Elaphe conspicillata

Yapon təlxəsi[2][3] (lat. Euprepiophis conspicillata) — Suilanı fəsiləsinə aid ilan növü.

Yapon təlxəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yapon təlxəsi
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 80 sm, quyruğu 16 sm təşkil edir[4]. Başı bədəndən hiss olunan tərzdə ayrılır. Göz altında pulcuq şəbəkəsi yoxdur. Göz önü hissədə isə pulcuqlar iri ölçülərə malikdir. Bədəninin bel və qarın nahiyəsində pulcuqlar hamardır. 21 cərgədən ibarət pulcuğa malikdir. .

Cavan fərdlər sarı-boz olur. Üzəridə isə qara və ya qəhvəyi nöqtələr vardır. İri fərdlər isə sarı-qəhvəyi, qırmızı-boz rəngdə olmaqla, sokolad rəngli ləkələrə sahibdir. Qarın nahiyəsi sarı-boz olub qara rəngli nöqtələr olur. Böyür nahiyəsi bir qayda olaraq tünd rəngdə olur.

Yapon təlxəsi əsasən Yaponiyanı HonşuHokkaydo adalarında yayılmışdır. Rusiyanın isə yalnız cənub-şərqində Kunaşir adasında yayılmışdır. Yapon təlxəsi yarımnöv əmələ gətirmir.

Yapon təlxəsi əsasən hidrotermal mənbələrdə, vulkan yaxınlığında, bulaqların kənarlarında və bambuk kolları yaxınlığında yaşayırlar. Aktiv dövrü aprelin ortalarından oktyabra qədər davam edir. Avqust sentyabr aylarında dişi 4–8 olmaqla 12–16 x 49–68 mm ölçüyə malik yumurta qoyur. Qidalanmasında əsasən gəmiricilər, quşlar və quş yumurtaları ilə qidalanır. Kunaşir adasında sayları bir necə min baş olması düşünülür. Bu səbəbdən Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir.

Yapon təlxəsi Kuril qoruğunda qorunur.

  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. Ананьева Н. Б., Боркин Л. Я., Даревский И. С., Орлов Н. Л. Пятиязычный словарь названий животных. Амфибии и рептилии. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1988. — С. 297. — 10 500 экз. — ISBN 5-200-00232-X.
  3. Ананьева Н. Б., Орлов Н. Л., Халиков Р. Г., Даревский И. С., Рябов С. А., Барабанов А. В. Атлас пресмыкающихся Северной Евразии (таксономическое разнообразие, географическое распространение и природоохранный статус). — СПб.: Зоологический институт РАН, 2004. — С. 148. — 1000 экз. — ISBN 5-98092-007-2.
  4. Банников А.Г, Даревский И.С., Ищенко В.Г., Рустамов А.К, Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. — М.: Просвещение, 1977. — С. 191–292. — 415 с DjVu, 18Mb Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine