Elegiya (şeir növü)

Elegiya (yun. έλεγος – şikayәt) — әdәbi-musiqi janrı. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn, kәdәrli) orta uzunluqlu şeir. Çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V.Trednakovski, K.Batyuşkin, V.Jukovski, A.Puşkin, M.Lermontov, N.Nekrasov, A.Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8-20 misradan (iki beş bənddən) ibarət olmuşdur.[1]

Musiqidә kәdәrli, seyrçi, ovqat yaradan әsәr (mәs., Borodinin “Uzaq vәtәnin sahillәri üçün” romansı, Massnenin fp. vә violonçelin müşayiәti ilә sәs üçün “Elegiya”sı). Bәzәn E.janrında sırf instrumental pyeslәr dә yazılır (F.Әmirovun “12 miniatür” silsilәsindәn “Elegiya”, T.Bakıxanovun “Violonçel ilә orkestr üçün elegiya”sı vә s.)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan ədəbiyyarı[ölü keçid]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı,1978, səh.61

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]