Bayatı-Şiraz

Bayatı-ŞirazAzərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri.[1][2]

Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub.

Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub [3]. Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri.[4]

Bayatı-Şiraz muğam dəstgahı kimi

[redaktə | mənbəni redaktə et]

Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir.[5]

Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. Ü. Hacıbəyov “Bayatı-Şiraz”ı emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə etmişdir.

Üzeyir Hacıbəyov Bayatı–Şiraz haqqında yazır: "Bədii – ruhi təsir cəhətdən... Bayatı – Şiraz dinləyicidə qəmginlik hissi oyadır." Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində Bayatı – Şiraz dəstgahı 17 şöbə və guşədən ibarətdir:

“Bayatı-Şiraz” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), Arif Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır.[6] Bu dəstgah əsasında yazılmış simfonik bəstələr:

Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[7]

Bayatı-Şiraz musiqi məqamı (ladı) kimi

[redaktə | mənbəni redaktə et]

Quruluşu: 1-1-1/2 ton formullu iki tetraxordun k.3 intervalı məsafəsində birləşməsindən ibarətdir; səssırası 9 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının II, IV, VI, VIII pillələri istinad-dayaq pilləsi kimi “Bayatı-Şiraz” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır.[8]

Bayatı-Şiraz ladında bəstələr

[redaktə | mənbəni redaktə et]
  1. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Bayatı-Şiraz". 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  2. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  3. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları - Tarixi məlumat". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  4. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Bayatı-İsfahan". 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  5. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz muğamı". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  6. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz muğamının not yazıları". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  7. "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  8. "Muğam Ensiklopediyası - Bayatı-Şiraz məqamı". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  9. "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Bayatı-Şiraz". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  10. "Əfrasiyab Bədəlbəylinin rəsmi saytı - "Qız qalası" baleti". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  11. "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-11.
  1. Gülüstan bayatı-şiraz (film, 1972)
  2. Muğam (film, 1995)
  3. Bayatı şiraz (film, 2002)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]