sayını kəskin formada yüksəldib və nəticədə 2023-cü ildə ölkə dünyadakı ən yüksək məhbus nisbətinə malik ölkəyə çevirilib.[3] 2023-cü ilin 16 may tarixində nisbətən yüngül cinayətlər törətmiş 5 min nəfərə yaxın şəxs həbsxanalardan azadlığa buraxılıb.[4]

2023-cü ilin yanvarında El Salvadorun Müdafiə Naziri Rene Merino Monroy açıqladığı məlumatlarda 2022-ci ildə ölkədə 496 qətl hadisənin qeydə alındığını açıqlamışdır. 2021-ci ildə baş vermiş 1.147 qətl hadisəsinə nəzərən bu rəqəm 56.8% bir azalma anlamına gəlməkdədir.[5] 2021-ci ildə ölkənin Sen Vinsent departamentində 40 min məhbus üçün nəzərdə tutulmuş Terrorla Mübarizə Mərkəzi adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsi fəaliyyətə başlamışdır.[6]

CECOT qısaltması ilə tanınan mərkəz Şimali AmerikaCənubi Amerikanın ən böyük cəzaçəkmə müəssisəsi hesab olunur. 2023-cü ilin 9 iyul tarixinə olan məlumata əsasən həbsxanada 12.500-dən çox məhbus saxlanılmaqdadır.[7]

El Salvadorda kriminal qruplaşmalara qarşı başladılmış bu mübarizə əsas etibarı ilə yerli xalq tərəfindən məmuniyyətlə qarşılanmışdır. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti El Salvadorda qısa zaman kəsiyində 70 mindən çox ölkə vətəndaşının qruplaşma mənsubu olmaq ittihamı ilə həbs olunmasının doğru olmadığını və yayılmlanmış görüntülərin insanlıq əleyhinə olduğundan narahatlıqlarını ifadə ediblər. Beynəlxalq təşkilatlar hesab edirlər ki, həbslər zamanı polis tərəfindən şiddət, zorakalıq və fiziki xəsarət yetirmə halları tez-tez baş verir və həmin hallar sonradan araşdırılmır.

El Salvadorun Prezidenti Nayib Bukele banda mənsubların kütləvi həbs edilməsinə qarşı çıxan təşkilat və xarici dövlət rəsmilərini El Salvadorun daxili işlərinə qarışmaqda ittiham edib və əlavə edib ki, əgər kimsə həmin banda mənsublarını qəbul etmək və öz ölkəsində görmək istəyirsə, El Salvador məmuniyyətlə həmin şəxsləri sözügedən ölkələrə verməyə hazırdır. Uzun illər təkcə Mərkəzi Amerikanın yox, dünyada ən təhlükəli ölkələrdən biri hesab olunan El Salvadorda cinayətkarlıq nisbəti kəskin formada aşağı düşüb və keçmiş banda mənsublarının 96% hal-hazırda həbsxanalarda saxlanılır.

Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, EkvadorPeru kimi ölkələrdəki mütəxəssislər cinayətkər dəstələrlə mübarizədə El Salvador nümnunəsini yaxından izləməyə davam etməkdədirlər və yerli hökumətlər tərəfindən bu nümunənin öz ölkələrindəki cinayətkər qruplaşmalara qarşı mübarizədə tətbiq etməyin mümkünlüyü barədə müzakirələr aparılır.[8]

Tarixi cinayətkarlıq nisbətləri

[redaktə | mənbəni redaktə et]
El Salvadorun dövlət başçısı Nayib Bukele Prezidenti kimi ilk çıxışını edən zaman. (1 iyun, 2019)

