Efiopiya (amh. ኢትዮጵያ — ʾĪtyōṗṗyā) və ya rəsmi adı ilə Efiopiya Federativ Demokratik Respublikası — Şərqi Afrikada dövlət. Efiopiya dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbə, ümumi sahəsi 1,100,100 kvadrat kilometr, əhalisinin sayı 109 milyon nəfərdən çoxdur. Efiopiya qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır. Bu ölkə Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olmuşdur.
Efiopiya | |||||
---|---|---|---|---|---|
amh. የኢትዮጵያ ፌዴራላዊ ዴሞክራሲያዊ ሪፐብሊክ (Ye-Ītiyoṗṗiya Fēdēralawī Dēmokirasīyawī Rīpebilīk) | |||||
| |||||
Land of origins, Gwlad y tarddu | |||||
Himn: Wodefit , Widd Innat Ityopp'ya ("İrəli Addımla, Doğma Anam Efiopiya") |
|||||
Tarixi | |||||
• Aksum çarlığı | e.ə.980 | ||||
• Efiopiya imperiyası | 1137 | ||||
• Müstəqilliyin əldə edilməsi (İtaliyadan) | 1947 | ||||
• İndiki konstitusiyanın qəbulu | 1991 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Əddis-Əbəbə | ||||
İdarəetmə forması | Federativ parlament respublikası | ||||
Prezident | Taye Atske Selassie | ||||
Baş nazir | Abiy Əhməd Əli | ||||
Sahəsi | Dünyada 26-cı | ||||
• Ümumi | 1,104,300 km² km² | ||||
• Su sahəsi (%) | 0.7 | ||||
Əhalisi | |||||
• Əhali | 116,462,712 nəfər (13-cü) | ||||
• Siyahıyaalma (2007) | 73,750,932 nəf. | ||||
• Sıxlıq | 92.7 nəf./km² (123-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $394 milyard dollar (55-ci) | ||||
• Adambaşına | $3,724 dollar (159-cu) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | $156 milyard dollar (59-cu) | ||||
• Adambaşına | $1,475 dollar (159-cu) | ||||
İİİ (2021) | 0.498 (artım; 175-ci) | ||||
İnternet domeni | .et | ||||
ISO kodu | ET | ||||
BOK kodu | ETH | ||||
Telefon kodu | +251 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi Afrikada dövlət. Qərbi Sudan və Cənubi Sudanla, c.-da Keniya, c.-ş. və ş.-də Somali, şm.-ş.-də Cibuti, şm.-da Eritreya ilə həmsərhəddir. Sahəsi 1,1 ln. km². Əhalisi 132,936,646 [3](4-10-2024 tarixə)[4]. Paytaxtı Əddis-Əbəbə şəhəridir (tərcümədə - Yeni Çiçək). Rəsmi dil amhara dili, pul vahidi Efiopiya bırıdır ETB - Ethiopian Birr [5]- (Bırr). Efiopiya Afrika Buynuzundakı ən böyük və ən çox məskunlaşan ölkədir. 1993-cü ildə Qırmızı dənizdəki keçmiş əyaləti olan Eritreanın ayrılması ilə Efiopiya dənizə çıxışı olmayan ölkə oldu.[6]
Hesab olunur ki, Efiopiya insanın meydana gəldiyi ən qədim ərazilərdəndir. Efiopiya yaylasında aşkar olunmuş avstralopiteklərin (Omo çayı vadisi və Oldovay mədəniyyəti) qalıqları 2,5–2,1 mln. il əvvələ aid edilir. Qədim Misir mənbələri Afrika Buynuzu ərazisində mövcud olmuş Punt ölkəsi haqqında məlumat verir. Eramızdan xeyli əvvəl Efiopiyada sami-hami dil qrupunda və s. dillərdə danışan xalqlar yaşamışlar. E.ə. 1-ci minillikdə burada Cənubi Ərəbistandandakı Səba dövlətindən gəlmiş ayrı-ayrı ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmışlar (Yəmənin Hübeyş vadisindən olanlar indiki Tiqre yaylasının cənubunda məskunlaşmış və əraziyə Həbəşət adını vermişdilər). Onların köçü Efiopiyada sami dillərinin və bir çox sənətkarlıq sahəsinin (quru hörgü üsulu ilə daş tikinti texnikası, naxışlı keramika və s.) yayılmasına səbəb olmuşdu. Arxeoloji qazıntılara görə, Efiopiya ərazisində e.ə. 1-ci minillikdə iri dövləti qurumlar yaranmışdı. Meroe dövlətinin hökmdarları e.ə. 4-cü əsrdə həbəşlərlə müharibələr aparmışlar. E.ə. 3-cü əsrdə Efiopiya ərazisində bir neçə dövlət meydana gəlmiş, Qırmızı dənizin və Ədən körfəzinin Efiopiya sahillərində Misir faktoriyaları yaranmışdı. Efiopiya ərazisində iri Aksum çarlığı mövcud olmuşdur. 4-cü əsrdə xristianlıq yayılmağa başladı. Efiopiya kralı Kaleb Ella Esbaha [514 −554] Bizans imperatoru I Yustinianla [518–527] uzunmüddətli diplomatik görüşlərdən sonra Himyari padşahlığını (Yəməndə) işğal etdi. Əbrəhə Yəmənin valisi oldu. Bir neçə ildən sonra Əbrəhə hakimiyyəti ələ keçirdi və müstəqilliyini elan etdi. Onun əsas məqsədi xristianlığın yayılmasına əngəl olan Məkkəni ələ keçirmək, iranlılarla savaşan Bizansa yardım etmək idi. Lakin 570 - 571 ildə baş vermiş yürüş Əbrəhənin məğlubiyyəti və efiopiyalıların Ərəbistan y-a-ndan tam çıxarılması (590 – 627) ilə nəticələndi. Efiopiyada islam dini VII-ci əsrin əvvəllərində yayılmağa başladı. Efiopiya nequsu (hökmdarı) Necaşi Ashame (ö. 630) islamı qəbul etdi. IX-cu əsrdə Efiopiya yaylasının şimalında islamın yayılması xarici ticarəti nəzarət altında saxlayan müsəlman dövləti qurumlarının yaranmasına səbəb oldu. XI-ci əsrin ortalarında Aksum çarlığı parçalandı və indiki Efiopiya ərazisində müsəlman, xristian, yəhudi və bütpərəst dövlətləri yarandı. XII-ci əsrdə xristian dövlətləri Lastanın hakimiyyəti altında birləşdi. Onun dövründə Misir və Yəmənlə əlaqələr quruldu, iqtisadiyyat və mədəniyyət inkişaf etdi.
