Alkoqolizm

Alkoqolizmspirtli içkilərin istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlikdir.

Alkoqolizm
"King Alcohol and his Prime Minister" c. 1820
"King Alcohol and his Prime Minister" c. 1820
XBT-10 F10..2
XBT-9 303
OMIM 103780
DiseasesDB alcoholism
MedlinePlus 000944
eMedicine /285913 
MeSH D000437
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
William Hogarth: Gin Lane

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ümumdünya Səhiyyə Təşkilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının 6 meyarını müəyyənləşdirilib. Əsas və ilk meyar insanın içki qəbuluna nəzarət edə bilməməsidir. İkinci meyara görə, insan içki qəbul etmək istəyi hiss edir. Bu istək özünü həm açıq şəkildə büruzə verə, həm də gərginliyin aradan qaldırılması, istirahət bəhanəsi altında gizlənə bilər. Bu istək nəticəsində insan öz ailəsini, qanunları və sosial davranış normalarını unudur. Üçüncü əlamət isə orqanizmin spirtli içkiyə asanlıqla "dözməsi"dir. Əgər insan üç şüşə araq içsə və sərxoş olmaması ilə öyünürsə, bu, təhlükəli sindromdur. Məsələ burasındadır ki, orqanizm son gücünə qədər qana daxil olan etil spirtini emal etməyə çalışır, amma gec və ya tez son mərhələ çatır və mexanizm pozulur. Nəticədə alkoqol əqli zəifliyə səbəb olur. Yəni, insan sizinlə salamlaşa və bir neçə saniyə sonra bunu unuda bilər.

Dördüncü simptom abstinent sindromdur. Bu, insanın içki qəbulundan bir gün sonra özünü yorğun, əzilmiş, hiss etməsi, əllərinin əsməsidir. Belə adamlar səhər tezdən içki qəbul etməsələr belə, yenidən içmək üçün səbirsizliklə iş gününün sonunu gözləyirlər, amma içki qəbul edəndən sonra özünü pis hiss edənlər də iki qrupa bölünür və alkoqoldan zəhərlənənləri içkin düşkünləri sırasına aid etmək olmaz. Sadəcə olaraq, onlar zəhərləndiklərinə görə səhəri gün özlərini pis hiss edirlər və vəziyyətlərinin düzəlməsi üçün yenidən içki qəbul etmək istəyi hiss etmirlər. Alkoqoliklər isə yenidən içmək zərurəti hiss edirlər, lakin alkoqoldan zəhərlənmə də içki istehlakı mədəniyyəti ilə birbaşa bağlıdır. Əgər bir adam iki şüşə araq içərsə, 400 millilitr etil spirti qəbul etmiş olur. Bu, 70 kiloqramlıq bir insan üçün ölümcül dozadır. Adi insan bu doza ilə reanimasiyaya düşür. Alkoqoliklərdə isə bu baş vermir. Ona görə də içki qəbul edənlər üçün alkoqolizm və qəhrəmanlıq sinonim təşkil edir. Beşinci əlamət müxtəlif xəstəliklərdir. Yəni, insan laborator təhlilləri mənfi nəticələnir və ya içki nəticəsində ailəsi dağılır. O isə içkidən ayrıla bilmir və alkoqol qəbul edilməsini dayandıra bilmir. Sonuncu meyar isə alkoqolun insanın həyatında əsas rolu oynamasıdır. Başqa sözlə, bu meyara görə, insanın məişəti və şəxsi həyatı içki ətrafında qurulur. Alqokolla bağlı olmayan digər maraqlar isə sonrakı yerlərə keçir.

