Elmir Akif oğlu İbrəhimov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elmir İbrəhimov | |
---|---|
Elmir Akif oğlu İbrəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Saatlı rayonu |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Daşaltı (Şuşa) |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Təltifləri |
İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi.[1]
Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib. Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb. Dostlarına silah-sursatı çatdırmağı isə bacarmışdı... 2021-ci ilin sentyabr ayında doğulduğu Saatlı rayonunda xatirəsini yaşatmaq üçün inşa edilən bulağın açılışı olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra "Vətən uğrunda" medalı və "Cəsur döyüşçü" medalı medalları ilə təltif edilib.