Eldar Zeynalov (kimyaçı)

Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetikakataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür.

Eldar Zeynalov
Eldar Bahadır oğlu Zeynalov
Doğum tarixi (75 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Bahadur Zeynalоv
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yerləri AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları XTNS bürünc medalı

Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür.

1971-ci ildə E. B. Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür.

1989-cu ildə E. B. Zeynalov Azərbaycan Respublikası Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun İxtisaslaşmış Şurasında "Neft mənşəli təbii strukturların anti-radikal fəallığı" mövzusunda "Kimyəvi kinetika və kataliz" və "Neft kimyası" ixtisasları üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə professor elmi adına layiq görülüb. 2017-ci ildə isə E. B. Zeynalov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi seçilib.

1999–2001-ci illər ərzində E. B. Zeynalov kontrakt əsasında Almaniyada Federal Materialların Tədqiqi və Testləşdirilməsi İnstitutunun tədqiqat layihəsinin iştirakçıları tərkibində işləyib. Professor E. B. Zeynalovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, 1981-ci ildə SSRİ XTÜN-nın Əsas Komitəsi tərəfindən SSRİ xalq təsərrüfatının inkişafı sahəsindəki nailiyyətlərinə görə bürünc medalla təltif olunmuşdur. Eldar Zeynalov Azərbaycanda təbii neft antioksidantlarına və fullerenlər, karbon nanoborular, nanoliflər və onların funksionallaşdırılmış analoqlarının karbohidrogenlərin aerob və peroksidlə oksidləşmə reaksiyalarında, polimer materialların termooksidativ destruksiyası və stabilləşdirilməsinə həsr olunmuş yeni elmi istiqamətlərin inkişafının köklərində duran Azərbaycanın ilk alimlərindən biridir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

E. B. Zeynalov elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olur. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Yüksəkmolekullu birləşmələr" kafedrasında və Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-kimya texnologiya fakültəsinin "Fiziki kimya" kafedrasında mühazirələr oxuyub.

Elmi fəaliyyətinin əsas istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Fullerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nanostrukturların iştirakında karbohidgenlərin və polimerlərin maye fazada katalitik aerob və peroksid oksidləşmə proseslərinin kinetik qanunauyğunluqlarının öyrənilməsi, sintetik neft- və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşdirməsidir. Eyni zamanda nanoölçülü titan dioksidlərin katalitik iştirakında efirləşmə proseslərinin tədqiqi, fərdi və mürəkkəb üzvi və neft kompozisiyaların tərkibində olan antioksidantlarının fəallığına dair kinetik araşdırmaların aparılması və polimer materialllarının termiki və termooksidləşdirici stabilliyi məsələlərinin öyrənilməsidir.

Professor E. B. Zeynalovun pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi altında 11 kimya elmləri üzrə fəlsəfə doktoru və 1 kimya üzrə elmlər doktoru yetişdirilib. Hal-hazırda o, 2 doktorantın elmi rəhbəri və 4 elmlər doktoru elmi dərəcəsi iddiaçısının elmi məsləhətçisidir.

Eldar Zeynalov özlərinin gələcək elmi fəaliyyətini kimya elminə həsr etməyini arzulayan gənclərin tərbiyəsində də fəal iştirak edir. O, 2011-ci ildən bu günə kimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının buraxılış diplom işlərinin əvəzsiz elmi rəhbəridir.

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

2000–2017-ci illərdə E. B. Zeynalov Avropada nüfuzlu beynəlxalq konfransların iştirakçısı olub.

