Eldar Fətəliyev

Eldar Səxavət oğlu Fətəliyev (4 yanvar 1991, Novoivanovka, Gədəbəy rayonu25 iyul 2015, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Eldar Fətəliyev
Eldar Səxavət oğlu Fətəliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Fətəliyev 4 yanvar 1991-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Eldar Fətəliyev ailəli idi, iki azyaşlı övladı yadigar qalıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Eldar Fətəliyev 2015-ci ildə, iyulun 24-ü axşam saatlarında saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. İyulun 25-i isə Eldar Fətəliyev doğulduğu Gədəbəy rayonunun Novoivanovka kəndi son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Fətəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Eldar Fətəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]