Onilliklər ərzində El Salvador dünyada cinayətkar qruplaşmalar tərəfindən həyata keçiriən cinayətlər nisbətində uzun müddət liderlik etmişdir. 2015-ci ilin məlumatlarına əsasən ölkədə adam öldürmə nisbəti hər 100 min nəfərə 103 qətl və ya həmin qeydə alınan 6.650 cinayət hadisəsi ilə Qərb yarımkürəsinin ən yüksək göstərici olaraq qəbul edilmişdir.[9] 2018-ci ildə cinayətkarlıq nisbəti 100 min nəfərə 52 cinayət hadisəsinə qədər azalmışdır. 2018-ci ildə ölkədə 3.340 əsasən qətllə nəticələnmiş cinayət hadisəsi baş verib.[10]

2019-cu ilin iyununda yeni seçilmiş dövlət başçısı Nayib Bukele yerli bandalar və cinayətkar qruplaşmalar tərəfindən törədilən zorakılıq halları ilə mübarizəni öz administrasiyası üçün öncəlikli prioritet olduğunu elan edib.[11] Yeni ölkə rəhbərliyi tərəfindən hazırlanmış Ərazi Nəzarəti üzrə Plan lahiyəsi El Salvadordakı cinayətkar qruplaşma və bandaların kökünü tamamilə kəsmək və ölkəni dünyanın ən təhlükəsiz ölkələrdən birinə çevirməyi hədəfləməkdədir.

2019-cu ildə qəbul edilmiş sözügedən dövlət proqramına əsasən yerli bələdiyyələrdə xüsusi növ hərbi və polis təşkilatlarının yaradılması, cinayətkar qruplaşmalarla əlaqəsi olan şəxslərin həbs edilməsi, yeni və daha ciddi rejimli həbxsanaların tikilməsi, həbxsanalarda mobil telefonlardan istifadənin tamamilə qadağan edilməsi, karantin rejimlərinin tətbiqi, habelə polisin istifadə etdiyi avadanlıq və texnologiyanın təkmilləşdirilməsi daxildir. Həmin nəzarət Plan yerli mülkü polis və ordu mənsublarına cinayətkar qruplaşmalarla mübarizədə daha çox üstünlük və hərəkət azadlığı tanımaqdadır.[12]

2021-ci ildə El Salvadordakı cinayətkarlıq nisbəti 1992-ci ildə başa çatmış Salvador Vətəndaş müharibəsindən sonrakı ən aşağı səviyyəyə çatmışdır. 2021-ci ildə hər 100 min nəfərə düşən cinayət hadisəsi nisbəti cəmi 18 olmuşdur.[13] Cinayətkarlıq hadisələrinin azalması 2016-cı ildən etibarən başlasa da, Nayib Bukele baş verən azalmanı öz hökumətinin apardığı siyasətlə əlaqələndirmişdir.[11] Bukele etdiyi çıxışlarında cinayətkarlıqla bağlı tez-tez nisbətlər təqdim etməklə əldə etdikləri uğurlardan danışmaqdadır.[14]

Yerli cinayətkar qruplaşmalara qarşı aparılan reydlər zamanı lokal polis qüvvələri. (Saraqosa şəhəri, 7 iyul, 2022)

Ölkədə aparılan rəy sorğularına əsasən El Salvador əhalisinin 85% Nayib Bukeleni[14] dəstəkləməkdədirlər və bu göstərici dünyadakı ən yüksək etimad göstəricilərdən biri sayılmaqdadır.[15] 2021-ci ilin dekabr ayında Amerika Birləşmiş Ştatları Nayib Bukele administrasiyası maliyyə və həbsxana müavinətləri müqabilində zorakalıq hallarını azaltmaqda və Mara Salvatrucha kimi böyük cinayətkar dəstələrlə gizli danışıqlara getməkdə ittiham etmişdir.[16]

Bundan əlavə, Amerika Birləşmiş Ştatların Maliyyə Nazirliyi həmin cinayətkar qruplaşmarla aparılan danışıqlarda dövlət tərəfini təmsil edən iki El Salvadorlu rəsmini ümumi sanksiya siyahısına daxil edib.[17] Nayib Bukele ABŞ-ın dövlət orqanları və rəsmi şəxsləri tərəfindən səsləndirilən ittihamları yalan və əssasız olaraq adlanıdırb və bu kimi şərhləri ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib. Bukele onu da əlavə edib ki, onun rəhbərliyi altında fəaliyyət göstərən dövlət rəsmiləri, silahlı qüvvələrin mənsubları əvvəlki hökumətlərdən fərqli olaraq bu tipli sövdələşmələrə getmirlər.[14]