  • Addcon-2000, the 6th International Plastics Additives and Modifiers Conference. 2000. Bazel, İsveçrə.
  • Addcon-2001, the 7th International Plastics Additives and Modifiers Conference. 2001. Berlin, Almaniya.
  • EDANA, Nonwovens Symposium. 2001. Kopenhagen, Danimarka.
  • KGEO International Conference on Geosynthetics. 2001. Münhen, Almaniya.
  • The 7th International Conference on Geosynthetics. 2002. Nice-French Riviera. Nitsa, Fransa.
  • "Ekoanalitika-2003", Ətraf mühit obyektlərinin təhlili üzrə V Rusiya konfransı. 2003. Sankt-Peterburq. Rusiya.
  • VI Beynəlxalq "Neft və qaz kimya" konfransı. 2006. Tomsk. Rusiya .
  • Second International Caucasian Symposium on Polymers and Advanced Materials. 2010. Tbilisi. Gürcüstan.
  • I Rusiya Neft Konqresi. 2011. Moskva. Rusiya.
  • 19th International Symposium on Low Pressure Plasma. 2011. Dresden. Almaniya.
  • "Functional Materials and Nanotechnologies-2011", International Conference. 2011. Riqa. Latviya.
  • "Rosskataliz". Kataliz üzrə Rusiya konqresi. 2011. Moskva. Rusiya.
  • Ümumi və Tətbiqi Kimya üzrə XIX Mendeleev qurultayı. 2011. Volqoqrad. Rusiya.
  • Third International Caucasian Symposium on Polymers and Advanced Materials. 2013. Tbilisi. Gürcüstan.
  • "Neftkimya və neft emalı problemlərinin həllində kataliz", II Rusiya-Azərbaycan beynəlxalq simpoziumu. 2013. Sankt-Peterburq. Rusiya.
  • "Neft-qaz sənayesinin və neftkimyanın inkişafı" VII Beynəlxalq Elmi-Texniki Konfrans. 2014. Lvov. Ukrayna.
  • NANO-2014, XII International Conference on Nanostructured Materials. 2014. Moskva. Rusiya.
  • 4th International Caucasian Symposium on Polymers and Advanced Materials. 2015. Batumi. Gürcüstan.
  • "Elmin XXI əsrdə aktual problemləri" VI Beynəlxalq multidistiplinar konfrans. 2016. Moskva. Rusiya
  • ICNT-2016, 4th International Congress on Nanoscience and Nanotechnology. 2016. Kuala-Lumpur. Malayziya.
  • "Advance in Petroleum and Gaz Industry and Petrochemistry", VIIIth International Scientific-Technical Conference. 2016. Lvov. Ukrayna.
  • ICEPOM-10. The Jubilee 10th International Conference "Electronic Processesin Organic and Inorganic Materials". 2016. Ternopol. Ukrayna.
  • Ümumi və Tətbiqi Kimya üzrə XX Mendeleev qurultayı. 2016. Ekaterinburg. Rusiya.
  • "Katalitik reaksiyaların mexanizmləri" 10-cu Beynəlxalq Konfrans. 2016. Svetogorsk. Rusiya.
  • 5th International Caucasian Symposium on Polymers and Advanced Materials. 2017. Tbilisi. Gürcüstan.

