Elgiz Elşad oğlu Əlizadə (11 iyun 1992, Bakı) — Azərbaycanlı kapoeyraçı, idman ustası, beynəlxalq dərəcəli hakim[1], Azərbaycan Kapoeyra Federasiyasının 1-ci vitse prezidenti, Məşqçilər kollegiyasının sədri[2] və baş məşqçisi[3][4], Ümumdünya Kapoeyra Federasiyasının (ing. World Capoeira Federation) İdarə Heyətinin üzvü, Kapoeyra üzrə 5 qat Azərbaycan çempionu.
Elgiz Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Elgiz Elşad oğlu Əlizadə |
Vətəndaşlığı | |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | 11 iyun 1992 (32 yaş) |
Doğum yeri | |
Təhsili | |
Boyu | 1.77 m |
Çəkisi | 75 kq |
İdman növü | Kapoeyra |
Karyera illəri | 2005-2019 |
Məşqçisi | Əmin Hüseynov |
İdman dərəcəsi | idman ustası |
Komandası | Azərbaycan milli komandası |
Elgiz Əlizadə Azərbaycanda ilk dəfə olaraq kapoeyra yarışları üzrə idmançıları qiymətləndirmə və elektron formatda səs vermə üsullarının müəllifidir.[5] Bundan əlavə Ümumdünya Kapoeyra Federasiyasının yarış qaydaları müəlliflərindən biridir.[6]
Azərbaycan Gənclər Fondu, Baziliyanın Azərbaycandakı səfirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və bir sıra hökumət və qeyri-hökumət təşkilatları ilə bədən tərbiyəsi və idman sahəsində layihələrin təşkilatçısıdır.[7]
Elgiz Elşad oğlu Əlizadə 11 iyun 1992-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.
1999–2010-cu illərdə Bakı ş., Yasamal rayonu 158 saylı orta ümumtəhsil məktəbində tam orta təhsil alıb. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik fakültəsində Atletika ixtisası üzrə ali təhsil alıb.
2004-cü ildən kapoeyra idman növüylə məşğuldur. Bu illər ərzində 5 dəfə respublika çempionu, beynəlxalq turnirlərin qalibi olub. 2010–2015-ci illər ərzində Fransa, Portuqaliya, Braziliya və s. bir sıra ölkələrdə beynəlxalq seminarlarda iştirak edib.
2016-cı ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən "Tələbələr arasında streetball turniri"nin layihə rəhbəri olub.[8][9]
2018-ci ildən etibarən Azərbaycan Kapoeyra Federasiyasının (AKF) Məşqçilər kollegiyasının sədri və baş məşqçisidir.
2018–2020-ci illərdə Ümumdünya Kapoeyra Federasiyası (ÜKF) (ing. World Capoeira Federation) və College of Sports and Fitness tərəfindən C və D kateqoriyalı hakim imtahanlarını uğurla başa vuraraq beynəlxalq dərəcəli hakim (ing. international referee) adını qazanıb.[10] Bu kateqoriyalar üzrə bir sıra beynəlxalq yarışlarda (Estonian Open 2019[11][12], JOGA LEGAL U18[13], Budapest Open 2022[14]) hakimlik edib.[15]
2019-cu ildən etibarən ÜKF Təşkilat komitəsinin üzvüdür. 2022-ci ildən etibarən ÜKF-nin idarə heyətinin üzvüdür.[16][17]
2022–2023-cü illərdə keçirilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və AKF-nin "Münaqişədən sonra uşaq və gənclərə dəstək" (ing. "Post Conflict support youth and kids") layihəsinin supervizoru olub.[18][19]
2023-cü ildən etibarən Azərbaycan Kapoeyra Federasiyasının 1-ci vitse prezidentidir.
Azərbaycan, ingilis, ispan və portuqal dillərini bilir.
Ailəlidir.