Məmmədov Eldar Ramiz oğlu (29 noyabr 1969, Bakı) — pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının müəllimi.
Eldar Məmmədov | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Atası | Ramiz Məmmədov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu |
Musiqi aləti | Piano |
Mükafatları |
Eldar Ramiz oğlu Məmmədov 29 noyabr 1969-ci ildə Bakı şəhərində anadan olmuşdur.
6 yaşdan etibarən 7 saylı uşaq musiqi məktəbinin fortepiano (7 illik) sinfinə qəbul olmuşdur.
1984-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olub və II kursda oxuyarkən Mixail İzrayloviç Basin'in rəhbərliyi altında özfəaliyyet "Abşeron" estrada ansamblının uşaq, bir il sonra böyüklərdən ibarət ansamblın cevrildi və 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Milli Konservatoriyasına daxil olmuşdur.
İlk dəfə 1993-cü ildə Niyaməddin Musayevin ''Röya'' ansamblında çalışmağa başlayıb. Daha sonra Vaqif Gərayzadə ilə tanış olduqdan sonra ''Aypara'' qrupunda çıxış etmişdir. Xalq Artistləri Aygün Kazımova və Eyyub Yaqubov, Rüfət Mehdiyev kimi ifaçılarla çalışmışdır. 2 dəfə Rast qrupu ilə Fransanın paytaxı Parisdə ''UNESCO''nun tədbirlərində çıxış etmişdir. 2019-cu ilə qədər Zamiq Hüseynovun ZH qrupunun rəhbəri olmuşdur. 2020-ci ildən etibarən isə Rəsul Əfəndiyevin ''Efendi'' musiqi qrupunun rəhbəridir.
Təxminən 5 ildir ki, Fuad Musayevin rəhbərliyi ilə ''F.M Express'' qrupu ilə çalışır.
''Bu Şəhərdə''nin 2002-ci ildən başlanan konsertlərinin musiqi qrupunun rəhbəridir.
2012-ci ildə Azərbaycan Respublikasının ''Əməkdar Artist'' adına layiq görülmüşdür.
2020-ci ildə Estrada Simfonik Orkestinə pianoçu kimi dəvət alib.
Hal-hazırda Azərbaycan Milli Konservatoriyasındakiğı İlqar Muradovun sinfində müşayətçi-müəllim kimi fəaliyyət göstərir.
Evlidir, 3 övladı var.
Pianoçu Fransa, Almaniya, Rusiya, İsrail,Türkiyə və bir çox ölkələdə qastrol səfərlərində olur.