Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981[2], San Salvador[3]) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı.
Nayib Armando Bukele Ortes | |
---|---|
isp. Nayib Armando Bukele Ortez | |
Salvador Respublikasının Prezidenti | |
1 iyun 2019 – h.h | |
Əvvəlki | Salvador Sançes Seren |
San Salvadorun bələdiyyə sədri | |
1 may 2015 – 30 aprel 2018 | |
Əvvəlki | Norman Kixano |
Sonrakı | Ernest Muyşondt |
Nuevo-Kuskatlanın bələdiyyə sədri | |
1 may 2012 – 30 aprel 2015 | |
Əvvəlki | Alvaro Rodriges |
Sonrakı | Mişel Sol |
Şəxsi məlumatlar | |
Doğum adı | Nayib Armando Bukele Ortez[1] |
Doğum tarixi | |
Doğum yeri | San Salvador, Salvador |
Fəaliyyəti | siyasətçi, iş adamı, influenser |
Həyat yoldaşı | Qabriela Rodriges de Bukele (2014–h.h) |
Uşağı | Leyla Bukele |
Dini | monoteizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sosial media, siyasət, müəssisə |
Vikianbarda əlaqəli mediafayllar |
Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir.
Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu. Ardıcıl yüksək vəzifələr tutmuş azsaylı dünya liderlərindən biridir.
Nayib Bukele 24 iyul 1981-ci ildə San Salvadorda anadan olub. Olqa Ortes de Bukele və Armando Bukele Kattanın oğludur. "The Times of Israel"-in yazdığına görə, Bukelenin ata və babası Yerusəlim və Betlehəmdən olan fələstinli xristian, ana nənəsi katolik, ana babası isə yunan pravoslavı idi. Atası daha sonra İslamı qəbul edərək məsciddə imamlıq etdi.[4]
Bukele Mərkəzi Amerika Universitetində hüquq təhsili aldı, təhsilini bitirdikdən sonra 18 yaşında ilk şirkətini qurdu. "El Faro" rəqəmsal qəzetində 2017-ci ildə yazılan məqalədə "Yamaha" məhsullarını satan və yayan "Yamaha Motors El Salvador" şirkətinə sahib idi aldı.[5]
Bukele xristian ailəsində doğulsa da, atası sonradan İslamı qəbul etdi. Müsəlman ata və xristian ananın oğlu olaraq, Bukelenin dini inancları 2019-cu il seçkilərində mübahisəli mövzu oldu və Bukelenin Mexiko şəhərində məsciddə namaz qıldığını göstərən görüntü ortaya çıxdı. "The Times of Israel" 2018-ci ilin fevral ayında Bukelenin "Yerusəlimin Qərb divarında dua edir" başlığı ilə onun şəklini yayımladı.[4]
Bukele özünü dindən çox Allaha inandığını hesab etdiyini açıq şəkildə bəyan etdi. 2015-ci ildə verdiyi müsahibədə dedi: "Mən dini ayinlərə çox inanan insan deyiləm. Lakin Allaha, İsa Məsihə inanıram. Sözünə inanıram, Müqəddəs Kitabda nazil olan sözünə inanıram. Və bilirəm ki, Allah heç kimi mənşəyinə görə rədd etmir".[4]
6 dekabr 2014-cü ildə psixoloq və pedaqoq Qabriela Rodriges ilə evləndi. 2018-ci ildə Bukele Yerusəlim bələdiyyə sədri Nir Barkata Rodrigesin "yəhudi-səfərdi qanı" olduğunu söylədi. Cütlüyün 15 avqust 2019-cu ildə dünyaya gələn Leyla adlı bir qızı var.[6]
11 mart 2012-ci ildə 2.754 fərq səslə Farabundo Marti Milli Qurtuluş Cəbhəsini və 108 fərq səslə Demokratik Dəyişiklik koalisiyasını təmsil edən "La Libertad" departamentini Nuevo-Kuskatla şəhərinə bələdiyyə sədri seçkilərində məğlub etdi. 1 may 2012-ci ildə vəzifəyə başladı.[7]