1268-ci və ya 1270-ci ildə Solomon sülaləsi (banisi Yikuno-Əmlak) hakimiyyətə keçdi. Həmin sülalədən olan imperator Amde-Sıyyon [1314–44] Efiopiya yaylasının xristian, yəhudi, bütpərəst və müsəlman dövlətlərini hakimiyyəti altında birləşdirdi. İmperator Yishaq [1414–29] müsəlman və bütpərəst dövlətləri üzərinə vergi qoydu. İmperator Zera-Yaıkobun [1434–68] dövründə Efiopiya krallığı ən geniş torpaqlara sahib oldu. 1445-ci ildə Efiopiyanın vassalları olan Hadya, İfat sultanlıqları ilə müharibələr apardı və Misir və Yəmənlə münasibətləri nizamladı, Qərbi Avropa ilə əlaqələr qurdu.
1529–1540-cı illərdə Efiopiyanın ş. qonşusu və rəqibi Adal sultanı Əhməd əl Mücahid (Əhməd Qran) bütün Efiopiyanı tutdu. Lakin imperator Lebne-Dınqılın ölümündən sonra onun oğlu Gelaudeuos [1540–59] Efiopiyanın iri feodalların birləşmiş qüvvələri və portuqaliyalıların dəstəyi ilə Əhməd Qranı döyüşdə öldürdü və bununla da Adal sultanlığına son qoyuldu. 1555-ci ildə osmanlılar Həbəş bəylərbəyiliyini yaratdılar, 1557-ci ildə isə Qırmızı dənizin Massaua və s. portlarını ələ keçirdilər. Həmin dövrdə Efiopiya ərazisinə zənci oromo tayfalarının hücumları başladı. Bu dövrdə yezuitlərin Efiopiyaya gəlişi yerli imperatorların Avropa tipli monarxiya yaratmaq istəyi ilə üst-üstə düşdü, Susnıyosun [1607–32] katolikliyi qəbul etməsi dini müharibələrə səbəb oldu. Onun oğlu Fasiledes [1632–67] hakimiyyətə gəldikdən sonra yezuitlər ölkədən qovuldu, Portuqaliya ilə əlaqələr kəsildi. İmperator I Böyük İyasu [1682–1706] qiyamçı vassal knyazları yenidən tabe etdi, idarəçilikdə islahat aparmağa cəhd göstərdi, ticarətin inkişafı məqsədilə gömrük və vergi sistemini nizamladı. 18-ci əsrin sonlarından yenidən feodal pərakəndəliyi dövrü başladı. Bundan istifadə edən Avropa dövlətləri (ilk növbədə İngiltərə və Fransa) ayrı-ayrı knyazlıqlarla "dostluq haqqında müqavilələr" bağlamağa başladı. İri və orta feodalların, demək olar ki, hər birinin ordusu var idi. İcma kəndliləri vergiləri ödəyirdilər; sənətkarlar aşağı kasta hesab olunurdular; tacirlər (əsasən, ərəblər və türklər) feodalların yüksək təbəqələri ilə əlaqə saxlayırdılar. Hərbçi məskunlar, məhəllə rahibləri, varlı şəhərlilər orta təbəqəni təmsil edirdilər. Əyanlar qullara sahib idilər, köçərilər arasında da quldarlıq yayılmışdı.
19-cu əsrin ortalarında Kuaradan olan kiçik feodal Kassa Xaylyu mərkəzləşmiş Efiopiya dövləti yaratmaq uğrunda mübarizəyə başladı. O, bir sıra rəqiblərini darmadağın edərək 1855-ci ildə özünü II Teodros [1855–68] adı ilə imperator elan etdi, feodal hərc-mərcliyini bir müddət aradan qaldırmağa nail oldu, bir sıra islahat apardı: nizami ordu yaradıldı, hərbi-strateji yollar çəkildi, kənd əhalisindən alınan töycülər azaldıldı, qul ticarəti qadağan olundu, kilsə torpaqlarının bir hissəsi müsadirə edildi, qalan hissənin üzərinə vergilər qoyuldu. Efiopiyaya Avropadan mütəxəssislər dəvət olundu. Lakin Teodrosun islahatları kilsənin və yerli feodalların müqavimətinə rast gəldi. 1867-ci ilin sonunda İngiltərə Efiopiyaya qarşı müharibəyə başladı (Hindistandan gələn köməkçi heyətlə birlikdə İngiltərə ordusunun sayı 30 min nəfərdən çox, Teodrosun ordusunun sayı isə təqr. 15 min nəfər idi), Efiopiya ordusu darmadağın edildi. II Teodros əsir düşməmək üçün özünü öldürdü. 1872-ci ildən ingilislərin dəstəyi ilə hakimiyyətə keçən IV Yohannes [1872–89] güclənən feodal separatizminə qarşı mübarizə apararaq ölkənin xeyli hissəsini hakimiyyəti altında birləşdirdi. 1870–1880-ci illərdə Efiopiya Misir (Misir hökumətinin Avropa müşavirləri və B. Britaniyanın təhriki nəticəində) ilə müharibəyə cəlb edildi. 1875-ci ilin noyabrında efioplar Misir ordusunun əsas qruplaşmasını, 1876-cı ilin martında isə Misirin Massauaya çıxartdığı ekspedisiya korpusunu darmadağın etdilər. 1884-cü ildə Efiopiya ilə Misir arasında bağlanmış sülhə görə Misir hələ 1872-ci ildə tutduğu torpaqları qaytarmağı öhdəsinə götürdü, E. Massau portundan istifadə etmək hüququ qazandı. Bu müharibədə Efiopiyanın zəifləməsindən İtaliya istifadə etdi: 1882-ci ildən başlayaraq bir sıra portları və yaşayış məntəqələrini ələ keçirdi. 1885-ci ildə Efiopiya imperatoru IV Yohannes Sudana qarşı müharibəyə başladı. 1885–1886-cı illərdə Efiopiya qoşunlarının əməliyyatları uğurlu oldu. Lakin bu zaman İtaliya Efiopiyanın şimal rayonlarının işğalına başladı. İtalyan qoşunları 1887-ci ilin yanvarında Doqali yaxınlığında böyük məğlubiyyətə uğrayaraq geri çəkilsələr də, dekabrda yenidən ölkənin içərilərinə doğru irəliləyə bildilər. Efiopiya-Sudan münasibətlərinin gərginləşməsi IV Yohannesi İtaliyaya qarşı fəal tədbirlərdən çəkindirdi və o, 1888-ci ildə Sudana sülh təklif etdi. Sudan xəlifəsi imperatorun islamı qəbul edəcəyi təqdirdə sülh imza- layacağını bildirdikdən sonra IV Yohannes 150 minlik ordu ilə Sudana hücum etdi və 1889-cu ilin əvvəlində sərhəddə baş verən döyüşdə öldürüldü. Onun varisi II Menelik (Mınilik) [1889–1913] müharibələrə son qoydu, feodal separatizminin qarşısını aldı, vahid Efiopiya dövlətini yaratdı. 1889-cu ildə İtaliya ilə Efiopiya arasında bağlanmış qeyri-bərabər "dostluq və ticarət haqqında" Uççal müqaviləsinin şərtlərinə görə, Menelik sahilyanı rayonların İtaliyaya keçməsi ilə razılaşdı. İtaliya Efiopiya hesabına Afrikadakı ərazilərini genişləndirdi. 1890-cı ildə İtaliya Efiopiyanı öz protektoratı elan edərək Qırmızı dəniz sahillərindəki bütün mülklərini Eritreya müstəmləkəsində birləşdirdi. II Menelik Uççal müqaviləsinin pozulduğunu bildirdi. 1894-cü ildə italyan qoşunları Efiopiyaya qarşı müdaxiləyə başladılar [bax İtaliya-Efiopiya müharibələri (1895–96; 1935–36)]. Adua döyüşündə (1896) italyan ekspedisiya korpusu darmadağın edildikdən sonra İtaliya Efiopiyaya qarşı təcavüzünü dayandırdı.
