Elektrik velosipedi

Pedego — elektrik velosipedi
Dağ yolları üçün istifadə olunan elektrik velosipedi
Moped stillində — elektrik velosipedi
Almaniyada elektrik velosipedinin batterayasının yenidən qidalanması (yüklənməsi) üçün stansiya

Elektrik velosipedi (və ya başqa adla elektrikli velosiped, elektriklə işləyən velosiped) — elektrik mühərriki ilə işləyən velosiped. Hal-hazırda dünyada müxtəlif növ elektrik velosipedləri var. Elektrik velosipedlərinin hamısını pedala sürmək mümkün olduğuna görə, onları motosikl kateqoriyasına aid etmirlər.

Elektrik velosipedləri yenidən doldurula bilən batteryalardan istifadə edirlər, yüngül mühərrikli velosipedlər 25–32 km/saat sürətlə, daha ağır mühərrikli velosipedlər isə 45 km/saat sürətlə gedə bilir. Bəzi ölkələrdə (misal üçün Almaniya) elektrik velosipedləri ənənəvi velosipedləri əvəzləyir.[1] Digər qism ölkələrdə (misal üçün Çin) elektrik velosipedləri benzinlə işləyən moped və motosiklları əvəzləyir.[2]

  1. "Electric Bikes Now Constitute 10 Percent of German Market". EVworld.com. 10 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 April 2013.
  2. Kathy Chu. "Electric bikes face long road in U.S." USA Today. 2010-02-12. 2010-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-31.