Elgün Camal

Elgün Camal (28 sentyabr 1988, Gəncə şəhəri) — Aktyor, Musiqiçi, Televiziya aparıcısı.

Elgün Camal
Bayramov Elgün Tofiq oğlu
Ümumi məlumatlar
Doğum tarixi (35 yaş)
Doğum yeri Gəncə şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Tele-aparıcı, aktyor, ifaçı
Fəaliyyət illəri 2008 – hal-hazırda
Janr Estrada ifaçısı
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Haqqında[redaktə | mənbəni redaktə et]

Bayramov Elgün Tofiq oğlu 1988 ci ilin 28 sentyabr tarixində Gəncə şəhərində anadan olub. İlk təhsilini də elə həmin şəhərdə M. P. Vaqif adına 8 saylı orta məktəbə alıb. 1999- 2004 cü illərdə “Gəncə şəhəri Uşaq Rəssamlıq Məktəbi”- ni, 2001- 2006 ci illərdə “2 saylı musiqi məktəbi”- nin “Səs vokal şöbəsi” -ni bitirib. Ali təsilini ailə problemlərimə görə yarıda saxlayaraq 2006- cı ildə hərbi xidmətə getmişəm. Xidmətimdə qazandığım müvəffəqiyyətlərə görə “fəxri fərman”, daha sonra isə “Radiostansiya rəisi” vəzifəsində “çavuş” hərbi rütbəsi ilə tamamlayıb. Daha sonra, Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Televiziya fəaliyyətinə hələ kiçik yaşlarında uşaq verilişləri aparmaqla başlasada, ilk olaraq rəsmi fəaliyyətə 2008 ci ildə başlamışdır. Aparıcılıq etdiyi proqram, Həftə içi 7 gün 3 saat canlı yayımlanan səhər verilişi olub. Elgün Camal 13 il ərzində müxtəlif televiziyalarda, bir çox vəzifələr icra edib. AzTV, ARB, SMTV, Kəpəz FM, ARB ulduz, Xəzər TV, Space TVAzad Azərbaycan televiziyası ilə yanaşı o, gənclər təşkilatları sektorunda da fəaliyyət göstərib. Onlarla bədii məqalə, sənədli film, hekayə, şer və publisistik əsərlərin müəllifidir. Rəssamlıq və musiqi təhsili ilə yanaşı o, İxtisasca aktyorluq sənətini seçərək bir neçə bədii film və seriallarda çəkilib. Xəzər və ATV kanallarında yayımlanan xeyriyyə verilişlərinin redaktoru və ssenari müəllifi olub. "Vətən müharibəsi" ilə bağlı hazırlanmış ilk 44 hissəli sənədli televiziya filminin quruluşçu rejissorudur.

Hazırladığı (çəkildiyi) filmlər[redaktə | mənbəni redaktə et]

"Hər gün bir tarix" 44 hissəli sənədli televiziya filmi - qruluşçu rejissor

"Elin İlhamı" sənədli televiziya filmi - quruluşçu rejissor

"Sehirli Qış" nağılvari televiziya tamaşası - müəllif

"Baharın sorağında" 3 hissəli film - müəllif

"Holly Cow" (Müqəddəs inək) sənədli film - produsser

"Xəlvətdə qalmış müdrik" sənədli film - aktyor

"Bir səhər" bədii film - aktyor

"Sonuncu dayanacaq" bədii film - aktyor


Mükafatları[redaktə | mənbəni redaktə et]

  • “Türkelin uğuru” mükafatı - 2011 -ci il
  • “İlin ən yaxşı aparıcısı” fəxri mükafatı - 2012 / 2013 -cü illər
  • "Altın Güneş" ödülü - 2020 -ci il
  • "İlin ən yaxşı sənədli filmi" mükafatı - 2020/2021 -ci illər
  • "Zəfər" milli mükafatı - 2022 -ci il

İstinadlar[redaktə | mənbəni redaktə et]

[1][2][3][4][5][6][7]

  1. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  2. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  3. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  4. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  5. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  6. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  7. "Arxivlənmiş surət". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.