Elbrus Əliyev (əsgər, 1973)

Elbrus Ələkbər oğlu Əliyev (11 sentyabr 1973; Çeşməbasar, Naxçıvan MSSR18 may 1992; Sədərək) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Sədərək döyüşləri şəhidi.

Elbrus Əliyev
Şəxsi məlumatlar
Doğum adı Elbrus Ələkbər oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Çeşməbasar, Babək rayonu, Naxçıvan MSSR,
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Sədərək, Naxçıvan MSSR
Vəfat səbəbi Şəhid olub
Dəfn yeri Çeşməbasar, Babək rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Ələkbər Əliyev
Anası Gülarə Əliyeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-ci il
Rütbə Əsgər
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

  • Elbrus Əliyev 11 sentyabr 1973-cü ildə Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1980-cı ildə Çeşməbasar kənd orta məktəbin birinci sinifinə daxil olub. 1991-ci ildə Çeşməbasar kənd orta məktəbini bitib.
  • Subay idi.
  • Çeşməbasar kənd orta məktəbi və kəndin bulağı Şəhid Elbrus Əliyevin adını daşıyır.

Xidmət illəri[redaktə | mənbəni redaktə et]

Elbrus Əliyev 1992 ci ilin mart ayında Sədərək döyüşlərinin qızğın vaxtında həqiqi hərbi xidmətə yollanır. Gənc əsgər olmağına baxmayaraq öz istəyi ilə Sədərək rayonu istiqamətində gedən döyüşlərdə əlinə silah alıb vətənin müdafiəsinə qalxır. 1992-ci ilin mayın 18-də mərd və qorxmaz olan Elburusla birgə 13 nəfər silahdaşı düşmənə qarşı sinə gərir, vətənin keşiyində alınmaz qalaya çevrilirlər. Artıq Elburusu ölüm qorxuda bilməzdi çünki dayanmadan gedən döyüşlərdə Elbrusun bütün döyüş yoldaşları şəhid olmuşdu. O, düşmənlə tək başına döyüşür, son nəfəsinə kimi yağı düşmənə sarsıdıcı zərbələr vuraraq təslim olmurdu.Mayın 18-i Elbrus Əliyev vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Elbrusun nəşini döyüş bölgəsindən götürmək mümkün olmur. 10 gündən sonra Elbrusun nəşi götürülərək doğma kəndinə aparılır. Kənddə hər kəs Elbrusun yolu gözləyir. Elbrus, öz doğma kəndinə Çeşməbasara qayıdır. Ancaq bu dəfə şəhid olaraq. Dəfn mərasiminə minlərlə rayon və kənd sakini ilə yanaşı, şəhidin çiyin çiyinə döyüşdüyü hərbçi yoldaşları qatılır. Dəfn mərasiminin sonunda yaylım atəşi açılır, şəhid Elbrus Əliyev Çeşməbasar kənd qəbiristanlığında torpağa tapşırılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]