2020-ci ilin aprelində yerli həbsxanalarda baş verənlər

[redaktə | mənbəni redaktə et]

24-27 aprel 2020-ci il tarixləri arasında El Salvadorda ümumilikdə 77 nəfər qətlə yetirilib. Nayib Bukele hökuməti açıqlama verib ki, cinayət hallarında baş verən bu ani artım ölkə həbsxanalarında saxlanılan məhkumlar tərəfindən təşkil edilib və bəzi cinayət sifarişləri həbsxanalarda saxlanılan nüfuzlu məhbuslar tərəfindən verilib. 2020-cı ilin aprel ayında həbsxanalarda baş verən hadisələrdən sonra məhkumların həbsxanadan kənar əlaqələri tamamilə məhdudlaşdırılıb, 24 saat saxlanıldığı kameradan çıxmama cəzası tətbiq edilib. Atılmış addımlar biri də, ayrı-ayrı dəstə banda məhbuslarının bir-birinə yaxın kameralarda və otaqlarda saxlanılmaması və ya bir-biri ilə düşmən olan banda mənsublarının ümumi kameralarda saxlanılması kimi fərqli cəzalar tətbiq edilmişdir.[18]

Hökumət tərəfindən yayımlanmış foto və video görüntülərdə başı aşağıya doğru əyilmiş və bir-birinə bağlanmış məhbusların qaçaraq hərəkət etdiyi görünməkdədir. Saçları qırxılmış və soyundurulmuş məhbuslara qarşı göstərilən bu münasibət dünya mediyası tərəfindən bir mənalı formada qarşılanmamışdır.[19] Human Rights Watch (HRW) El Salvador hökumətini baş verənlərə görə tənqid edib və həmin görüntüləri insan hüquqlarının pozulması halı kimi qiymətləndirib.[18] COVID-19 pandemiyasının şiddətləndiyi dövrdə hökumətin məhbusları bir-birinə sığ şəraitdə saxlanılması ünvanlanmış tənqidlərdən bir başqası idi.

2022-ci ilin martında cinayət nisbətinin artması

[redaktə | mənbəni redaktə et]

2022-ci ilin 25-27 mart tarixləri arasında El Salvadorda 87 nəfər qətlə yetirilib.[20] Təkcə şənbə günü ərzində 62 nəfər öldürülüb[11] ki, bu onilliklər ərzində ölkədə bir gün ərzində baş vermiş ən yüksək cinayətkarlıq nisbəti hesab olunur.[13] Qurbanlar cinayətkar qruplaşmalar tərəfindən təsadüf nəticəsində seçilirdi və adətən küçədə rastlarına çıxan şəxsləri qətlə yetirirdilər.[21] Hökumət baş verənlərə görə məsuliyyətin Mara Salvatrucha qruplaşmasının üzvlərinə aid olduğunu açıqlamışdır.[22]

Nayib Bukelenin rəhbəri olduğu siyasi partiyanın nümayəndəsi Uliyam Eulises Soriano Herrara zorakılıq hallarının ani artmasının səbəbini hökumətin paytaxtdakı iki avtobus marşrutuna nəzarəti bərpa etməsi olduğunu açıqlayıb.[14] Florida Beynəlxalq Universitetinin tədqiqat departamentinin direktoru Xose Miqel Kruzun fikirlərinə görə yerli cinayətkar dəstələr hökumətə daha yumuşaq şərtlər altında fəaliyyət göstərmək məqsədi ilə zaman-zaman bu tipli mesajlar göndərmiş ola bilərlər.[11]

