Elmar Məmmədov (sədr)

Elmar Məmmədov (21 avqust 1966, Bakı) — "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri.

Elmar Məmmədov
Elmar Əli oğlu Məmmədov
Doğum tarixi 21 avqust 1966(1966-08-21) (56 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Məmmədov Əli Həsənqulu oğlu
Anası Məmmədova Rəfiqə Məmmədəli qızı
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı sədri
Fəaliyyət illəri 2012 - hal-hazırda
Mükafatları "Knyaz Böyük Vladimir" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Elmar Əli oğlu 1966-cı ilin 21 avqust tarixində Bakı şəhərində anadan olub. 1973–1983-cü illərdə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbi oxumuş və uğurla bitirmişdir.[1] 1984-1988-cı illərdə Ukrayna Ali Hərbi-Siyasi Məktəbinin məzunu olub. 1990-cı ildən 2008-ci ilədək Xüsusi Dövlət Mühafizə Xidmətinin, Müfəttiş təşkilat idarəsində, Xidmətin təşkili və nəzarəti şöbəsinin rəisi vəzifəsində çalışıb. 1991–1996-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu( indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını) bitirib. 1997–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2012-ci ildən "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri vəzifəsini icra edir.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ukrayna prezidenti Leonid Kuçma ilə görüş[redaktə | mənbəni redaktə et]

Elmar Məmədovun rəhbəri olduğu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı 2014-cü ildə sorğu keçirmiş və bu sorğu əsasında Ukraynanın keçmiş Prezidenti Leonid Kuçmanın "İlin adamı" seçilməsi münasibətilə təqdimat mərasimi təşkil edilib. Bu sorğu Ukraynanın Kiyev, Odessa, Lvov, DnepropetrovskTruskavets şəhərlərində 3000 nəfər arasında keçirilmişdir və sorğunun nəticələri əsasında Leonid Kuçma 2014-cü il üçün böyük səs çoxluğu ilə "İlin adamı" seçilib. Xatırladaq ki, Leonid Kuçma 19 iyul 1994-cü ildən 23 yanvar 2005-ci ilə kimi Ukraynanın Prezidenti olub.[2]

"Neftçi" fan klubunun prezidenti seçilməsi[redaktə | mənbəni redaktə et]

2016-ci ildən "Neftçi" fan-klubun prezidentidir. Bununla bağlı olaraq, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev Ukrayna ərazisində "Neftçi" PFK-nın adının istifadəsinə icazə verilməsi üçün məktub göndərib. Layihənin məqsədi Ukraynadakı azərbaycanlıların həmrəyliyini möhkəmləndirməkdir ki, bu da həmyerlilərimizin başçılıq etdiyi yeni strukturların yaradılması üçün əlavə səbəb olacaq.[3] 

Ukrayna Patriarxı Filaret ilə görüş[redaktə | mənbəni redaktə et]

Ukrayna Patriarxı Filaret Elmar Məmmədovu İkinci dərəcəli Müqəddəs Apostola bərabər olan Knyaz Vladimirin ordeni ilə təltif edib. Qeyd edək ki, bu şərəfə cəmi 25 nəfər layiq görülüb, onlardan yalnız 2-si ordeni Patriarxın şəxsən əlindən alıb. Elmar müəllim bu orden ilə təltif edilən, həm ilk azərbaycanlı, həm də ilk qafqazlıdır. Həmin görüşdə Patriarx Filaret Ukrayna ərazisinin bütövlüyünə dəstək üçün Azərbaycan Prezidenti və Azərbaycan xalqına təşəkkür məktubu yollayıb. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filareti ilə görüşündə hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələləri müzakirə etmiş və hər iki dövlət arasındakı əlaqələrin daha da inkişaf etməli olduğunu vurğulamışdır.

E.Məmmədov Kiyev və bütün Ukraynanın patriarxı Filaretini ad günü münasibətilə təbrik edib və Alyansın "Qızıl medal"ı ilə təltif edib. E.Məmmdov, eyni zamanda Kiyev və bütün Ukraynanın patriarxına yazıçı Çingiz Abdullayevin kitabını təqdim edib.

