Elevter Andronikaşvili

Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, 25 dekabr 1910 və ya 1910[1], Sankt-Peterburq8 sentyabr 1989 və ya 1983, Tbilisi) — Sovet gürcü fiziki.

Elevter Andronikaşvili
gürc. ელეფთერ ანდრონიკაშვილი
rus. Элевтер Луарсабович Андроникашвили
Doğum tarixi 12 (25) dekabr 1910, 25 dekabr 1910(1910-12-25) və ya 1910[1]
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 1989(1989-09-08) və ya 1983
Vəfat yeri
Dəfn yeri
Atası Laursab Andronikaşvili
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Gürcüstan SSR EA akademiki
İş yeri
Alma-mater Leninqrad Politexnik İnstitutu
Təhsili Leninqrad Politexnik İnstitutu
Üzvlüyü
Mükafatları
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
"Stalin" mükafatı — 1952 SSRİ Dövlət mükafatı — 1978
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır. 1951-ci ildən Tbilisi Dövlət Universitetinin Fizika kafedrasının müdiri və professoru idi. 1955-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının həqiqi üzvü idi.

Andronikaşvilinin əsas işləri kvant hidrodinamikası, aşağı temperatur fizikası, kosmik şüa fizikası, bərk cisim radiasiyası fizikası, nüvə texnikası, biofizika, biotermodinamika və ifrat axıcılığa aiddir. Bir-birinə yaxın yerləşən 2 diskdə yarğalanma periodu və sönməsinin araşdıran eksperiment zamanı ilk dəfə sübut etdi ki, maye helium II-də elə hallar olur ki, maye eyni vaxtda iki növ hərəkətdə iştirak edir; ilk dəfə helium II-nin normal komponentinin özlülüyünün, DNT və RNT-nin hüceyrədaxili əriməsinin istiliyindən asılılığını ölçmüşdür. 1960-cı ildə helium II-də burağan dalğalarını araşdırırdı. 1961-ci ildə, o, mütləq sıfıra yaxın temperaturalarda olan nüvə reaktorlarında maddələrin radiaktik şüalanması üçün SSRİ-də ilk aşağı temperaturlu dövrə yaratdı.

9 sentyabr 1989-cu ildə Tbilisidə vəfat etdi.

  • Lenin ordeni (24.12.1980).
  • 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni (3.06.1954, …, …).
  • Üçüncü dərəcəli Stalin mükafatı (1952) — 1949-1951-ci illərdə Eksperimental və Nəzəri Fizika jurnalı (rus. Журнал экспериментальной и теоретической физики) və Kolloid jurnalında (rus. Коллоидный журнал) dərc olunan məqalələrdə göstərilən maye helium-II xüsusiyyətlərinin eksperimental tədqiqatlarına görə.
  • SSRİ dövlət mükafatı (1978) — "Skan edən mikrokalorimetriya — bioloji makromolekulların öyrənilməsinin yeni yolu" (rus. Сканирующая микрокалориметрия — новый способ исследования биологических макромолекул) (1963—1977) adlı bir sıra əsərlərə görə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Андроникашвили, Элевтер Луарсабович // Большая русская биографическая энциклопедия (электронное издание) (Версия 3.0). М.: Бизнессофт, ИДДК. 2007.
  • Istituto dell’Enciclopedia Italiana-da məqalə (ital.)
  • Андроникашвили Э. Л. Воспоминания о жидком гелии. Тбилиси: Ганатлеба. 1980.
  1. 1 2 Andronikašvili, Elefter Luarsabovič // Çex Milli Hakimiyyət Məlumat bazası.