Çeşməbasar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kənd inzibati ərazi dairəsində kənd.[2]
Çeşməbasar | |
---|---|
39°07′44″ şm. e. 45°31′00″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Babək rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
XIX əsrin əvvəllərinə qədər kəndin ərazisi Güznüt kəndinin əkin sahəsi olmuşdur. Çeşməbasar "su basarı yer" deməkdir. Yerli sakinlər kəndin əsl adının Çeşməsara olduğunu söyləyirlər. Çeşmə (bulaq) və sara (xalis, saf) sözlərindən düzəlmiş bu coğrafi ad isə "saf su" kimi izah olunur və vaxtilə ətraf zonada karbonat bulaqların çox olması ilə əlaqələndirilir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Arazboyu düzənlikdə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 870 | 422 | 448 |
2009[5] | ↗973 | ↗465 | ↗508 |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə Çeşməbasar kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Kənddə 1998-ci ildə "Heydər" məscidi inşa edilmiş və yerli əhalinin ibadət yeri üçün istifadəyə verilmişdir
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.