Eldar Nəsibli

Eldar Nəsibli SibirelAzərbaycan şairi, publisist.

Eldar Nəsibli Sibirel
Eldar Alı oğlu Nəsibli
Doğum tarixi
Doğum yeri Çernişovka, Baxçar rayonu, RSFSR, SSRİ
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Qazax rayonu, Azərbaycan
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti şair
İlk əsəri "Ağacların söhbəti" şeri (1968)

Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına - Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

9 yaşlarından yaradıcılığa başlayıb.

Şairin "Ağacların söhbəti" adlı ilk şeri 1968-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində işıq üzü görüb. "Salam, dan ulduzu", "Məni səsləyən var", "Harayla məni", "Dünya məndən gəlib, keçir", "Bu da bir ömürdür ağlı, qaralı" "Bura Qazaxdır, oğlum!", "Turan Şərqisi" "Seçilmiş Əsərləri" şeirlər kitablarının, "Yaddaş" poemasının və "Yaşamaq da igidlikdir" xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir. Onun şeirlərini tərcümə edənlərdən biri də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyevdir. Həmin şeirlər M.Həmzəyev tərəfindən Litvada cap olunmuşdur. E.Nəsibli uzun müddət "Elm və həyat" jurnalında məsul katib vəzifəsində çalışıb. "Mərhəmət" jurnalının baş redaktoru olmuş və "Azərbaycan" qəzetində bölgə müxbiri vəzifəsini yerinə yetirmişdir. 1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.1986-87-ci illərdə Filarmoniyada yaradıcılq gecəsi keçirilən üç gənc şairdən biridir.  

Postsovet məkanında E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini Azərbaycan dilinə çevirib. Xalq şairlərindən Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər. Bir cox şerinə musiqi bəstələnmişdir.

Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.