Beynəlxalq elmi cəmiyyətlərdə üzvlüyü

[redaktə | mənbəni redaktə et]
  • 1990-cı ildə Beynəlxalq Yaradıcılıq Akademiyasınin müxbir üzvü
  • 2009-cu ildə isə Amerika Kimya Cəmiyyətinin üzvü
  • 2018-ci ildə "Qazaxıstan Kimya Jurnalı" redaksiya heyətinin tərkibinə daxil edilmişdir
  • 2019-cu ildə "Condensed Matter Physics Report" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. İlk dəfə Azərbaycan nefti və neft fraksiyalarının tərkibində təbii neft antioksidantların aktivliyi kinetik üsullarla tədqiq edilmiş və alınan nəticələrə görə Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılmışdır.
  2. Təbii neft antioksidantların əsasında bir sıra effektiv stabilizator-antioksidant sistemləri yaradılmış və polimer kompozisiyalarda tətbiq edilmişdir. Təbii neft antioksidantlarının konsentratları tökmə şinlər və dam örtüyü materialları sənayesində tətbiq olunan poliuretan, polivinilxlorid və xlorpolietilen əsasında effektiv stabilizator-antioksidant kimi istifadə olunur.
  3. Neft karbohidrogenlərinin dizel fraksiyasının və bəzi poliolefinlərin oksidləşməsi proseslərinin kinetik qanunauyğunluqları tədqiq olunmuşdur.
  4. Azərbaycanda ilk dəfə olaraq neft karbohidrogenlərin və polimerlərin aerob oksidləşməsi proseslərində antioksidant və katalizator kimi nanokarbon quruluşları: C60 və C70 fullerenləri, bir- və çoxdivarlı metal tərkibli nano-karbon boruları və nanoliflər, funksionallaşmış karbon nanobirləşmələri -(OH)n- və (-NH)n-C60, hidroksil, Br- və TEMPO-tərkibli nanokarbon boruları tətbiq və tədqiq olunmuş və bu sahənin fundamental və praktiki elmi əsasları işlənib hazırlanmışdır.
  5. Nanokarbon katalizatorları iştirakında sintetik və oksi-neft turşularının alınma prosesləri işlənib hazırlanmışdır.
  6. Nano-titan dioksidin iştirakı ilə mürəkkəb efirlərin alınması prosesi hərtərəfli öyrənilmiş və onun əsasında müasir, ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli proses təklif olunmuşdur.

Son illər professor E. B. Zeynalov müxtəlif nanokarbon katalizatorları və nanotitan dioksidin iştirakı ilə karbohidrogenlərin maye fazada hidrogen peroksidlə oksidləşmə proseslərinin tədqiqi ilə məşguldur. Bu sahədə E. B. Zeynalov tərəfindən çoxlu sayda icmal dərc olunmuş və göstərilmişdir ki, karbon nanobirləşmələrı (KNB) − füllerenlər və karbon nanoboruları hidrogen peroksidin parçalanmasında aktiv agentlərdirlər. Davamlı politsiklik karbohidrogen molekulları və strukturlarının oksidləşməsi, xüsusilə də fenol və neft kontaminantlarının parçalanması üçün mürəkkəb sistemlərdən ("Н2О2 + his С60/KNB") istifadə barədə təklif irəli sürülmüşdür.

Elmi işlərin yerinə yetirilməsi prosesində E. B. Zeynalov nüfuzlu beynəlxalq elmi-tədqiqat qrantlar (18 dəfə) almışdır − Akademik Dəyişmənin Alman Xidməti (DAAD), Alman Tədqiqat Fondu (DFG), London Kral Cəmiyyəti (Royal Society), Metropolitan Mançester Universiteti, Materialların Tədqiqi və Testləşməsi üzrə Alman Federal İnstitutu, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondu və Azərbaycan Respublikası Dövlət Neft Kompaniyasının Elm Fondu (SOCAR).

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Çap olunmuş elmi əsərlərin ümumi sayı 380-dan çoxdur, onlardan 9 monoqrafiya və kitab, 15 müəlliflik şəhadətnaməsi və patent, o cümlədən: "Polymer Degradation and Stability, Die Angewandte Makromoleculare Chemie, Macromolecular Chemistry and Physics, Polymers&Polymer Composites, Dyes and Pigments, Journal of Vinyl and Additive Technology, Iranian Polymer Journal, Materials Testing, The Open Materials Science Journal, Carbon, Erdol Erdgaz&Kohle, Journal of Materials Science and Engineering, Vakuum-in Forschung und Praxis (Wiley-VCH), Oil&Gaz European Magazine, Applied Catalysis – A: General, Chemistry and Chemical Technology, Petroleum Chemistry, International Journal of Innovative Science, Engineering&Technology, International Research Journal of Emerging Trends in Multidisciplinary, Journal of Adhesion Science and Technology, Molecular Crystals and Liquid Crystals, Journal of Physics and Chemistry of Solids" kimi aparıcı xarici jurnallarda dərc olunmuş 225 məqalə. Dünyanın müxtəlif ölkələrin alimləri bu günə kimi E. B. Zeynalovun əsərlərinə istinad edirlər.