1896-cı ildə Əddis-Əbəbədə sülh müqaviləsi imzalandı; bu müqaviləyə görə İtaliya Efiopiyanın tam müstəqilliyini tanıdı. 1893–1899-cu illərdə II Menelik vaxtilə Efiopiya imperiyasına daxil olmuş bir sıra vilayətləri ölkə ərazisinə birləşdirdi. Beləliklə Efiopiya ordusu İngiltərə müstəmləkəçilərinin Afrikada irəliləməsinin qarşısını aldı. 1906-cı ildə İngiltərə, Fransa və İtaliya Efiopiyanı təsir dairələrinə bölmək haqqında saziş bağladılar. Lakin II Menelik ölkənin müstəqilliyini qoruyub saxlasa da, iqtisadi cəhətdən bu dövlətlərdən asılı idi. Onun hakimiyyəti illərində Efiopiyada yollar çəkildi, teleqraf və telefon istifadəsinə başlandı, ticarət inkişaf etdi. 1913-cü ildə II Menelik öldü. Onun 17 yaşlı nəvəsi V İyasu imperator oldu. Efiopiya formal olaraq Birinci Dünya müharibəsində iştirak etməsə də, İngiltərə, Fransa və İtaliyaya qarşı mübarizədə ona dayaq olacağına ümid edərək Almaniyaya yaxınlaşma xəttini götürdü. 1916-cı ildə saray çevrilişindən sonra ölkədə ikihakimiyyətlilik yarandı. II Menelikin qızı Zauditu imperatriçə [1916–30], Teferi Mekonnın qəyyum elan edildi. Teferi Mekonnın mərkəzi dövlət hakimiyyətinin möhkəmləndirilməsi və ölkənin iqtisadi-siyasi inkişafı üçün islahatların keçirilməsinin tərəfdarı olan "gənc efioplar"ın lideri idi. Digər qrupu ("qoca efioplar") iri dünyəvi və dini feo- dallardan ibarət mühafizəkarlar təşkil edirdi. Mühüm nazir vəzifələri və bir çox vilayətlərdə hakimiyyət "qoca efioplar"ın əlində idi. Ordu Teferi Mekonnının əlinə keçdikdən (1926) sonra o, "qoca efioplar"ın iki silahlı qiyamını (1928) yatırdı, Zauditunu əslində hakimiyyətdən kənar etdi. Onun ölümündən sonra (1930) Teferi Mekonnın I Hayle Selassiye adı ilə imperator elan olundu.
1935-ci il oktyabrın 3-də italyan qoşunları Efiopiyaya daxil oldular. İtaliya-Efiopiya müharibəsi (1935–36) başlandı. 1936-cı il martın 31-də Efiopiya ordusunun əsas qüvvələri Mayçou yaxınlığında məğlub oldu. I Hayle Selassiye İngiltərəyə qaçdı və ölkəsinin azadlığı uğrunda mübarizəyə xarici dövlətləri cəlb etməyə çalışdı. İtaliya qoşunları marşal Badolyonun başçılığı ilə Əddis-Əbəbəyə girdilər. İtaliya kralı III Viktor Emmanuil Efiopiyanın imperatoru elan edildi. 1941-ci ilin yanvarında ingilis-efiop qoşunları Sudan tərəfdən Efiopiya ərazisinə daxil oldu. İtalyan işğalçıları ölkədən qovuldu. Efiopiya imperatoru Əddis-Əbəbəyə qayıtdı. İngilislər Efiopiyanı 1948-ci ilə, İtaliyanın keçmiş müstəmləkəsi olan Eritreyanı isə 1952-ci ilə qədər nəzarətləri altında saxladılar. 1952-ci ildə Eritreya ərazi-federal əsaslarla (1962-ci ildə bu statut ləğv olundu) Efiopiyaya birləşdirildi. 1951-ci ildə dünya ictimaiyyətinin təzyiqi nəticəsində qulların azad edilməsi və köləliyin ləğvinə dair fərmanlar verildi. Ənənəvi əyanların bir çox imtiyazları saxlanıldı, siyasi partiyaların fəaliyyəti qadağan edildi. İkinci Dünya müharibəsindən sonra ABŞ-nin Efiopiyaya təsiri xeyli gücləndi: 1951-ci ildə "dostluq və iqtisadi əməkdaşlıq" haqqında müqavilə, 1953-cü ildə "bir gə müdafiə"yə dair saziş imzalandı. Efiopiya 1963-cü ildə Afrika Birliyi Təşkilatının (ABT) yaradılmasının təşəbbüsçülərindən biri oldu.
1950–1960-cı illərdə Efiopiya milli burjuaziyası möhkəmləndi, lakin aqrar islahatı haqqında qərarın gecikdirilməsi, 1973-cü il quraqlığı, qiymətlərin kəskin artması, rüşvətxorluq dərin siyasi böhrana səbəb oldu. 1974-cü ildə ölkədə real hakimiyyət Müvəqqəti Hərbi İnzibati Şuranın (MHİŞ) əlinə keçdi. Sentyabrın 12-də Hayle Selassiyenin hakimiyyəti devrildi. MHİŞ ölkədə feodal münasibətlərinin ləğvinə yönəldilmiş dəyişikliklərə başladı. MHİŞ- in 1974-cü il sentyabrın 12-də dərc olunmuş proqramı Efiopiyanın sosialist istiqamətli inkişafını nəzərdə tuturdu. 1975-ci ilin martında MHİŞ monarxiyanın ləğvini elan etdi. Banklar (o cümlədən xarici), sığorta şirkətləri, iri sənaye müəssisələri, özəl məktəblər və s. milliləşdirildi. 1976-cı ildə zabit Mengistu Hayle Mariam hakimiyyəti ələ keçirdi. Onun rəhbərliyi ilə MHİŞ 1976–1977-ci illərdə royalistlərə, separatçılara və sollara qarşı təşkil etdiyi "qırmızı terror" hesabına mövqeyini möhkəmləndirdi. 1977–1978-ci illərdə Somali qoşunları Efiopiyanın cənub-qərbində yerləşən Oqaden bölgəsini işğal etdi. 1982-ci ildə Efiopiyanı qıtlıq bürüdü, əhalinin bir qismi Sudana köçdü. 1987-ci ildə ölkə konstitusiyasına əsasən Mengistu yeni yaranmış Efiopiya Xalq Demokratik Respublikasının prezidenti oldu. 1989-cu ildə ona qarşı sui-qəsd təşkil edildi. Bu zaman Eritreyada qiyamçıların (qallaların) müstəqillik uğrunda mübarizəsi davam etməkdə idi. Qiyamçılar cəbhə lideri Meles Zenauinin başçılığı ilə Əddis-Əbəbəyə (1991) daxil oldular. Mengistu Zimbabveyə qaçdı, M. Zenaui Efiopiyanın prezidenti (1991–1995), ölkə parlamentli respublika elan edildikdən sonra isə baş nazir oldu. 2005-ci ilin parlament seçkilərindən sonra hökuməti nəticələrin saxtalaşdırılmasında ittiham edən müxalifət tərəfdarları etiraz əlaməti olaraq küçələrə çıxdılar. 1997, 2000 və 2006-cı illərdə Efiopiya Somali məsələsində fəal iştirak etdi. Zenauinin ölümündən (2012) sonra Hayle Mariam Desalen baş nazir seçildi.
