Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq.
Elbrus Əzizov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Lənbəran, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | türkologiya, dialektologiya, dil tarixi |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
İş yerləri | Bakı Dövlət Universiteti, Türkologiya kafedrası |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur. Azərbaycan dialektologiyası, Azərbaycan dilinin tarixi dialektologiyası, müasir türk dilləri fənlərindən dərs deyir.
2006-2011-ci illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsinin dekanı olmuşdur.
100-dən çox məqalənin, 2 monoqrafiyanın, 4 kitabın müəllifidir.