  1. Природные ингибиторы азербайджанских нефтей. Баку: Элм. 1988. 124 с.
  2. Кинетический скрининг ингибиторов радикальных реакций. Баку: Элм. 1993. 228с. − Соавт.: О. А. Васнецова.
  3. Fullerenes Information Store: 1991–2006 / Фуллерены: Информационный сборник 1991–2006 / Füllerenlər: məlumat toplusu 1991–2006. Baku / Баку: Изд.-во: Nurlan. 2007. 521 p/с.
  4. Anticatalysts of thermooxidative degradation of polymeric materials. Baku: Elm. 2014. 160 p.
  5. Природные нефтяные кислоты и производные на их основе: происхождение, структура и свойства, синтетические и прикладные аспекты. Баку: Элм. 2014. 232с. − Соавт.: В. М. Аббасов, М. Г. Велиев, С. А. Мустафаев, Н. А. Мамедова, Л. М. Эфендиева, А. Г. Шахмамедова.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. Synthesis and reactivity of antioxidants based on vernolic acid and 3(3,5-ditretbutyl-4-hydroxyphenyl)propionic acid. //Die Angewandte Makromolekulare Chemie. 1998. V.260. № 1. P.77–81. − Co-auth.: G. Kossmehl, R. R. K. Kimwomi.
  2. Fullerene C60 as an antioxidant for polymers. //Polymer Degradation and Stability. 2001. V.71. № 2. P.197–202. − Co-auth.: G. Koβmehl.
  3. Polymeric antioxidants from vernonia oil. //Macromolecular Chemistry and Physics. 2001. V.202. № 13, P.2790–2796.− Co-auth.:R. K. Kimwomi, G. Koβmehl, P. M. Gitu & B. P. Bhatt.
  4. Analysing the content of antioxidants in PP materials. // Polymers & Polymer Composites. 2002. V.10. № 1. P.73–82. − Co-auth.: H. F. Schroeder, H. Bahr & Th. Rybak.
  5. Fullerenes C60/C70 and C70 as antioxidants for polystyrene. //Iranian Polymer Journal. 2004. V.13. № 2. P.143–148. − Co-auth.: M. Ya. Magerramova, N. Ya. Ishenko.
  6. Simultaneous determination of the content and activity of sterically hindered phenolic and amine stabilizers by means of an oxidative model reaction. //Polymer Degradation and Stability. 2004. V.85. № 2. P.847–853. − Co-auth.: N. S. Allen.
  7. Effect of micron and nano-grade titanium dioxides on the efficiency of hindered piperidine stabilizers in a model oxidative reaction. //Polymer Degradation and Stability. 2006. V.91. № 4. P.931–939. − Co-auth.: N. S. Allen.
  8. Antioxidant properties of multiwall carbon nanotubes: first measurements using a model oxidative reaction. //Polymers& Polymer Composites. 2006. V.14. № 8. Р.779–785. − Co-auth.: J. F. Friedrich.
  9. Modelling light stabilizers as thermal antioxidants. //Polymer Degradation and Stability. 2006. V.91. № 12. P.3390–3396. − Co-auth.: N. S. Allen.
  10. Impact of stabilisers on the thermal catalytic activity of micro- and nano-particulate titanium dioxide in oxidizing condensed mediums. //Dyes and Pigments. 2007. Т.75. № 2. Р.315–327.− Co-auth.: N. S. Allen, N. L. Calvet, J. Stratton.
  11. Anti-radical activity of fullerenes and carbon nanotubes in reactions of radical polymerization and polymer thermal / thermooxidative degradation (A review). // Materials Testing (Materials and Components, Technology and Application) section Polymer Materials. 2007. V.49. № 5. Р. 265–270. – Co-auth.: J. F. Friedrich.
