Eldar Qarayev

Eldar Abdulla oğlu Qarayev (21 noyabr 1964, Bakı) — əczaçılıq üzrə elmlər doktoru, professor, Ümumi və toksikoloji kimya kafedrası müdiri.[1]

Qarayev Eldar
Qarayev Eldar Abdulla oğlu
Doğum tarixi (59 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Qarayev Abdulla Hacıvəli oğlu
Elm sahəsi əczaçılıq
Elmi dərəcəsi əczaçılıq üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Tibb Universiteti
Təhsili Azərbaycan Tibb Universiteti

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Eldar Abdulla oğlu Qarayev 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Tibb İnstitunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaılıq elmləri namizədi elmi adına layiq görülmüşdür[2]. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin əczaçılıq kimyası kafedrasında əvvəl baş laborant, assistent, sonra ümumi və toksikoloji kimya kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür. Hazırda Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsində çalışır. 200-dən artıq elmi işin, o cümlədən 10 patentin (ixtira), 2 dərs vəsaitinin və 4 dərsliyin müəllifidir. Xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq konfranslarda dəvət olunmuş məruzəçi və konfrans sədri qismində iştirak etşmişdir.Bəzi elmi işləri xarici ölkələrdə (ABŞ, Türkiyə, Yunanıstan, Rusiya, Özbəkistan, Belarus, Çin, Gürcüstan və s.) impakt faktorlu jurnallarda çap olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Etik Komissiyasının sədri, “Əczaçılıq kimyası, farmakoqnoziya” üzrə BFD 4.18 Birdəfəlik dissertasiya şurasının sədri, ATU Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının sədri, “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, “Azərbaycan Tibb Universiteti Jurnalı”nın məsul katibidir. Mərkəzi ABŞ-da yerləşən Toksikoloqlar Cəmiyyətinin (SOT -Society of Toxicology) həqiqi üzvüdür. Azərbaycan dili ilə yanaşı rus, ingilis və türk dillərində sərbəst danışır. Ailəlidir, 2 övladı var.

Təhsili, elmi dərəcəsi və adları

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə Azərbaycan Tibb İnstitunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir

1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək əczaılıq elmləri namizədi elmi adına layiq görülmüşdür

2013-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992–1995-cu illərdə Azərbaycan Tibb Universitetinin baş laborant vəzifəsində işləmişdir.

2004-cü ildən Ümumi və toksikoloji kimya kafedrasının assistenti işləmişdir.

2007-ci ildən Ümumi və toksikoloji kimya kafedrasının baş müəllimi olmuşdur.

2010-cu ildən Ümumi və toksikoloji kimya kafedrasının dosent vəzifəsində çalışmışdır.

2016-ci ildən Azərbaycan Tibb Universitetinin Ümumi və toksikoloji kimya kafedrasının professor vəzifəsində çalışır.

2017-ci ildən Ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsində işləyir.

  • 2007 — "Flavonoid cəminin alınma üsulu"[3]
  • 2008 — "Mirisetinin alınma üsulu"[4]
  • 2008 — "Alaqanqal toxumlarının emalə üsulu"[5]
  • 2008 — "Çaytikanı meyvələrinin emalı üsulu"[6]
  • 2008 — "Flavonoidlərin alınması üsulu"
  • 2009 — "Alaqanqal toxumlarının emalı üsulu"
  • 2009 — "Hepatotrop təsirə malik flavonoidlərin alınma üsulu"
  • 2014 — "Yunan qozunun (Juglans regia L.) meyvə və yanlıqlarından yuqlonla zənginləşdirilmiş ekstraktln alınması üsulu"[1]

Dərsliklər və dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  1. "Fotometrik spektral analiz", 2012, 101 səh.
  2. "Bitkiheyvan mənşəli zəhərlərin kimyəvi-toksikoloji analizi", 2015, 307 səh.[7]
  3. "Sintetik üzvi zəhərlərin kimyəvi-toksikoloji analizi", 2017, 325 səh.[7]
  4. "Spektroskopik analiz üsulları", 2018, 208 491 s.[1]
  5. "Toksikoloji kimyadan praktikum. II Hissə", 2019, 164 səh.[8]
  6. "Xromatoqrafik analiz üsulları", 2021, 424 s.[1]
  1. 1 2 3 4 "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.
  2. "Arxivlənmiş surət" (PDF). 2022-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-21. (#empty_citation)
  3. "Arxivlənmiş surət" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-24.
  4. "Arxivlənmiş surət" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-21.
  5. "Arxivlənmiş surət" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-21.
  6. "Arxivlənmiş surət" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-24.
  7. 1 2 "Arxivlənmiş surət". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-21.
  8. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.