Alaqanqal

Alaqanqal (lat. Silybum)[1] - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.[2]

Alaqanqal
Elmi təsnifat
Beynəlxalq elmi adı

İkillik ot bitkisi olub, latın dilində "Silybum" adlanır. Yazda alaqanqalın cavan yarpaqları və saplaqları yağ və sirkə ilə qarışdırılaraq salat kimi istifadə olunur. Toxumlarında 30%-ə qədər yağlılıq olduğundan Azərbaycan mətbəxində geniş istifadə olunur. Toxumları buğda ilə birlikdə qovrulub Novruz bayramında qovurğa və qovud (əzilib toz halına salınmış) kimi istifadə olunur. Cavan halda bitki mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında Adi alaqanqal növü geniş yayılmışdır.

Növləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.