  12. Radical scavenging efficiency of different fullerenes C60-C70 and fullerene soot. //Polymer Degradation and Stability. 2009. V.94. № 8. P.1183–1189. − Co-auth.: N. S. Allen, N. I. Salmanova.
  13. Antioxidant capacity of novel amine derivatives of buckminsterfullerene: determination of inhibition rate constants in a model oxidation system. //Polymer Degradation and Stability. 2009. V.94. № 11. P.1932–1940. − Co-auth.: N. S. Allen, K. Taylor, P. Birkett.
  14. Comparative evaluation of the efficiency of a series of commercial antioxidants studied by kinetic modelling in a liquid phase and during the melt processing of different polyethylenes. //Johnson B. Journal of Vinyl& Additive Technology. 2009. V.16. № 1. P. 1–14. − Co-auth.: N. S. Allen, K. T. Sanchez, Yu. P. Kabetkina, M. Edge.
  15. Plasma-chemical bromination of graphitic materials and its use for subsequent functionalizetion and grafting of organic molecules. //Carbon. 2010. V.48. № 13. P.3884–3894. – Co-auth.: J. F. Friedrich, S. Hanelt, S. Wettmarshausen, R. Mach, R. Mix, A. Meyer Plath.
  16. Plasma-chemically brominated single-walled carbon nanotubes as novel catalysts for oil hydrocarbons aerobic oxidation. //Applied Catalysis A: General. 2013. V.454. P.115–118. − Co-auth.: J. Friedrich, G. Hidde, A. Meyer-Plath, L. Nuriyev, A. Aliyeva, Yu. Cherepnova.
  17. Enzymatic catalysis of hydrocarbons oxidation "in vitro" (Review). //Chemistry & Chemical Technology. 2015. V.9. № 2. P.157–164. − Co-auth.: T. M. Nagiyev.
  18. Thermooxidative degradation of the low-density polyethylene in the presence of fullerenes C60/C70. //In: High-Performance Polymers for Engineering-based Composites, Eds. Omari Mukbaniani, Marc A. M. Abadie, Tamar Tatrishvili. Apple Academic Press Inc., USA, Part 1: Application of Polymer Chemistry and Promising Technologies. 2016. chapter 9. P.103–110.
  19. Carbon nano-dimensional catalysts for oxidation of hydrocarbons by hydrogen peroxide (a review). //Azerbaijan Chemical Journal. 2016. № 3. Р.175–183.
  20. Radical scavenging properties of piperidine derivatives of fullerene C60/C70 and multi-walled carbon nanotubes. //Molecular Crystals and Liquid Crystals. 2016. V.640. № 1. P.152–157. − Co-auth.: N. I. Salmanova, M. Ya. Magerramova.
  21. Antioxidant traits of some carbon moieties integrated in polymer materials (A review). //Chemistry&Chemical Technology. 2016. № 10 (4s). Р.581–586. – Co-auth.: M. Wagner, J. Friedrich, M. Ya. Magerramova, N. I. Salmanova.
  22. The peculiar behavior of functionalized carbon nanotubes in hydrocarbons and polymeric oxidation environments. //Journal of Adhesion Science and Technology. 2017. V.31. № 9. Р.988–1006. – Co-auth.: M. Wagner, J. Friedrich, G. Gundula Hidde, A. Meyer-Plath, M. Ya. Magerramova, N. I. Salmanova.
  23. Nanostructures from catalytic pyrolysis of gas and liquid carbon sources (a review). //Materials Testing (Materials Synthesis). 2018. V.60. N 7–8. 783–793. – Co-auth.: J. F. Friedrich, D. B. Tagiyev, A. B. Huseynov, M. Ya. Magerramova, N. A. Abdurehmanova.