Alkoqol tərkibində etil spirti olan, və içildiyi zaman insana müvəqqəti kef və sərxoşluq verən, eyni zamanda vücuda zərərli təsir edən, bir çoxlarında vərdişə çevrilən içkilərdəndir. İçkisiz dura bilməyənlərə bədən və ruhi-mənəvi sağlamlığını, ailə, sosial, və iş həyatını pozacaq dərəcədə içki qəbul edənlərə alkoqolik deyilir. Alkoqolizm, spirtli içkiləri müntəzəm qəbul etmək nəticəsində yaranan və içkiyə aludə etdirən bir xəstəlikdir. Bu xəstəlik fiziki və psixi pozğunluqlar törətməklə şəxsin nüfuzuna mənfi təsir göstərir. Alkoqol əsasən beyin hüceyrələri üçün zəhərlidir. Sərxoş adam ilk anlar şənlik edir, keyfi durulur və s. amma içkinin təsiri artdıqca, bütün bunlar əsəbilik, ədəbsizlik, hövsələsizlik, və kobudluqla əvəzlənə bilər. Alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertaniya xəstəliyinin vüsət almasına, qara ciyərin serozuna, böyrəklərin funksiyasının pozulmasına, eləcə də dərin psixi və somatik pozğunluqlara səbəb olur. Bu xəstəlik ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzən isə alkoqol psixozları ilə nəticələnir. Xəstə olan şəxs vahimələnir, yuxusu pozulur, hallüsunasiya müşahidə olunur. Spirtli içki düşkünləri arasında tez-tez bədbəxt hadisələr, baş verir, onların əmək qabiliyyəti zəifləyir. Alkoqolizm daha çox qadın psixikasına mənfi təsir göstərir. Hamiləlik dövründə spirtli içkilərin qəbulu xüsusilə yolverilməzdir. Belə ki, bu zaman qəbul olunan alkoqol nəinki ananın orqanizminə, eləcə də gələcək körpənin sağlamlığına çox mənfi təsir edir. Alkoqol düşkünü olan qadınlarda fiziki və əqli cəhətdən şikəst uşaqların doğulmasına daha tez-tez təsadüf edilir. İçkiyə başlamanın bir neçə səbəbi ola bilər. Bioloji səbəblər — atanın evliliyinin ilk günündən və ananın hamiləlik dövründə içki qəbul etməsi nəticəsində və sinir sisteminin pozulması ilə uşaqlar bəzən anadangəlmə alkoqolik olur. Ətrafla bağlı səbəblər — davamlı içki içilən, bir mühitdə yaşayan gənclər ya çevrədən ya da valideynlərdən təsirlənərək içkiyə aludə olur. Psixoloji səbəblər — cəmiyyətin adət və ənənələrini heç sayan ailələrin uşaqlarına örnək ola bilməmələri də əsas səbəblərdən biridir. Dünya Səhiyyə Təşkilatının 30 ölkə arasında apardığı araşdırmaya görə içkiyə aludəçilik cinayətlərin 85%-na, yol qəzasının 61%-na, namusa təcavüzün 80%- na zor tətbiqinin 50%-na, yanğınların 16%-na səbəb olur. Eyni araşdırma alkoqol mübtəlası olanların olmayanlara nisbətən 16 dəfə artıq hər şeyini bərbad etdiyini, 30 dəfə artıq zəhərləndiyini, 58 dəfə artıq intihar etdiyini aşkar etmişdir. Ruhi xəstələrin 40–50%-nı, həbs edilənlərin 50%-ni alkoqoliklər təşkil edir. İçki içilən ailələr yeni nəsillərə böyük zərər verir. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə içki qəbul edilən qadının dünyaya gətirdiyi uşağın çəkisinin normaldan aşağı olması 98%, dodaq və barmaqlarda anormallıq 95%, ruhi problemlər 89%, aqressiv əlamətlər 72%, hormonik cinsi pozğunluq 46%, hissiyat pozğunluğu 41%, otropedik xəsarət 33%, dəri və dırnaq xəsarəti 30%, ürək zəifliyi 29%, görmə zəifliyi 25% təşkil edir. İçkinin ürək və damar xəstəliklərinə yaxşı təsir etməsi fikrinin tərəfdarlarına cavab olaraq, Amerikanın Baltimor əyalətindəki Con Hopkins Universitetində işləyən doktor Cinqzhonq Dinq və heyəti 1909 nəfər üzərində təcrübələr aparmış və ayrı-ayrı vaxtlarda onların beyin MR-larını çəkərək, içkini az da olsa qəbul edənlərin beyinlərində getdikcə kiçilmə əmələ gəldiyini sübut etmişlər.

İçki içməyə aludə olan fərdlərin, içkidən əvvəlki sağlamlığını bacarıqlarını əldə etməsi, içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır. Müalicədə məqsəd, içkinin tam buraxılmasıdır. Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki içməməlidir. Antebus müalicəsi xəstəyə antebus, və ya bəzi dərmanlar verilməklə onda keçici böhran əmələ gəlməsinə, təzyiqin düşməsinə, tərləmələrə, istiliyin artmasına, bədəninin bəzi hissələrinin qızarmasına və ürək döyüntüsünün güclənməsinə səbəb olunur. Bu zaman klinik ölüm halı sınaqdan çıxarılır. İçki qəbul etmə istəyi keçənə qədər bu proses davam etdirilə bilər. Nifrət hissi oyatma- xəstəyə bəzi dərmanlar verilməklə, ürək bulanmasına, içki verilməklə qusmasına və alkoqola qarşı nifrət hissinin oyandırılmasına çalışılır. Psixoloji müalicədə alkoqolik içkinin zərərləri ilə bağlı məlumatlandırılır. Alkoqolizmlə bütün cəmiyyət mübarizə aparmalı, sağlam həyat tərzini qorumaq lazımdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]