Bələdiyyə sədrliyi müddətində 55 yaşından yuxarı Nuevo-Kuskatlanın bütün sakinlərini aylıq müavinətlə təmin etdi. Bukele vəzifəyə başlamazdan əvvəl Nuevo-Kuskatlada ildə təxminən 12 cinayət törədilirdi, lakin onun sədrliyi dövründə bu say üç ilə yalnız bir cinayət hadisəsinə endi. Abituriyentlərin Salvadorda hər hansı bir universitetə daxil ola bilməsi üçün ortalama nəticəni 5 üzərindən 3.5-dən yuxarı olmaqla təyin etdi və onların hər biri üçün təqaüd ayırdı, lakin akademik nailiyyətlərə görə ayrılacaq vəsaitin artırıla biləcəyini bildirdi. Sədrliyi ərzində qazandığı bütün maaşını Nuevo-Kuskatladakı gənclərə təqaüd qismində bağışladı. 21 yanvar 2015-ci ildə Nuevo-Kuskatlanı Huisukar və Antiquo-Kuskatlan ilə birləşdirən yeni bulvarın açılışını etdi.[8]
2015-ci il bələdiyyə seçkilərində 89.164 səs qazanan PSP ilə FMMAC koalisiyasını təmsil edərək Salvadorun paytaxtı San Salvador bələdiyyəsinə seçildi. Onun əsas rəqibi iş adamı və keçmiş millət vəkili Edvin Zamora 82.288 səs topladı. Öncəki partiya öncəki altı il ərzində şəhər bələdiyyəsinə seçildi. Bukele 1 may 2015-ci ildə vəzifəyə başladı.[7]
Vəzifəyə başladıqdan sonra San Salvadorda iki küçənin adını öncəki adına qaytardı. Hər iki ad Salvador vətəndaş müharibəsi zamanı 1980-ci ildə Baş yepiskop Oskar Romeronun öldürülməsini əmr edən və mayor Roberto D'Aubuissonun adını daşıyan sələfi Norman Quixano tərəfindən dəyişdirildi və ikincisi 1981-ci ildə bərpa edildi. Küçələrdən biri indi Mərkəzi Avropada 40 min yəhudiyə saxta Salvador pasportu verərək onları Holokostdan xilas edən polkovnik Xose Kastellanos Kontrerasın adını daşıyır.[9]
2017-ci ilin fevral ayında Tayvanın paytaxtı Taybeyə səfər etdi və San Salvador və Taibey arasındakı qardaş şəhər əlaqələrini "gücləndirmək" üçün Tayvan Prezidenti Tsay İnven ilə görüşdü. 2018-ci ilin fevral ayında Qərb divarında dua edərkən göründüyü Yerusəlimdə 32-ci Beynəlxalq Bələdiyyə Başçıları Konfransına qatıldı və həyat yoldaşının babasının səfərad yəhudisi olduğunu söylədi. Vəziyyətinin son aylarında yolların genişləndirilməsi, binaların yenidən qurulması, elektrik və telekommunikasiya xətlərinin yenidən qurulması ilə 5.7 milyon dollara başa gələn San Salvadorun tarixi mərkəzini "canlandırdı".[10]
10 oktyabr 2017-ci ildə FMMAC Etika Tribunalı tərəfindən partiya daxilində separatçılığı təşviq etməkdə, partiya üzvü Ksoçitl Marçelliyə siyasi və fiziki hücum etməkdə, siyasi partiyaya qarşı böhtan xarakterli hərəkətlər etməkdə və vəzifəli şəxsə xəsarət verməklə hücum etmək və onu təhdid etməkdə günahlandı, nəticədə FMMAC-dən xaric edildi. O, keçmiş Prezident Funesin hərəkətləri də daxil olmaqla, FMMAC-in illər ərzində etdiyi çoxlu səhvləri işıqlandıraraq, etikadan kənar aktlara etiraz etdi. Bukele iddiaçıların qərəzli olduqlarını əsas gətirərək FMMAC Etika Tribunalının 7 oktyabr 2017-ci il tarixinə təyin etdiyi məhkəmə iclasına qatılmadı. FMMAC Bukelenin FMMAC-dən qovulması səbəbiylə 2018-ci il qanunvericilik seçkilərində 20 bələdiyyəni və Qanunvericilik Məclisində 8 yeri itirdi.[10]
