Eldəniz Məmmədov

Eldəniz Məmmədov (tam adı: Məmmədov Eldəniz Kamran oğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi.[1]

Eldəniz Məmmədov
azərb. Eldəniz Kamran оğlu Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi 22 iyun 1975(1975-06-22) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr Muğam

Məmmədov Eldəniz Kamran oğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur.

1981-ci ildə Yal Pirəhmədli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul olunan şagirdlərdən biri olmuşdur.

Orta məktəbdə oxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festivalının laueratı olmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Ocaq" Folklor ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədovun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilmişdir.

1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil olmuş, görkəmli xanəndə, xalq artisti, professor İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur.

Eldəniz Məmmədovun ən böyük uğuru 2007-ci ildə "Soy" prodakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi olan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi olmasıdır.

Ailəlidir, üç övladı var.

  1. ""XALQ ULDUZU" ELDƏNİZ MƏMMƏDOV". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]