Görüşdə Alyansın rəhbəri bildirib ki, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətləri mövcuddur və bundan sonra bu münasibətlər daha da inkişaf edəcək. Filaret, öz növbəsində, diaspor rəhbərinə bu çətin dövrdə Ukraynaya fəal dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, ötən ilin yanvarında patriarx Ukrayna provaslav kilsəsinin təsdiqi üzrə Ukraynada mənəviyyatın ifadəsində xidmətlərinə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının rəhbəri E.Məmmədovu ikinci dərəcəli Müqəddəs Apostola bərabər olan knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırmışdı. Elmar Məmmədovun bu istiqamətdə fəaliyyəti dövlətlərarası əlaqələrin genişlənməsində çox böyük əhəmiyyətə malikdir.[4]

Kamenets - Podolskiy şəhərinin meri Mixail Cimaşkeviçlə görüş[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə Ukraynanın Kamenets - Podolskiy şəhərinin meri Mixail Cimaşkeviç arasında keçirilən görüşdə ölkələr arasında investisiya layihələrinin gerçəkləşdirilməsi, turizm sahəsində birgə layihələrin işlənməsi məsələləri müzakirə edilib.

E.Məmmədov bildirib ki, Alyans şəhərin iş adamlarının Azərbaycanda layihələrin həyata keçirilməsində yardımçı ola və bu işdə öz töhfəsini verə bilər. M.Cimaşkeviç öz növbəsində azərbaycanlı iş adamlarının Kamenets - Podolskiy şəhərinə investisiya yatırmalarında maraqlı olduğunu deyib. Elmar Məmmədovun bu istiqamətdə fəaliyyəti azərbaycanlı iş adamlarının bu regionda daha böyük iqtisadi layihələrə can atmalarına böyük bir dəstək olmuşdur. Görüşün sonunda M.Cimaşkeviçə Alyansın fəxri üzvü ölması münasibətilə diplom təqdim edilib. Həmin gün E.Məmmədov, həmçinin Donetsk və Luqanskdan olan məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.[5]

Sumı şəhərinin meri ilə görüş[redaktə | mənbəni redaktə et]

E.Məmmədov Sumı şəhərinin meri A. Lısenko ilə işgüzar görüşü zamanı həmvətənlərimizin bu şəhərin ən yaxşı universitetlərində təhsil almalarında, işlə təmin olunmalarında maraqlı olduğunu qeyd edib: "Alyansın şəhər rəhbərliyi ilə əməkdaşlığının inkişaf perspektivləri çox genişdir. Əlbəttə ki, əsas istiqamətlər təhsil, mədəniyyət sahələrində əməkdaşlığın və turizmin inkişafıdır". A.Lısenko isə şəhərin inkişaf dinamikasından və 2015-ci il ərzində işlərin ilkin nəticələri barəsində danışıb. Görüşün sonunda E.Məmmədov Sumı şəhərinin əsasının qoyulmasının 360 illiyi münasibətilə meri təbrik edib və şəhərə əmin-amanlıq və çiçəklənmə arzulayıb.

Malta Kavalerlərinin Tornbyorn Paterno Kastello ilə görüşü[redaktə | mənbəni redaktə et]

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov San-Marinoda Azərbaycanın böyük dostu Aureliya Qriqoriuya Malta Ordeninin Ali mükafatı – Böyük Malta Xaçının təqdim edilməsi mərasimində iştirak edib.

E.Məmmədov xüsusi olaraq vurğulayıb ki, mükafatı təqdim edən Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İoann Suveren Ordeninin Böyük Magistri Tornbyorn Paterno Kastello qeyd edib ki, "A.Qriqoriu ədalət və insan haqları işinə böyük töhfəsinə görə" bu ordenlə təltif edilir.

Təqdimat mərasimi çərçivəsində T.Kastello ilə görüşən Alyans sədri görüş zamanı "Malta ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin vacibliyini" xüsusi olaraq vurğulayıb. T.Kastello Maltanın Azərbaycanın yerləşdiyi regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib. E. Məmmədovun səyi nəticəsində Malta ilə Azərbaycan arasındakı münasibətlərdə daha da yaxınlaşma yaranmışdır.

E.Məmmədovun rəhbərlik etdiyi Alyans iki ölkə arasında mədəni, sosial sahələrdə əməkdaşlığın inkişafı istiqamətində layihələri həyata keçirməkdə maraqlıdır.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Abdulla Şaiq adına 54 saylı orta məktəb". 2019-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  2. "Ukrayna prezidenti L.Kuçma ilə görüş". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  3. "Neftçi fan-klubunun prezidenti seçilməsi". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  4. "Ukrayna Patriarxı Filaret ilə görüşü". 2019-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  5. "Ukraynanın Kamenets-Podolskiy şəhərinin meri ilə görüşü". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.
  6. "Malta Kavalerlərinin Yerusəlimli Müqəddəs İoann Suveren Ordeninin Böyük Magistri Tornbyorn Paterno Kastello görüşü". 2019-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]