Bukelenin FMMAC-dən ayrılmasından sonra, mövcud siyasi sistemi rədd edən müstəqil Prezident olaraq seçkilərinə qatıldı. "Nuevas Ideas" siyasi partiyasını Salvador prezidentliyinə namizəd olaraq qurdu.[10]
Prezident seçilmək istəyini açıqlanmasından sonra həm solçu hakim FMMAC partiyası, həm də sağçı MRİ partiyası buna qarşı çıxdı. Onun partiya ilə seçilmə cəhdi Ali Seçki Məhkəməsinin partiyanı faktiki olaraq ləğv etməsindən sonra sona çatdı. Bukele nəticədə prezidentliyə namizədliyini irəli sürmək üçün sağ mərkəzçi Milli Birlik Partiyasına qatıldı.[10]
3 fevral 2019-cu ildə prezident seçkilərində asanlıqla qalib gəldiyini açıqladı. MRİ-dan Karlos Kallexa və FMMAC-dən Huqo Martines məğlub olduqlarını etiraf etdilər. O, səslərin 53%-i qazandı və bununla da seçkilərin ikinci turuna ehtiyac qalmadı. O, Salvador Vətəndaş Müharibəsinin bitməsindən sonra iki böyük partiyadan heç birini təmsil etməyən ilk prezidentdir. Qələbə çıxışında "Bu gün müharibədən sonrakı dövrü səhifəyə çevirdik" dedi.[11]
Bukele Sançes Serendən 1 iyun 2019-cu ildə postu təhvil aldı. Bukele 1 iyun 2024-ə qədər xidmət edəcək səkkiz kişi və səkkiz qadından ibarət on altı nəfərlik kabinet qurdu. Son təyin olunanlardan biri İqtisadiyyat Naziri Mariya Luiza Hayem oldu.[12]
20 iyun 2019-cu ildə ölkədəki yüksək cinayət nisbətləri və dəstələri ilə mübarizə aparmaq üçün ölkənin müəyyən bölgələrində polis işini artıracaq "Ərazi Nəzarət Planı"nı açıqladı. Həm Milli Vətəndaş Polisi, həm də Salvador Silahlı Qüvvələri Ərazi Nəzarət Planının bir hissəsi olaraq daha yaxşı odlu silah, döyüş sursatı ilə təchiz olundu. Ərazi Nəzarət Planı nəticəsində Salvadorda 2018-ci ildə 100.000 nəfərə 52 cinayət azalaraq, o dövrdə dünyanın ən yüksək göstəricisinə, 2020-ci ilin yanvar ayında 100.000 nəfərə cəmi 3.7 cinayətə düşdü.[13]
Bukele 6 sentyabr 2019-cu ildə Salvadorda Cəzasızlığa Qarşı Beynəlxalq Komissiya qurdu. Təşkilatın məqsədi narkotik alveri, korrupsiya və ağ cinayətlər də daxil olmaqla müxtəlif cinayətlərlə mübarizə aparmaqdır. Milli Mülki Polis İdarəsində SCQBK ilə birbaşa əməkdaşlıq edəcək korrupsiya ilə mübarizə bölməsi də qurdu.[14]
Bukele 26 sentyabr 2019-cu ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşdü və burada Trampı qanunsuz immiqrasiya ilə mübarizə üçün qanuni miqrasiyanı təşviq etməyə və ABŞ-də yaşayan salvadorlular üçün Müvəqqəti Qorunan Status siyasətini davam etdirməyə çağırdı. Daha sonra 28 oktyabr 2019-da ABŞ-nin salvadorlular üçün MQS fəaliyyətini davam etdirəcəyini təsdiqlədi.[15]
3 noyabr 2019-da Nikolas Maduro tərəfindən təyin olunan venesuelalı diplomatları Salvadordan qovdu. İyunun əvvəlində o, Maduronun Venesuelanın qanuni Prezidenti olmadığını, əksinə Xuan Quaydo]]nu prezident böhranı dövründə Venesuelanın qanuni Prezidenti olaraq tanıdığını bildirmişdi. Addım ABŞ-nin Salvadordakı səfiri Ronald D. Conson tərəfindən alqışlandı.[16]
