Eldar Rzayev

Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri[1], 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir.[2]

Eldar Rzayev
Eldar Həmid oğlu Rzayev
bayraq
Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri
bayraq2
23 iyun 2017 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (55 yaş)
Doğum yeri Bakı şəhəri

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur.

2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur.

2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.[3]

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin olunmuşdur.[4]

17 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E.H.Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.[5]

2-ci dərəcəli dövlət müşaviridir.

22 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E.H.Rzayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[6]

İngilis, fransız, rus və ərəb dillərini bilir.

Ailə vəziyyəti[redaktə | mənbəni redaktə et]

Evlidir, bir qızı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

1. https://azertag.az/, Ömrünün kamillik zirvəsində

2. https://haqqin.az/, Самый чуткий протокол — выше не бывает