Elmira Əmrahqızı — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb.
Elmira Əmrahqızı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağstafa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Əmrah |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | jurnalist |
Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub.Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib.
1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb.
1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib.
"Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib.
1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb.
1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.
1990-cı ildə "Azadlıq" radiosu ilə əməkdaşlığa başlayır.
1993–1998-ci illərdə "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub.
"Qızıl qələm", "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. 27 fevral 1998-ci ildə dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn edilib.
İki oğlu və iki nəvəsi var.