Daha çox Həbəşistan (Kölələr ölkəsi) adı ilə tanınan Efiopiya, tarix ərzində bilinən ən qədim mədəniyyətlərdəndir. Quruluşu e.ə. 13-cü əsrə qədər uzanan Efiopiya dövləti, 1936–1941-ci illər arasında Mussolini İtaliyasının işğal hərəkatını saymasaq, tarix boyunca müstəqilliyini qoruya bilmiş və Afrika qitəsinin bazı Avropa dövlətləri tərəfindən müstəmləkə halına gətirilə bilməmiş yeganə ölkəsidir. 1960–1990-cı illər arasında ölkədəki Eritrea problemindən ötrü münaqişəli və gərginliklərlə dolu bir dövr keçmişdir.
Alimlər tərəfindən Afar bölgəsində aparılan arxeoloji araşdırmalarda 3 milyon illik insan skeleti qalıntılarına rastlanılması, tarixi dövrlərin başlamasından çox əvvəllər belə bölgənin, insan topluluqları üçün bir yaşayış ərazisi olaraq istifadə edildiyini sübut edir. Efiopiyadan bəhs edən ilk tarixi sənədlər təxminən e.ə. 5000-ci ilə aiddir. İlk dövrlərdə şimaldakı Misir Krallığının lideri fironların qızıl, fil dişi və kölə axtarmaq üçün Qırmızı dəniz sahillərini izləyərək bu bölgəyə gəldikləri düşünülür. Efiopiya torpaqlarında müasir mənada ilk qurulan dövlət e.ə. 8-ci əsrdə yaranan D`mt krallığıdır. D`mt Krallığının e.ə. 1-ci əsrdə süqutu ilə birlikdə ölkədə, yenə eyni əsrdə Aqsum Krallığı yarandı. Aqsum Krallığı zamanla güclənərək sərhədlərini Həbəşistan xaricində bugünkü Eritrea, Cibuti, Sudan, Somali və Ərəb yarımadasında yerləşən Yəməni daxil edəcək dərəcədə genişlətdi.
D.y.-nın uz. 659 km, avtomobil yollarının uz. 110 min km təşkil edir, onun 14,4 min km bərk örtüklüdür (2015). Çaylarda və Tana gölündə gəmiçilik inkişaf etmişdir. 57 aeroport (17-si bərk örtüklüdür) var.
2016-cı ildə əmtəə ixracı 2,9 mlrd., idxalı is 14,7 mlrd. dollar təşkil etmişdir. Əsasən qəhvə, dəri, xəz, heyvandarlıq məhsulları, toxum yağları ixrac edilir. Məhsulların təqr. 14,3%-i İsveçə, 11,7%-i Çinə, 9,7%-i ABŞ-yə, 8,7%-i Niderlanda göndərilr (2015). Əsas idxal maddələri neft məhsulları, kimyəvi mallar və dərman preparatları, maşın- qayırma məhsullarıdır. Bunların 20,5%-i Çindən, 9,2%-i ABŞ-dən, 6,5%-i Səudiyyə Ərəbistanından və 4,5%-i Niderlanddan ixrac olunur (2015).
Efiopiya aqrar ölkədir. Adambaşına düşən ÜMM ildə 100 dollardır. ÜDM-in həcmi təqr. 174,7 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə, 2016), adambaşına 1,9 min dolar; real ÜDM-in artım tempi 6,5% (2016); insan inkişafı indeksi 0,448 (2016) təşkil edir. ÜDM-in strukturu: k.t. −36,2%, sənaye — 17%, xidmət sferası — 46,8%-dir (2016). K.t. məhsulları ixracın 85–90%-ini təşkil edir.
Efiopiyada istehlak qiymətləri inflyasiyası 2022-ci ilə qədər on il ərzində orta hesabla 15,3% təşkil edib ki, bu da Sub-Sahara Afrika regionu üzrə 9,4% orta göstəricidən çoxdur. 2022-ci ildə orta göstərici 33,9% təşkil edib.[7]
Ölkə ərazisinin 11%-i becərilir, 20%-ini çəmən və otlaqlar, 13,3%-ini meşələr tutur. Əkinçilik k.t.-nın başlıca sahəsidir. Ölkənin şm.-ında dincə qoyulan əkinçilik, digər rayonlarında isə tala əkinçiliyi yayılmışdır. İxrac bitkiləri arasında Harar, Kefa və Sidamo r-nlarının plantasiyalarında becərilən, həmçinin ölkənin şm. və c.-unda dağlarda yabanı halda bitən (yığımın təqr. 70%-i) qəhvə mühüm əhəmiyyət kəsb edir. Plantasiya təsərrüfatları qəhvə yığımının cüzi hissəsini təmin etsə də, onlarda daha bahalı sortlar yetişdirilir. Ərzaq bitkiləri: darı (ildə 360 min t; darının xü- susi növü olan teff məhsulun 1/2 hissəsini təşkil edir), həmçinin arpa, qarğıdalı, buğda, paxlalı bitkilər (başlıca olaraq mərkəz və ş. r-nlarında). Texniki bitkilər arasında şəkər qamışı əsas yer tutur. Yağlı bitkilər (noxud, küncüt, gənəgərçək və s.), pambıq, tütün də becərilir. Heyvandarlıq inkişaf etmişdir: qaramalın ümumi sayı (mln. baş) 29,9, qoyun 21,7, keçi 16,7, at 8,6, dəvə 1 və s. İldə təqr. 50 mln. m³ meşə tədarük edilir. Elektrik enerjisi istehsalı ildə təqr. 1,3 mlrd. kVt⋅saat-dır (təqr. 80%-i SES-in payına düşür). Tamlı məhsullar, toxuculuq və dəri-ayaqqabı məmulatı istehsal edilir. Ağac emalı, sement, metallurgiya, metal emalı, neft emalı, maşınqayırma müəssisələri fəaliyyət göstərir. Kustar istehsal inkişaf etmişdir: toxuculuq, dəri, sümük, ağac və s. üzərində işləmə. Əsas mərkəzlər — Əddis-Əbəbə, Dıre-Daua.
