Elektrik lampası

Muasir elektrik lampası
Thomas Edison-un icad etdiyi lampa 1879–1880

Elektrik lampasıelektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı.

XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi.

Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb.

Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.[1]

  1. "Ə.Ş.Abdinov, R.F.Mehdiyev, T.X.Hüseynov, Fiziki elektronikanin tarixi və metodologiyasi, Bakı, 2008, səh. 170" (PDF). 2016-03-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.