Elektrik konnektoru — elektrik dövrəsini mexaniki olaraq birləşdirib-ayırmaq üçün nəzərdə tutulmuş elektrotexniki qurğu. Adətən iki və ya daha artıq hissədən ibarətdir: çəngəl və ona uyğun rozet.
Məişətdə çox vaxt "şteker" (ing. stecker) sözü ilə də adlandırılır. Bəzən qeyri-normativ leksikada "papa", yaxud "erkək" və "mama", yaxud "dişi" deyimlərindən də istifadə edilir. "Erkək" konnektorların kod nişanlanmasında çox zaman M (ing. male) və ya P (ing. plug) hərfi olur. Məsələn, DB-25 bağlayıcısının millər olan hissəsi DB-25M və ya DB-25P kimi nişanlana bilər.