Efiopiyada ibtidai təhsil (7–12 yaşlı uşaqlar üçün) icbaridir. Efiopiyanın təhsil sisteminə məktəbəqədər təhsil müəssisələri (4 yaşdan, 3 illik), ibtidai (7 yaşdan, 1–6 siniflər), natamam (7–8 siniflər), tam orta (9–12 siniflər) məktəblər, peşə təhsili (natamam və ya tam orta məktəbi bitirdikdən sonra 2–4 il), ali təhsil müəssisələri daxildir.
1994-cü ildə əhali arasında savadlılıq 23,4%, 2007-ci ildə 39% təşkil etmişdir. 2008–2012-ci illərdə Efiopiyada 15–24 yaşlı əhali arasında kişilərin 63%-i, qadınların isə 47%-i savadlı idi.
Efiopiyada 19 dövlət universiteti, 60 qeyri-dövlət ali təhsil müəssisəsi və 26 pedaqoji kollec fəaliyyət göstərir (2013). Ali təhsil müəssisələri arasında Əddis-Əbəbə Universiteti (1950; indiki adı 1975-ci ildən), Dıre-Daua Universiteti (1952; universitet statusu 1985-ci ildən), Haramaya Universiteti (1954), Mekele Universiteti (1991), Adama Universiteti (1993; universitet statusu 2005-ci ildən), Bəhr-Dar Un-ti (2001) və s. var. Elmi tədqiqat müəssisələri, o cümlədən memarlıq, k.t., elmin inkişafı və s. elmi tədqiqat institutları Əddis-Əbəbədə yerləşir.
Efiopiyada səhiyyə xidməti dünyada ən aşağı səviyyədə olanlardan biridir. Adambaşına səhiyyəyə qoyulan xərc (beynəlxalq dollarla, 2011) 52-dir. Ölkədə əhalinin hər 4900 nəfərinə bir xəstəxana çarpayışı, 48000 nəfərinə 1 həkim, 12000 nəfərinə 1 tibb bacısı düşür; təqr. 200 mama-ginekoloqdan 180-i paytaxt Əddis-Əbəbədə işləyir. Efiopiyada tibbi xidmət dövlət və özəl sektor tərəfindən göstərilir. Ölkədə infeksion xəstəliklərlə xəstələnmə səviyyəsi yüksəkdir: vərəmlə xəstələnmə əhalinin hər 100000 nəfərinə görə 247-dir (2012), ÜST-nin məlumatına görə, əhalinin 4,4%-i QİÇS və ya İİV ilə yoluxmuşdur (2003), ölkə vətəndaşlarından hər 3 nəfərindən biri skarlatina ilə xəstələnmişdir.
Efiopiya idmançıları yüngül atletika yarışlarında yüksək nailiyyətlər əldə etmişlər. Başda Abebe Bikila olmaqla, Hayle Gebreselassie, Kenenisa Bekele, Tariku Bekele, Tiruneş Dibaba, Derartu Tulu, Miruts İfter 5000 və 10000 m məsafələrə qaçışda Olimpiya və dünya çempionları, dünya rekordçuları olmuşlar. 1960-cı illərdə futbol üzrə Efiopiya yığma komandası Afrika Kubokunun qalibi olmuşdur. 2006-cı ildə Efiopiya ilk dəfə olaraq Turində keçirilən Qış Olimpiya Oyunlarında iştirak etmişdir. 2012-ci ildə Londonda keçirilmiş 30-cu Yay Olimpiya Oyunlarında Efiopiya idmançıları 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmışlar.
Hayle İbrahimov — Azərbaycanı təmsil edən yüngül atlet, 2013-cü il Avropa Salon Çempionatının qalibi olmuşdur.
Efiopiya etnik bölgü əsasında 9 kilildən (ştatdan) və 2 özünü idarə edən şəhərdən (Əddis-Əbəbə və Dıre-Dava) ibarət federativ respublikadır. Dövlət başçısı parlament (Xalq nümayəndələri palatası) tərəfindən 6 il müddətinə (ikinci müddətə seçilmək hüququ ilə) seçilən prezidentdir. İcraedici funksiyanı hökumət yerinə yetirir. Hökumət başçısı parlament seçkilərində qalib gələn partiyadan təyin olunan Baş nazirdir. Qanunverici hakimiyyət ikipalatalı parlamentə məxsusdur: 108 yerlik Federasiya palatası (üzvləri ştat assambleyaları tərəfindən 5 il müddətinə seçilir) və 547 yerlik Xalq nümayəndələri palatası (üzvləri əhali tərəfindən 5 il müddətinə seçilir). Efiopiyada çoxpartiyalı sistem mövcuddur: Efiopiya xalqlarının inqilabi-demokratik cəbhəsi, Somalilərin demokratik partiyası, Benişanqül-Qumuz xalqlarının demokratik partiyası və s.
Efiopiyanın silahlı qüvvələri quru qoşunları və HHQ-dən ibarətdir. SQ-nin sayı təqr. 138 min nəfərdir (2011), könüllülük əsasında komplektləşdirilir. Quru qoşunları (135 min nəfər) 446 tank, 450 zirehli maşın, təqr. 400 səyyar səhra artilleriyası, 50 yaylım atəşli reaktiv sistemi, 65 səyyar zenit-raket kompleksi, həmçinin minaatan və zenit-artilleriya qurğuları ilə silahlanmışdır. HHQ (3 min nəfər) təqr. 135 müxtəlif təyinatlı təyyarədən (MiQ- 23BH, Su-27, An-12 və s.) ibarətdir.