  1. Alemán, Marcos. "At Least 241 People Have Died in El Salvador's Prisons During the 'War on Gangs', Rights Group Says". Associated Press (ingilis). San Salvador, El Salvador. 3 April 2024. 4 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2024.
  2. 1 2 "El Salvador Minister Says 75% of Gang Members Arrested". Barron's (ingilis). 2 April 2024. 3 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2024.
  3. "El Salvador Is Imprisoning People at Triple the Rate of the US". Bloomberg.com (ingilis). 2023-09-12. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  4. "Ministro de Seguridad confirma liberación de 5 mil detenidos durante el régimen de excepción". La Prensa Gráfica (Spanish). 2023-05-16. 21 May 2023 tarixində arxivləşdirilib.
  5. Renteria, Nelson. "El Salvador Murders Plummet by Over Half in 2022 Amid Gang Crackdown". Reuters (ingilis). 3 January 2023. 3 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2023.
  6. Murray, Christine; Smith, Alan. "Inside El Salvador's Mega Prison: The Jail Giving Inmates Less Space than Livestock". Financial Times (ingilis). MexikoLondon. 6 March 2023. 7 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2023.
  7. Urbina, Javier; Portillo, Denni. "Megapenal de Tecoluca Será Vigilado por Juzgados de Usulután y Cojutepeque" [Mega-Prison of Tecoluca Will Be Monitored by Courts in Usulután and Cojutepeque]. La Prensa Gráfica (ispan). 12 September 2023. 23 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2023.
  8. Linthicum, Kate. "Inside the Growing Cult of El Salvador's Nayib Bukele, Latin America's Political Star". Los Angeles Times (ingilis). Mexiko, Meksika. 25 July 2023. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2023.
  9. Gagne, David. "InSight Crime's 2015 Homicide Round-up". InSight Crime (ingilis). 14 January 2016. 14 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
  10. "Victims of Intentional Homicide, 1990–2018". Birləşmiş Millətlər Təşkilatı. 2020. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
  11. 1 2 3 4 Murray, Christine. Mexico City adlı yerdə yazılıb. "El Salvador's Gang Crackdown Prompts Fears of Growing Authoritarianism". Financial Times (ingilis). London. 5 April 2022. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  12. Nagovitch, Paola. "Explainer: Nayib Bukele's Territorial Control Plan". Americas Society (ingilis). 13 February 2020. 23 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2022.
  13. 1 2 "UN Rights Office Raises Concerns About El Salvador Gang Crackdown". Al Jazeera (ingilis). 5 April 2022. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  14. 1 2 3 4 Alemán, Marcos. "El Salvador forces encircle neighborhoods in gang crackdown". Associated Press. San Salvador. 29 March 2022. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  15. Abi-Habib, Maria; Avelar, Bryan. "Explosion of Gang Violence Grips El Salvador, Setting Record". The New York Times. 27 March 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2022.
  16. "US accuses El Salvador of secretly negotiating truce with gang leaders". The Guardian. 8 December 2021. 27 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2023.
  17. "El Salvador Government Protection of MS-13 from Extradition Emerges in DOJ Indictment". El Faro. 28 February 2023. 27 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2023.
  18. 1 2 "El Salvador: Inhumane Prison Lockdown Treatment". Human Rights Watch (ingilis). 29 April 2020. 29 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2022.
  19. Sheridan, Mary Beth; Brigida, Anna-Catherine. "Photos Show El Salvador's Crackdown on Imprisoned Gang Members". The Washington Post (ingilis). April 27, 2020. 28 April 2020 tarixində arxivləşdirilib.
  20. "El Salvador locks down prisons after wave of 87 killings over weekend". The Guardian. Associated Press. 28 March 2022. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  21. Abi-Habib, Maria; Avelar, Bryan. "Hundreds Arrested in El Salvador, Raising Fears of a Civil Liberties Crackdown". The New York Times. 28 March 2022. 6 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  22. Avelar, Bryan; Lakhani, Nina. San Salvador and Santa Tecla adlı yerdə yazılıb. "El Salvador reels as 6,000 people arrested in unprecedented crackdown". The Guardian. London. 5 April 2022. 5 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.