Elmira Kərimova (aktrisa)

Elmira Kərimova (9 oktyabr 1972, Sumqayıt) — Azərbaycanın teatr və kino aktrisası, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının əməktar artisti. Sumqayıt Dövlət Dram Teatrının aktrisası.Prezident mükafatçısı.

Elmira Kərimova
Elmira Nəsir qızı Kərimova
Doğum tarixi 9 oktyabr 1972(1972-10-09) (51 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1997-ci ildən bu günə kimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2008

Həyatı[redaktə | mənbəni redaktə et]

Kərimova Elmira Nəsir qızı 1972-ci il, oktyabr ayının 9-da Sumqayıt şəhərində fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıt şəhər 27№-li orta məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə orta təhsilini başa vurmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinə qəbul olmuş, 1996-cı ildə "Musiqili Teatr Aktyorluğu" ixtisası üzrə tam kursu bitirmişdir.1997-ci ildə ailə vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikasına köçmüşdür. 1999-cu ildən 2013-cü ilin avqust ayına qədər C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrda çalışmaqla yanaşı, 2006-cı ilin dekabr ayının əvvəlindən 2015-ci ilin oktyabr ayının 23-nə qədər Naxçıvan Dövlət Uşaq Teatrında direktor vəzifəsində çalışmışdır. 2015-ci il, dekabr ayının 1-dən etibarən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin "Ədəbi-Bədii Verilişlər" redaksiyasında redaktor vəzifəsində çalışıb.2022-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor heyətinə qəbul edilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

2004-cü il 19 May tarixində Naxçıvan Muxtar Respublikasının əməktar artisti;2008-ci il 25 Sentyabr tarixində isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına,[1] 2006-cı ildə[2] ,2011-ci ildə[3] və 2018-ci ildə[4] Prezident mükafatına layiq görülüb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

1993-cü ildə teatr aktyoru və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Səmavi(1968-2021) ilə ailə həyatı qurmuşdur.İki övladı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Musiqili Dram Teatrında oynadığı rollar:

  • Ağabəyim ağa, Gülrux("Hökümdar və qızı","Şeyx Xiyabani" İ. Əfəndiyev)
  • Almas, Rəna, Firəngiz, Xumar ("Topal Teymur","İblis","Səyavuş","Şeyx Sənan" H. Cavid)
  • Şirin ("Fərhad və Şirin" S. Vurğun)
  • Qumru ("Dirilən adam", M. C. Paşayev)
  • Gilan ana ("Əlincə qalası", H. Arzulu)
  • Məhsəti ("Məhsəti", K. Ağayeva)
  • Çiçək ("Ana laylası", İ. Çoşqun) və s.

Naxçıvan Dövlət Uşaq Teatrında oynadığı rollar:

  • Tülkü, Nənə ("Meşə əhvalatı","Siçanların kələyi" B. İsgəndərli)
  • Cadugər ("İgidlik imtahanı", A. Salmanlı)
  • Fatı xala, Yuxu mələyi ("Daşdəmirin nağılı","Fəridin yuxsu" V. Səmavi)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  2. Azertag.az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Azertag.az. 15.05.2006. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.05.2006.
  3. e-qanun.az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). E-qanun.az. 13.05.2011. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.05.2011.
  4. e-qanun.az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). Anl.az. 09.05.2018. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.05.2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]