Qədim Efiopiya incəsənətində Afrika, Qədim Şərq və Avropa mədəniyyətlərinin təsiri duyulur. Üzərində sxematik insan təsvirləri və simvolik işarələr olan daş stelalar Cənubi Efiopiyanın kuşit mədəniyyətinə aiddir. Ölkənin şm.-ş.-ində tarixəqədərki və daha sonrakı dövrə aid qayaüstü rəsmlər (Qanzaba), öküz təsvir edilmiş relyeflər, relyefli insan fiqurları (DaroKavlos) aşkar edilmişdir. E.ə. 1-ci minilliyin ortalarında dağ platolarında Qədim Şərq (Cənubi Ərəbistan) tipində incəsənət çiçəklənməyə başladı: yonulmuş sal daşlardan tikilmiş yastı damlı düzbucaqlı məbədlər (Yeha, Haulti), bəndlər; üzərində dağkeçisi (ay ilahisi Almakah) təsvir edilmiş mehrab və frizlər; heykəltaraşlıq nümunələri — oturmuş vəziyyətdə hökmdar fiqurları, qayaüstü şir təsvirləri, daş sfinkslər və s. 1-ci minilliyin 1-ci yarısında və ortalarında Aksum çarlığı dövründə Efiopiya incəsənəti yüksək səviyyədə inkişaf etmişdi. Bu dövrdə saray (Takha-Məryəm sarayı) və məbədlər, çoxyaruslu qüllələri imitasiya edən hünd. 33 m-ədək olan daş stelalar; bəndlər, su anbarları, yaşayış evləri tikilirdi. Daş üzərində oyma işində ellinist təsirlər hiss olunurdu. Keramika məmulatları həndəsi və nəbati ornament, insan və heyvan təsvirləri ilə bəzədilirdi. Aksumun xristianlaşdırılmasından sonra (4-cü əsrin ortaları) monastır kompleksləri və bazilikalar tikilirdi (Debre-Damo kompleksi). Aksumun tənəzzülündən sonra Efiopiya mədəniyyəti ənənələri 12–13-cü əsrlərdə Tana gölündən ş.-də yerləşən və paytaxtı Lalibela olan orta əsrlər çarlığında yenidən canlandı. Lalibelanın sarayları və ictimai binaları dövrümüzədək saxlanılmamışdır, lakin tuf massivlərində, mağaralarda, yaxud əlahiddə inşa edilmiş kilsələr qalmışdır.
19-cu əsrin 2-ci yarısı, 20-ci əsrin əvvəllərində şəhərlər salınır (o cümlədən yeni paytaxt Əddis-Əbəbə), xəstəxana və məktəb binaları inşa edilirdi. Rəngkarlıqda vətənpərvərlik ruhunda batal və tarixi tablolar yaradılırdı. 20-ci əsrdə paytaxtın tikintisində iştirak etmək üçün Avropa və Asiyadan çox sayda memarlar dəvət olunmuşdu, 1930-cu illərdə Şimal-Şərqi Efiopiya şəhərlərində planlaşdırma işləri aparılmış, 1950–1960-cı illərdə tikinti geniş vüsət almış, ictimai binaların inşasında betondan, rəngli plastikdən, şüşədən (italyan memarı A. Medzedimi, fransız memarı A. Şomet, Efiopiya memarı M. Tedros) istifadə olunmuşdur. Professional Efiopiya incəsənəti formalaşırdı; rəssam və heykəltaraş Afevork Tekle, boyakarlar Aqeqnu Engeda, Ale Fellege Salam, Əbdürrəhman Şərif, heykəltaraşlar Tadesse Belayneh, Tadesse Mameça xalq həyatına, milli incəsənət ənənələrinə müraciət edir, 19,20-ci əsrlər Avropa cərəyanları təcrübəsindən bəhrələnirdilər.
Dairəvi planlı, gil ilə suvanmış və konusşəkilli dam örtüyü olan ənənəvi evlər ("tukul"), düzbucaq formalı, yastı damı və talvarı olan, daşdan və gildən tikilmiş evlər ("hedme") Efiopiya üçün səciyyəvidir. Efiopiya xalq sənətkarlığı dulusçuluq, hörmə məmulatlar, dəri üzərində basmanaxış, ağac və sümük üzərində oyma, zərgərlik və s. ilə təmsil olunur.
Müqəddəslərin müstəvi planda stilizə olunmuş təsvirləri, ov səhnələri, incil süjetləri, həndəsi ornamentlər (Lalibeladakı kilsə) meydana gəldi, 14-cü əsrdən Efiopiya miniatür sənəti inkişaf etməyə başlamışdı. 15,16-cı əsrlərdə Efiopiya bütöv dövlət kimi yenidən dirçəliş tapdı: şəhərlər salınır, saraylar, zəngin kilsələr (ağ daşdan inşa edilmiş Makana Selassie kilsəsi) inşa edilirdi. 17-ci əsrdə ölkənin yeni paytaxtı Qonder (Tana gölündən şm.-da) oldu. Künc bürcləri, sıratağları, dişli hasarları, zəngin bəzəkləri olan, daşdan tikilmiş qəsr-sarayların memarlığında yerli ənənələr Avropa memarlığı (əsasən, Portuqaliya) elementləri ilə uzlaşırdı. Boyakarlıqda təmtəraqlılıq və təsvirçilik cizgiləri inkişaf etmiş, Avropaya meyillilik artmışdı. Efiopiya dekorativ sənətinin xüsusiyyətləri əsrlər boyu formalaşmışdır. Oyma, naxış, relyeflə bəzədilmiş keramika formaları olduqca müxtəlifdir. Zərgərlik məmulatları Misir, Ərəbistan, Yunanıstan və Hindistanla geniş əlaqələri əks etdirir.
Efiopiya musiqisi qədim yunan, yəhudi, sonralar ərəb, həmçinin bir sıra Afrika mədəniyyətlərinin qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Efiopiya musiqi folkloru çox rəngarəngdir, bu da əhalinin etnik tərkibinin müxtəlif olması ilə əlaqədardır. Melodik formullar, mahnı tipləri, alətlər uzun təkamül yolu keçmişdir; əmək, mərasim, tarixi, hərbi (məs., amharalarda "şillala"), ovçu, "şəxsi" və s. mahnılar məlumdur.
Musiqi alətləri: simli-masenko (birsimli violin), krar və begena (6–8, 12 sim- li lira); nəfəs — vaşint (yan fleyta), imbilta (pentatonikalı səsdüzümü olan fleyta), malakat (bambuk və ya metaldan hazırlanmış uzun borular); zərb — kosero, atamo və s. təbillər. Efiopiyanın musiqi mədəniyyətinin daşıyıcıları özlərini masenko və ya krarda müşayiət edən gəzərgi azmarilər — şair-müğənnilər olmuşlar. Azmarilərin bəzi ənənələri müasir Efiopiya musiqisində də saxlanılmışdır. Müğənnilərdən Tilahun, Gessesse, Malaky Gelay, Getamesay Abebe və b. populyar olmuş- lar. 20-ci əsrin 30-cu illərində ölkəyə Avropa mədəniyyəti elementlərinin nüfuz etməsi ilə Avropa notasiya sistemindən istifadə edən bəstəkarlar (Aleka Melaku Beqqo-Seu, Kanyatta İofataha Nequsse, M. İohannes) meydana gəlmişlər. 50-ci illərdə Əddis-Əbəbədə milli mədəniyyəti təbliğ edən bəstəkarların "Milli Vətənpərvərlər Assosiasiyası" təşkil edilmiş, 1963 ildə Bədii Yaradıcılıq Mərkəzi açılmışdır. Ölkədə mərasim mahnı və rəqslərini ifa edən "Mavi Nil Qrupu", Musiqili Rəqs və Dram Ansamblı fəaliyyət göstərmişdir. Azərbaycan incəsənət ustaları Efiopiyada konsertlər vermişlər. Bəstəkar Ə. Abbasov Efiopiya xalq melodiyaları əsasında simli kvartet üçün "Efiopiya eskizləri"ni (1970) yazmışdır.
