Elmira Əliyeva

Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü.[1]

Elmira Əliyeva
Əliyeva Elmira Hacımurad qızı
Doğum tarixi 12 sentyabr 1960(1960-09-12) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi Geologiya-mineralogiya elmlər doktoru
Elmi adı AMEA-nın müxbir üzvü
İş yeri ARDNŞ “Neftqazelmitədqiqatlayihə” İnstitutu[1]
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili
Mükafatları Azərbaycan Respublikasının Dövlət Mükafatı (2010)

Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[2]

Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.[3]

Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir.[2]

Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır.[2]

Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir.[1]

Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır. 17 doktorantın, dissertantın və magistrantın elmi rəhbəridir.[2]

O, müxtəlif ölkə universitetlərinin alimləri ilə əməkdaşlıq edib. E.Əliyevanın 200 yaxın elmi əsəri vardır.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Elmira Əliyeva səmərəli elmi və ictimai fəaliyyətinə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.[3]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. A multicomponent anomaly in the bottom sediments and seawater of the central part of the South Caspian depression. Geochemistry International, Vol. 38, #9, 2000. 921 −928 (həmmüəliflər İ. Guliyev və s.).

2. Sedimentation in a discharge — dominated fluvial — lacustrine system the Neogene Productive Series of the South Caspian Basin, Azerbaijan. 2004. Marine and Petroleum Geology, № 21, Issue 5, 613–638 (həmmüəliflər D. Xinds və s.).

3. Reservoirs of the Lower Pliocene Productive series at western flank of the South Caspian basin. 2005. Lithology and Mineral Resources, Vol.40, #3, Moscow, 267–278.

4. Two deltas, two basins, one river, one sea: The modern Volga delta as an analogue of the Neogene Productive Series, South Caspian Basin. 2005. SEPM (Sedimentary Geology) Special Publication 83, River Deltas – Concepts, Models and Examples, Tulsa, Oklahoma, U. S. A, 231–256 (həmmüəliflər S. Krunenberg və s.).

5. Development of the Kura delta, Azerbaijan: a record of Holocene Caspian sea-level changes. 2005. Marine geology, vol.223, 359–380 (həmmüəliflər J. Boels və s.).

6. Environmental control on source rocks and reservoirs accumulation in the Jurassic series of the MCB south-western flank. Proceedings of the International Conference of European Association of Geosciences and Engineers "Petroleum Geology & Hydrocarbon Potential of Caspian and Black Sea Regions", Baku, 2008 (həmmüəliflər Ə. Feyzullayev və s.).

7. Pliocene deep reservoirs in the South Caspian basin. Proceedings of 74th EAGE Conference & Exhibition, Copenhagen, Denmark, 2012.

8. Contrasting Pliocene fluvial depositional systems within the rapidly subsiding South Caspian Basin; a case study of the palaeo-Volga and palaeo-Kura river systems in the Surakhany Suite, Upper Productive Series, onshore Azerbaijan. 2010. Marine and Petroleum Geology, № 27, 2079–20106 (həmmüəliflər S. Vinsent və s.).

9. The elemental stratigraphy of the South Caspian Lower Pliocene Productive Series. 2013. STRATI 2013. Springer Geology 2014. 827–831 (həmmüəliflər A. Əlizadə və s.).

10. А magnetostratigraphic time frame for Plio-Pleistocene transgressions in the South Caspian Basin, Azerbaijan. 2013. Global and Planetary Change, Elsevier, volume 103, 119–134 (həmmüəliflər K. Van Baak və s.).

11. Onset of Maikop sedimentation and cessation of Eocene arc volcanism in the Talysh Mountains, Azerbaijan. Geological Society London, Special publications, № 428, 2015 (həmmüəliflər A. van der Boon və s.).

  1. 1 2 3 "Əliyeva Elmira Hacı Murad qızı" (az.). science.gov.az. 2017. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-22.
  2. 1 2 3 4 "AMEA-nın MÜXBİR ÜZVÜ ELMİRA ƏLİYEVANIN YUBİLEYİDİR" (az.). https://www.gia.az. 11 sentyabr 2020. Archived from the original on 2024-02-15. İstifadə tarixi: 15 fev 2024.
  3. 1 2 "AMEA-nın müxbir üzvü Elmira Əliyevanın 60 yaşı tamam olur" (az.). https://science.gov.az. 11 sentyabr 2020. Archived from the original on 2022-01-16. İstifadə tarixi: 15 fev 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]