Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri,[1][2] 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini.[3]
Eldar Nuriyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1955 (69 yaş) |
Doğum yeri | |
Təhsili |
Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.
O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.
03 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş prokurorun müavini vəzifəsinə təyin olunub. 07 aprel 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub. 29 noyabr 2019-cu ildə tutduğu vəzifədən azad edilərək 25 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
https://e-qanun.az/framework/515 https://azertag.az/xeber/eqnuriyevin_azerbaycan_respublikasi_prezidentinin_icra_aparatinin_dovlet_nezareti_sobesinin_mudiri_teyin_edilmesi_haqqinda_azerbaycan_respublikasi_prezidentinin_serencami-341683 https://president.az/az/articles/view/35016 https://e-qanun.az/framework/46515 https://web.archive.org/web/20160307062430/http://www.president.az/administration/structure/eldar_nuriyev