2020-ci ilin fevral ayında Ərazi Nəzarət Planının maliyyələşdirilməsini artırmaq üçün ABŞ-dən 109 milyon dollarlıq kredit almaq istədi. Onun planı hüquq mühafizə orqanları ilə bağlı öncəki siyasətinin Milli Vətəndaş Polisinin militarizasiyasını artırdığını əsas gətirərək MRİ və FMMAC tərəfindən qarşı çıxıldı. Bukele tərəfdarlarını krediti dəstəklədi və 6 fevral 2020-ci ildə Salvador Konstitusiyasının 167-ci maddəsini tətbiq edərək Nazirlər Kabinetini 9 fevral 2020-də Qanunvericilik Məclisinə çağırdı. Bukele qanunvericiləri krediti təsdiqləməkdə qorxutmaq üçün Qanunvericilik Məclisinə daxil olmağı əmr etdi. Salvadorda 9F olaraq bilinən hadisə müxalifət tərəfindən özünü çevriliş cəhdi kimi qınandı və Salvador Ali Məhkəməsi Bukelenin Konstitusiyada verilməmiş səlahiyyətləri həyata keçirməsini qadağan etdi.[17]
2020-ci ilin sentyabr ayında "El Faro" veb saytı Bukeleni, ölkənin ən güclü bandası olan "Mara Salvatrucha" ilə gizli müqavilə bağlamaqda günahlandırdı. 2012–2013-cü illərdə Prezident Maurisio Funes tərəfindən hazırlanan plan 2021-ci il seçkiləri zamanı ölkədə cinayətlərin sayını azaltmağa və Bukelenin siyasi partiyasına dəstək verməyə söz verdi. Bukele iddiaları rədd etdi və o aprel ayından həbsxanaların fotolarını paylaşdı. Bu, dəstə üzvlərinin ağır şəraitdə yaşadığını göstərdi. Bukele daha sonra çirkli pulların yuyulması şübhəsi ilə "El Faro"-da araşdırma başlatdı.[18]
Bukelenin partiyası 2021-ci il qanunvericilik seçkilərində Qanunverici Məclisdəki yerlərin əksəriyyətini qazandı və 1 may 2021-ci ildə "Nuevas Ideas" qanunverici orqanın üçdə ikisini ələ keçirərək digər üç siyasi partiya ilə koalisiya qurdu. Eyni gün Qanunverici Məclis Ali Məhkəmənin beş hakiminin və Salvadorun baş prokuroru Raul Melaranın vəzifədən kənarlaşdırılmasına səs verdi. Hadisə Bukele və "Nuevas Ideas"-ı güc ələ keçirməkdə günahlandıran müxalif siyasətçilər tərəfindən özünü çevriliş kimi qınandı. Hadisə ABŞ tərəfindən də qınandı və demokratik geriləmə nümunəsi olaraq göstərildi.[19]
17 may 2021-ci ildə Amerika Birləşmiş Ştatları Bukelenin beş nazirini və köməkçisini rüşvətxor adlandırdı. Adı çəkilən beş məmur Roxelio Rivas, Gilyermo Qalyeqos, Xose Luis Merino, Siqfrido Reyes və Karolina Resinos idi. Hesabatın ardınca Amerika Birləşmiş Ştatları vətəndaş cəmiyyətinə maliyyə ayırmaq üçün dövlət qurumlarından Salvadora ayırdığı maliyyə vəsaitiniora yönəltdi. 4 iyun 2021-ci ildə seçki saxtakarlığı və 2014-cü il prezident seçkilərində MRİ-ə səs qanunsuz danışıqlar aparmaq şübhəsi ilə 2018–2021-ci illərdə Bukeledən sonra San Salvador bələdiyyə sədri vəzifəsini tutan Ernesto Muyşondtu ev dustağı etdi. Muyşondt Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almaqro tərəfindən korrupsiyaya qarşı mübarizə müşavirlərindən biri olaraq seçilmişdi və nəticədə Salvador Amerika Dövlətləri Təşkilatının korrupsiya əleyhinə razılaşmasından çıxdı.[20]
5 iyun 2021-ci ildə Qanunvericilik Məclisinə bitkoini qanuni pul vəsaiti halına gətirən ilk dövlətin Salvador olacağı barəsində məlumatı Qanunvericilik Məclisinə təqdim etdi. Qanunvericilik Məclis 8 iyun 2021-ci ildə qanun layihəsini təsdiqlədi və 7 sentyabr 2021-ci ildə qüvvəyə minəcəyini açıqladı. 17 iyun 2021-ci ildə Dünya Bankı Salvadorun bitkoinin qanuni pul vasitəsi olaraq tətbiqinə kömək etmək istəyini rədd etdi. 24 iyun 2021-ci ildə "Athena Bitcoin" ABŞ dollarını bitkoinə və ya əksinə dəyişdirə biləcək 1.500 kriptovalyuta bankomatının quraşdırılmasına bir milyon dollar sərmayə qoymaq niyyətində olduğunu bildirdi.[21]