Efiopiya ərazisində yaşayan xalqların teatr mədəniyyətinin kökləri ənənəvi mərasimlərlə (toy, dəfn və s.), şənliklərlə (məs., düşmən üzərində qələbə, rəhbərin seçilməsi) bağlıdır. Ölkədə ümumtəhsil mək- təblərinin yaranması ilə əlaqədar (20-ci əsrin əvvəlləri) məktəb teatrı meydana gəlmişdir. İlk milli dramaturqlar Yevtahi Nıquse və Fataurari Taklehasariat (19-cu əsr) Rusiya və Fransada təhsil almışlar. İtaliya işğalı zamanı (1930-cu illər) "Vətənpərvərlər ittifaqı" adlı teatr fəaliyyət göstərirdi. Bu teatrda J. Lafontenin təmsillərinin motivləri əsasında Hauaryat Təklə Mariam tərəfindən yazılmış "Heyvanların komediyası" ilk Efiopiya pyesi səhnəyə qoyulmuşdur. "Vətənpərvərlər ittifaqı" teatrında milli alətlərdən istifadə etməklə ölkədə ilk ənənəvi folklor orkestri təşkil edilmiş, Efiopiya xalqlarının mahnı və rəqs ansamblı yaradılmışdır. 1956-cı ildə teatr aylıq "Menen" (imperatriçənin adı) jurnalını və "Dımts" ("Səs") qəzetini nəşr etməyə başlamışdır. 1950-ci ildə Əddis-Əbəbədə milli teatrın inkişafına böyük təkan vermiş özfəaliyyət sənəti festivalı keçirilmişdir. 1955-ci ildə paytaxtda ilk peşəkar teatr (70-ci illərin ortalarından Milli teatr) açılmışdır. Teatrda yerli müəlliflərlə yanaşı U. Şekspir, J. B. Molyer, H. İbsen, A. P. Çexov, N. V. Qoqol, M. Qorki və b.-nın əsərləri tamaşaya qoyulmuşdur.
Andebet (ritorik) ədəbi klubunun bazası əsasında yaradılmış "Şam işığında teatr"ı Efiopiyanın nisbətən gənc teatrıdır. Teatrın direktoru, bədii rəhbəri və baş rejissoru olmuş şair-dramaturq Ayalneh Mulatu 400-dən çox pyesin ("Alov alışanda", 1974; "Sabotaj", 1975; "Kənd fonarı", 1977; "Ekizlərin anası" 1983 və s.) müəllifidir.
1960-cı illərin sonlarından Əddis- Əbəbədə kiçik kinostudiya fəaliyyət göstərirdi. İmperator rejimi dövründə Efiopiyada xarici ölkələrin filmləri geniş surətdə nümayiş etdirilirdi. 1970-ci illərin ortaları- nadək kino istehsalı, əsasən, sənədli qısametrajlı filmlərin çəkilişi ilə məhdudlaşırdı: "Çətin yaşayış" (1968), "Sosial kompleks" (1970) hər ikisinin rej. S. Bekele.
"Keçmişin ağır yükü və gələcəyə yol" (1977), "Mübarizə — qələbə, qələbə — mübarizə" 1979, hər ikisinin rej. N. Papatakis.
"Sterlinq Braun" (1985), "Sankofa" (1993), "Bitməmiş səyahət" (1994), "Afrikalıların qələbəsi" (1994, rej. H. Cerima). Efiopiyada ilk qısametrajlı bədii film 1974 ildə ("Sürgün", rej. Papatakis), ilk tammetrajlı bədii film isə 1976-cı ildə ("Üç min ilin bəhrəsi", rej. Cerima) çəkilmişdi. 1981-ci ildə Efiopiya və Almaniya Demokratik Respublikası arasında birgə filmlər istehsal etmək haqda saziş imzalanmışdı (10-dan çox film çəkilmişdi). 1979-cu ildə Milli Kinematoqrafiya mərkəzi yaradılmışdır.
Məşhur Sinyor Robinson filmində baş rollarda çəkilən Paolo Villaggio və Eritreya əsilli aktrisa Zeudi Araya 1976-cı ildə çəkilib. Bu, Daniel Defonun 1719-cu ildə yazdığı Robinson Kruzo romanının parodiyasıdır.
Relyefi
Geoloji quruluşu və faydalı qazıntıları
İqlimi
Daxili suları
Torpaqlar, bitki örtüyü və heyvanlar aləmi
həbəş irqi, Şərqi Afrika irqi — Avropa irqindən zənci irqinə keçid forması. Efiopiya, Somali və Şərqi Afrikanın qonşu ölkələrinin əhalisi üçün səciyyəvidir. Əsas əlamətləri: dalğavarı və az qıvrım saçlar (üçüncü saç örtüyü orta dərəcədə inkişaf etmişdir), tünd rəngli (qırmızımtıl-qəhvəyi) dəri, mötədil proqnatizm, qalın dodaqlar, ensiz qabarıq burun, hündürboy (yetkin kişilərdə 175–179 sm), ensiz sifət, dolixokefaliya. Mezolit dövründə Avropa irqi ilə zənci irqi nümayəndələrinin qaynayıbqarışması nəticəsində, yaxud qədim Avropa-zənci keçid populyasiyalarının inkişafı prosesində formalaşdığı ehtimal olunur.
Afrikanın şimal-şərqində, Efiopiyada 5° və 18° şm. e.-ləri arasında dağ massivi. Hünd. cənub-qərbində 2000 m, şm.-ş.-də 3000 m, ən yüksək nöqtəsi 4620 metrdir (Ras-Daşen d.). Şimal hissəsi kristallik peneplendən, 15° şm.e.-ndən c.-da lava qalıqlı (amba) pilləli bazalt platodan ibarətdir. İqlimi subekvatorial, isti, yayda rütubətlidir. İllik yağıntı q. yamaclarında 1500 mm, ş. yamaclarında 500 mm-dir. Çayları: Mavi Nil, Atbara, Sobat və s. Çayların çoxu astanalı olduğundan gəmiçiliyə yaramır.
Torpaq-bitki qurşağı küləktutan yamacda çox inkişaf etmişdir: aşağı qurşaqda (1700 −1800 m-ədək) rütubətli tropik meşələr, çayarası pillələrdə hündür taxıllı və səhralaşmış savannalar (şm.-da) yerləşir. Vayna-deqa qurşağında bitki örtüyü (2400 m-ədək) palma, akasiya və kandelyabrşəkilli südləyənlər bitən savannalardan ibarətdir. Temperaturun kəskin azaldığı deqa qurşağında (2400–4000 m) dağ yamaclarında yüksək dağlıq çöllərlə növbələşən ağacvarı ardıcdan ibarət iynəyarpaqlı meşələr bitir. Qədim əkincilik r-nları olan bu qurşaqlar bir çox taxıl bitkisi sortlarının (bərk buğda, çovdar, arpa) vətənidir; qarğıdalı, qəhvə ağacları, yağlı və sitrus bitkiləri də becərilir.
