Elektriklilər

Elektriklikimilər-Torpediniformes dəstəsi. Elektrikli skatların 3 fəsiləsi, təxminən 40 növü məlumdur. Fəsilələr və çox tanınan növlər aşağıdakılardır: elektrikli skatlar (adi elektrikli skat, morsbi elektrik skatı və s.), narkidlər (kor elektrikli skat, Hindistan elektikli skatı və s.), termiridlər.

Elektriklilər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Skatların bəzilərində iki, digərlərində bir bel üzgəci olur. Çox az növlərin bel üzgəci yoxdur. Elektrikli skatlar tropik və subtropik dənizlərin hamısında rast gəlinir. Əlvan rəngdə olan bu balıqların başının yanlarında cüt elektrik orqanları var. Bu orqanlarda heyvani cərəyan əmələ gəlib toplanır. Az hərəkətli olan bu skatlar pis üzür, dibdə torpağa yarı girmiş halda yaşayır. Balıqları və dib onurğasızlarını daha çox yeyirlər.

Qidalanma zamanı cərəyan hasil edir və onun vasitəsilə şikarı keyləşdirib tutur. Belə cərəyan həm də müdafiə xarakteri daşıyır. Cərəyan hasil edən orqan vasitəsilə skat öz ətrafında elektrik sahəsi də yarada bilir. Bu skatlar bir dəfəyə 4-dən 10-a qədər yumurta qoyur. Çox qısa vaxtdan sonra yumurtalardan balalar çıxır ki, belə nəsl verməyə yumurtadiridoğma deyilir.

  • Abbasov H. S , Hacıyev R. V. İxtiologiya. Bakı,2007, səh 146.
  • Abbasov H. S., Mustafayev Q. T., Məmmədova S. Ə., İsmayılov R. Ə. Bakı,1999, səh 118
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.123.
  • Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.175.

Onurğalılar

Qığırdaqlı balıqlar

Köpəkbalığı

Skatlar

Lamnokimilər

Rombvarıkimilər

Tikanquyruqkimilər

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]