Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982).
Elman Bədəlov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1991 (62 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | kamança |
Mükafatları |
Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.
Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.
1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.
Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.
Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.
Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrində işləmişdir.
Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.
Bir çox olimpiadalarda və festivallarda iştirak etmişdir.