Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə
Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir.
Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır.
Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir[1]:
— elmi tədqiqat institutunun strukturunu müəyyən edir
— elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir
— elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir
— ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır
Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranıb. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.