Salvadorda ilk COVID-19-a yoluxma 19 mart 2020-ci ildə təsdiqləndi.20 avqust 2021-ci il tarixinə Salvadorda 92.416 təsdiqlənmiş hal və 2.817 ölüm hadisəsi qeydə alındı və 13 avqust 2021-ci il tarixinə 5.045.981 peyvənd əhaliyə vuruldu.[22]
21 mart 2020-ci ildə 30 gün davam edəcək COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün ümummilli karantin tətbiq etdi. Karantin dövründə Milli Mülki Polis tərəfindən karantin qaydasını pozduqları üçün 4.236 adam həbs edildi. "Human Rights Watch" kimi insan haqları təşkilatları həbsləri tənqid edərək, özbaşına həbslər və onlardan polisin sui–istifadə etməsini əsas gətirdi. "Human Rights Watch" Bukelenin Milli Vətəndaş Polisi tərəfindən "vəhşicəsinə güc tətbiq edilməsinə" və San Salvadorda hökumət tərəfindən məhkumların azad edilməsinə icazə verildikdən sonra Salvadordakı məhbusların həyat şəraitini tənqid etdi. 27 may 2020-ci ildə ABŞ Salvadora 250 ventilyator bağışladı. Bukelenin ventilyatorları aldığı mətbuat konfransı zamanı hidroksixloroxin istifadə etdiyini bildirdi. 22 iyun 2020-ci ildə yalnız 400 çarpayı, 105 reanimasiya, 295 aralıq müalicə və 240 həkim göndərmək gücünə malik olan Latın Amerikasının ən böyük xəstəxanası olan Salvador Xəstəxanasının açılışını etdi.[23]
2021-ci ilin yanvar ayında "Transparency International" "qanunsuzluqların və korrupsiya partlayışının" nümunələri olaraq həm Salvadoru, həm də Kolumbiyanı göstərdi. "Transparency International" 2020-ci ilin Korrupsiya İndeksini əsas götürdü. Bukelenin 20 dövlət qurumu pandemiya ilə əlaqədar korrupsiya şübhəsi ilə baş prokuror tərəfindən araşdırılırdı, lakin baş prokuror 1 may 2021-ci ildə Qanunvericilik Məclisi tərəfindən vəzifədən alındıqdan sonra araşdırmalar dayandırıldı.[24]
13 may 2021-ci ildə yerli bələdiyyə başçılarının peyvənd istəməsindən sonra Hondurasın bir neçə şəhər və kəndinə 34.000 dozada COVID-19 peyvəndi bağışladı. O vaxt Salvador 1.9 milyon doza almışdı, Honduras isə cəmi 59 min qəbul etmişdi. Bukele Meksikanın bir gün əvvəl Hondurasa 154.100 doza bağışlamasından sonra 19 iyun 2021-ci ildə Hondurasa daha 44.000 COVID-19 peyvəndi bağışladı.[25]
Avtokrat və avtoritar olaraq təsvir edilməsinə baxmayaraq, Bukele prezidentliyi dövründə yüksək təsdiq reytinqini qoruyub saxladı. Dünyanın ən məşhur liderlərindən və dövlət başçılarından biri sayılır.[18]
Bukele təcavüz, qohumluq əlaqəsi və ananın həyatı təhlükə altında olanda belə aborta qarşı olduğunu bildirdi. Bukele dedi: "Düşünürəm ki, gələcəkdə bunun törətdiyimiz böyük soyqırım olduğunu başa düşəcəyik." Salvador dünyanın ən məhdudlaşdırılmış abort qanunlarından birinə sahibdir və abort qətl sayılaraq 40 ilədək həbs cəzasına məhkum edilir. Bukele eynicinsli evliliyin əleyhinə olduğunu və evliliyin "kişi ilə qadın" arasında olduğuna inandığını bildirdi. Bukele Maduronu, Nikaraqua Prezidenti Daniel Orteqanı və Honduras Prezidenti Xuan Orlando Ernandesi diktator hesab edir.[26]