Arxilox (yun. Αρχίλοχοζ; e.ə. 688[1] – təq. e.ə. 645) – qədim Yunan şairi. Bir çox yunan müharibələrində iştirak etmişdir. Antik dövrün ilk lirik şairi olmuşdur. Lirik şeir, elegiya, himn, epitafiya, həcv və təmsillərindən parçalar (200–250 misra) qalmışdır. Arxilox yamb vəzninin yaradıcısı hesab edilir. Antik dövrdə Arxiloxun sənətini yüksək qiymətləndirilmiş, onu Homerə, Hesioda oxşatmışdırlar; vətənində şərəfinə məbəd inşa etmişdirlər (e.ə. V əsrin əvvəllərində). Feognidin, Alkeyin, Sapfonun, Pindarın yaradıcılığında, həmçinin Yunan dramaturgiyasında Arxiloxun təsiri hiss olunur.[2]
Arxilox | |
---|---|
q.yun. Ἀρχίλοχος | |
Doğum tarixi | e.ə. 688[1] |
Vəfat tarixi | təq. e.ə. 645 |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | qədim yunan dili |
Vikianbarda əlaqəli mediafayllar |