Polis Akademiyası (Azərbaycan)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası — zabit kadrları və sıravi polis nəfərləri hazırlayan xüsusi ali məktəb.[1]

Polis Akademiyası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Əvvəlki adı Bakı Xüsusi Orta Milis Məktəbi
Əsası qoyulub 1921
Tip Polis
Rektor Canpolad Daanov
Tələbə sayı 1325
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Şüvəlan qəsəbəsi
Sayt pa.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polis Akademiyası sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb kimi 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə təsis olunmuş, 1936-cı ilədək Bakı şəhərində fəaliyyət göstərmiş, 1936-cı ildən isə Mərdəkan qəsəbəsinə köçürülmüşdür. 1957-ci ildə Bakı Milis Məktəbi SSRİ DİN-in Bakı Xüsusi Orta Milis Məktəbinə çevrildi. Təhsil müddəti iki il müəyyən edilmişdi və məktəbi qurtaranlara orta təhsilli hüquqşünas diplomu verilirdi.

1957–1961-ci illərdə məktəb əyani, qiyabi şöbələr və təkmilləşdirmə kursları vasitəsilə Gürcüstan, Dağıstan, Kabarda-Balkariya, Altay, İrkutsk, Krasnodar, Kuybışev, Novosibirsk, Kemerovo, Saratov və onlarca başqa şəhərlər və respublikalar üçün peşəkar kadrlar hazırlayırdı.

Xəritə

Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanı və Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı qərarına əsasən Bakı Xüsusi Orta Milis Məktəbi zəminində Polis Akademiyası yaradıldı. Az bir müddət ərzində Akademiyaya I dərəcəli status verildi.

  1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası haqqında". www.pa.edu.az. 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.