Heyvanlar aləmi çox müxtəlifdir: otyeyənləp (zürafə, fil, zebr, antilop və s.), yırtıcılar (Seneqal siri, bəbir, vaşaq, kaftar və s.); çayların yaxınlığında kərgədanlar, begemotlar yaşayır. Meymun çoxdur (yaşıl əntər, gelada, anubis pavianlar və s.). Quş faunası olduqca zəngin və müxtəlifdir.
Əsas əhali oromolar (16,6 mln. nəfər) və amharalardır (15,5 mln. nəfər). Efiopiyada tiqrailər (3,25 mln. nəfər), quragelər (təqr. 3 mln. nəfər), sidamolar, somalilər və digər xalqlar (hər biri təqr. 1 mln. nəfər), kuşit etnosları (kembattalar, kaffalar, yemlər və s.) və Nil-Böyük Səhra etnosları (nuerlər, anuaklar, kunamalar və b.), ümumilikdə isə 100-dən çox xalq və etnik qrup yaşayır. Dövlət dili amhara dilidir. Somali, ərəb, ingilis dilləri və s. dillər də yayılmışdır. Dindarları xristian və müsəlmandır; yerli ənənəvi inanclar da saxlanılır.
Əhalinin çox hissəsi kəndlərdə yaşayır. Orta sıxlıq 1 km²-də 70 nəfərdir. Əhalinin artım tempi 3,2%-dir (şəhərlərdə — 5,7%, kəndlərdə — 2,7%). Uşaqların ölüm səviyyəsi hər 1000 nəfər diri doğulmuş uşağa 200 nəfərdir. Orta ömür müddəti 47 ildir. Əmək qabiliyyətli əhali 50% təşkil edir, onlardan 85%-i k.t.-nda çalışır. İri şəhərləri: Əddis-Əbəbə — təqr. 3 mln. nəfər (2012), Asmera, Dıre-Daua, Desse, Harar.
Efiopiyada 82 dildə danışan müxtəlif xalq və tayfa yaşayır.[8] 1994-cü 11 oktyabr siyahıyaalmasına əsasən Efiopiyanın rəsmi etnik tərkibi aşağıdakı kimidir:[9]
Xalqlar | 1994 |
---|---|
Oromolar | 17 080 318 |
Amharlar | 16 007 933 |
Tiqraylar | 3 284 568 |
Somalilər | 3 185 266 |
Quraqielər | 2 290 274 |
Sidamalar | 1 842 314 |
Velaitalar | 1 269 216 |
Afarlar | 979 367 |
Qamolar | 719 847 |
Gedeolar | 639 905 |
Keffalar | 599 188 |
Kembatalar | 499 825 |
Agevlər/Avingilər | 397 491 |
Digərləri | 4 336 764 |
Cəmi | 53 132 276 |
Efiopiya ərazisində məskunlaşmış xalqların ədəbiyyatının erkən nümunələri ölkənin şimalında tapılmış, Səba dilində c. ərəbləri ənənəsinin davamı olan ithaf yazılarıdır (1 əsr). Efiopiyanın öz ədəbiyyatının yaranmasını Aksum çarlığının çiçəklənmə dövrünə (4–7 əsrlər), ədəbiyyatın qədim efiop dili olan geez dilində meydana gəldiyi dövrə aid etmək olar. Aksum stelaları üzərində hökmdar Ezan haqqında mətnlər saxlanılmışdır. 4-cü əsrdə xristianlığın Aksuma nüfuz etməsi ədəbiyyatın inkişafına müsbət təsir göstərmişdir. Ellin mədəniyyətinin təsiri güclənmiş, xristian kitablarının ilk nümunələri, müqəddəslər haqqında jitiyelər (Böyük Antoni və b.), apokriflər ("Yenoxun kitabı", "Yubileylər kitabı" və s.) meydana gəlmiş, Bibliya yunan dilindən geez dilinə tərcümə olunmuşdur.
14-cü əsrə qədərki ədəbiyyatın xüsusiyyətləri haqqında yalnız sonrakı dövrlərədək gəlib çatmış şifahi ənənələr əsasında fikir söyləmək mümkündür. 14-cü əsr artıq ölü dilə çevrilmiş və yeganə yazılı ədəbi dil olan geez dilində ədəbiyyatın məhsuldar dövrüdür. 18-ci əsrin sonlarına qədər Efiopiya ədəbiyyatının əsasını müqəddəslərin jitiyeləri, tarixi salnamələr və poeziya təşkil etmiş, yeni janrlar — dini risalələr, "möcüzələr", oxşamalar, xronoqraflar və s. yaranmışdı. Tərcümə ədəbiyyatı (xüsusilə ərəb dilindən) inkişaf etməyə başlamışdı (16-cı əsrdə "Kəlilə və Dimnə", 17-ci əsrdə "Padşahların qanunları"). Orijinal əsərlər də meydana gəlmişdi ("Padşahların şərəfi", 14-cü əsr; "Padşahların sərvəti", 18-ci əsr). Poeziyada 14-cü əsrdən mövcud olan (kilsələrdə ifa üçün) kıne janrı inkişaf edirdi. Orta əsrlərin ən böyük şairi imperator Naod olmuşdur. 19-cu əsrdə geez dilində sonuncu əsərlər, o cümlədən italyan missioneri Custo da Urbinonun "ZaraYakobun araşdırılması", "Valda Heyvotun araşdırılması" əsərləri meydana gəlmişdir. Efiopiya ədəbiyyatında amhara dilindən ilk dəfə 14-cü əsrdə ("Padşahların nəğmələri") istifadə olunmuşdur. 19-cu əsrin sonu — 20-ci əsrin əvvəllərində amhara dilində salnamələr yaradılmışdır.
Müasir Efiopiya ədəbiyyatının banisi Afeuork Gebre İesus 1908-ci ildə amhara dilində ilk bədii əsər olan "Ürəkdən doğulmuş tarix" povestini yazmışdır. 20-ci əsrin əvvəllərindən Efiopiya yazıçıları orta əsr kanonlarından uzaqlaşmış və ədəbiyyat dünyəvi xarakter almışdır. 20-ci əsrin 20–30-cu illərinin ən görkəmli yazıçısı Hiruy Valda Selassiyenin yaradıcılığında maarifçilik ideyaları əksini tapmışdır. 1935–1941-ci illər İtaliya-Efiopiya müharibəsindən sonrakı milli ədəbiyyatın inkişafı Kebbede Mikael, Mekonnın Endalkaçou, Qırmaçou Tekle Hauaryat və b.-nın adı ilə bağlıdır. 50–60-cı illərdə nəsr Taddese Liben, Bırhanu Zerihun, Abe Qubenya, poeziya və dramaturgiya Tseqaye Gebre Medhın, Mengistu Lemma və b. ilə təmsil olunmuşdur.