Elektron parlament

Elektron parlamentvətəndaşların idarəetmədə iştirakınının təmin olunması, tələb və təkliflərinin nəzərə alınması zərurəti ilə parlamentin fəaliyyətində informasiya kommunikasiya texnologiyalarının tətbiq edilməsini nəzərdə tutur. Vətəndaşların parlament qərarlarının qəbulu prosesində iştirakının təmin edilməsi elektron demokratiyanın əsas prinsiplərindən biri hesab olunur.

Bəzən elektron parlament anlayışı sadəcə olaraq parlamentdə elektron sənəd dövriyyəsinin və elektron səsvermə sisteminin mövcudluğu kimi anlaşılır. Lakin, bu iki amil elektron parlamentin bir hissəsi kimi qəbul edilə bilər. Bu anlayış daha geniş anlamda insanların parlamentin fəaliyyətində aktiv iştirakını özündə ehtiva edir.