  24. Carbonaceous nanostructures in hydrocarbons and polymeric aerobic oxidation mediums. //In the book: Fullerenes, Graphenes and Nanotubes: A Pharmaceutical Approach. Edited by Alexander Mihai Grumezescu, Elsevier – William Andrew Publishing House. 2018. Chapter 16. P.631–681. – Co-auth.: T. M. Nagiyev, J. Friedrich, M. Y. Magerramova.
  25. Carbon nanotubes catalysis in liquid-phase aerobic oxidation of hydrocarbons: Influence of nanotube impurities. //Journal of Physics and Chemistry of Solids. 2019. V.127. N 4. pp. 245–251. – Co-auth.: N. S. Allen, N. I. Salmanova, V. M. Vishnyakov.
  26. Oleksii Popov, Jozef Vleugels, Eldar Zeynalov, Vladimir Vishnyakov. Reactive hot pressing route for dense ZrB2-SiC and ZrB2-SiC-CNT ultra-high temperature ceramics. Journal of European Ceramic Society. 2020, 40(15), 5012–5019
  27. Zeynalov E. B., Agaguseynova M. M., Salmanova N. I. Effect of nanocarbon additives on stability of polymer composites. Izv. Vyssh. Uchebn. Zaved. Khim. Khim. Tekhnol. [Russ. J. Chem. & Chem. Tech.]. 2020. V. 63. N 11. P. 4–11
  28. Vladimir Vishnyakov, Baghir Suleimanov, Ahmad Salmanov, Eldar Zeynalov. Primer on enhanced oil recovery. ELSEVIER Publishing, 2020, 205p.
  29. Eldar Zeynalov, Asgar Huseynov, Elchin Huseynov, Nazilya Salmanova, Yaqub Nagiyev, Narmin Abdurakhmanova . Impact of as-prepared and purified multi-walled carbon nanotubes on the liquid-phase aerobic oxidation of hydrocarbons. Chemistry & Chemical Technology" , 2021, V.15, No.4, pp. 479–485
  30. Salmanova N. I., Agahuseynova M. M., Zeynalov E. B. Technical grade ofz fullerenes as a feasible constituent of polymeric stabilizers packages. Processes of Petrochemistry and Oil Refining. 2021. Vol. 22, No.2, pp. 234–241
  31. Zeynalov E. B., Tağıyev D. B., Nağıyev Ya. M., Hüseynov E. R., Nəzərov F. B., Hüseynov A. B. Dizel yanacağının və onun aromatiksizləşdirilmiş və parafinsizləşdirilmiş fraksiyalarının maddə tərkibi. Bakı: "Füyuzat" Nəşriyyatı, 2022, 208 s.
  32. Zeynalov E. B., Tağıyev D. B., Zeynalov S. B., Nağıyev Ya. M., Hüseynov E. R., Nəzərov F. B., Hüseynov A. B., Məhərrəmova M. Ya., Mustafayeva N. A., Şahnəzərova N. M., Nəbizadə A. F. Dizel yanacağının komponent tərkibi Bakı: "Füyuzat" Nəşriyyatı, 2022, 90s. (preprint).
  33. Naghiyev Ya. M. Synthesis and application of halogen substituted N- maleimides. PPOR, 2022, Vol.23, No2, pp. 13–35 36. Э. Б. Зейналов, Я. М. Нагиев, А. Б. Гусейнов, М. И. Надири, А. Д. Гулиев, Н. И. Салманова, М. Х. Аббасов, Ф. Б. Назаров, Р. Р. Апаева. Аэробно-пероксидное окисление нафталина в присутстви переходного металла на наноуглеродном носителе. SOCAR Proceedings. 2022, c.134–140
  34. Э. Б. Зейналов, Я. М. Нагиев, А. Б. Гусейнов, М. И. Надири, А. Д. Гулиев, Н. И. Салманова, М. Х. Аббасов, Ф. Б. Назаров, Р. Р. Апаева. Аэробно-пероксидное окисление нафталина в присутстви переходного металла на наноуглеродном носителе. SOCAR Proceedings. 2022, c.134–140