Elfaq Hüseynov (15 iyul 1969 – 27 may 1993, Gədəbəy) — Azərbaycanlı şəhid.
Elfaq Oruc oğlu Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayon Qaraməmmədli kəndi |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Gədəbəy |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Baş leytenant |
Hüseynov Elfaq Oruc oğlu 1969-cu ildə iyulun 15-də Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. Elfaq orta məktəbdə oxuyarkən öz yaşıdlarından sakit təbiəti, elmə həvəsi ilə fərqlənirdi. Valideynləri ona böyük ümüd bəsləyir, dərsləri ilə məşğul olması üçün hər cür şərait yaradırdılar. Orta məktəbi qurtardıqdan sonra, Sovet ordu sıralarında hərbi xidmətini yerinə yetirib təhsilini Azərbaycan Texniki Universitetində davam etdirirdi. Texniki Universitetin IV kurs tələbəsi idi. O, ermənilərin vəhşiliklərinə dözməyib könüllü batalyona yazıldı. Gənc leytenantın döyüş yolu Başkəndin alınmasından başlandı. Yoldaşları arasında cəsurluğu və hərbi intizamı ilə seçilən bu Vətən oğlu neçə-neçə qanlı döyüşdə düşmənə ağır itgilər vermişdi. 1993-cü il may ayının 27-si qəhrəmancasına şəhid olmuşdur.
http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).