Elman Abdullayev

Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020).

Elman Abdullayev
2011 – 18 sentyabr 2014
NazirElmar Məmmədyarov
ƏvvəlkiElxan Poluxov
SonrakıHikmət Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 1976
Doğum yeri

1976-cı ildə Gəncədə anadan olub.[1] Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib.[1]

1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.[1]

18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[2] 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb.[3]

Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.[1]

İki övladı var.[1]

  1. 1 2 3 4 5 "Müsahibə. Qeyri-diplomatik söhbət. bakupost.az saytı". 2012-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-31.
  2. "E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-19.
  3. "E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.