Elektron hökumət

Elektron dövlət və ya e-dövlətİKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsuldur. Elektron dövlətin fəaliyyətini İKT-nin köməyi ilə icraçı hakimiyyət (elektron hökumət), parlament (elektron parlament) və məhkəmə orqanları (elektron ədalət məhkəməsi) dəstəkləyir.

Azərbaycanda Elektron dövlətin yaradılması "Elektron Azərbaycan" proqramı daxilində həyata keçməli və dövlət idarəçiliyinin keyfiyyətinin artırılmasına yönəldilməlidir.

E-dövlətə hazırlıq indeksinə görə, Azərbaycan lider ölkələr siyahısında olmasa da, bu istiqamətdə müəyyən işlər görülməkdədir [1]. Dövlət orqanlarının hər biri yuxarıdan aşağıya, öz səlahiyyətləri çərçivəsində öz funksiyalarını həyata keçirirlər. İnternet şəbəkəsinin imkanlarından istifadə etməklə dövlət qurumlarının saytlarının yaradılması, orada bu təşkilatlar, onların strukturları haqqında məlumatın və lazımi sənədlərin yerləşdirilməsi, vakant iş yerlərinə müsabiqələrin elan edilməsi, bəzi kommunal borcların on-layn rejimdə ödənilməsi, abituriyentlərin qəbul imtahanları üçün sənədlərin verilməsi, elektron kitabxanaların yaradılması və s. kimi işlər reallaşdırılmışdır. Proqramda bir çox məsələlərlə yanaşı, dövlət orqanlarında elektron sənəd mübadiləsinin təşkili nəzərdə tutulur. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, əhaliyə xidmətin operativliyini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.

Elektron dövlət (ing. e-government) anlayışı çox hallarda Elektron hökumət kimi nəzərdə tutulur. Lakin bu cür ifadə düzgün deyildir. Belə ki, Elektron hökumət Elektron dövlətin bir qoludur. Müasir beynəlxalq hüquqi sənədlərdə, əsasən insan hüquqları üzrə Avropa məhkəməsinin qərarlarında "government" dedikdə bütünlükdə dövlət nəzərdə tutulur. Analoji olaraq, "three branches of government" ifadəsində yalnız hökumət deyil, dövlətin hər üç qolu nəzərdə tutulur. Hazırda elektron hökumətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.[2]

Demokratiya və texnologiyalar mərkəzinin (ing. Center for Democracy and Technology - CDT) direktoru Ceyms Dempsi Elektron dövləti bu cür təsvir edir: "Elektron dövlət İKT-dən istifadə etməklə hökuməti vətəndaşlar üçün daha əlyetərli, effektiv və məsuliyyətli etmək məqsədi daşıyır. Elektron dövlətə keçid dövlət qulluqçularının hər birinin iş otağının kompüterlə təchiz olunması demək deyildir. Əksinə, Elektron hökumətdə dövlət qulluqçuları ilə digər vətəndaşlar arasında qarşılıqlı münasibət dəyişməlidir".

Elektron dövlətin məqsədi öz idarəetmə fəaliyyətinə İKT-ni tətbiq etməklə dövlət xidmətlərini vətəndaşın, biznes dünyasının ixtiyarına vermək və daha təsirli və səmərəli bir idarəetməyə nail olmaqdır. E-dövlət xidmətləri hökumət vətəndaş (G2С), hökumət biznes (G2B), hökumət-hökumət (G2G), hökumət qulluqçu (G2E) və hökumət qeyri-kommersiya təşkilatları (G2N) əlaqələri üzərində qurulmuşdur [3].

G2B (government-to-business) – hökumət və biznesin qarşılıqlı əlaqəsi. Dövlət strukturları ilə özəl şirkətlər arasında elektron formada qarşılıqlı əlaqə metodlarının ümumi işarəsi.

G2C (government-to-citizen) – hökumət və vətəndaşların qarşılıqlı əlaqəsi.

g2g – gap otaqlarında I’ve got to go (Mən getməliyəm.) ifadəsinin abreviaturası.

G2G (government-to-government) – hökumətin dövlət qulluqçuları ilə, hökumətin hökumətlə qarşılıqlı əlaqəsi.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
  • Hacırəhimova,M.Ş. Elektron dövlət mühitində sənəd dövriyyəsi sistemlərinin aktual problemləri və həlli yolları//İnformasiya cəmiyyəti problemləri, 2010, №2, s.21-29. http://www.jpis.az

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. UN E-government survey 2010. http://www.unpan.org/ Arxivləşdirilib 2017-08-29 at the Wayback Machine
  2. http://weboxu.com/blog/1254.html Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine Rəşad Mehbaliyev: E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov
  3. Aygün Əhmədova, Elektron demokratik təsisatların yaradılması texnologiyaları haqqında, "İdarəetmədə informasiya texnologiyaları" elmi-praktiki konfransı, AR-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,səh. 115, Bakı-2008