Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Elmira Kazımzadə (d. 1957, Bakı) – Azərbaycan alimi. Psixologiya sahəsindəki fəaliyyəti ilə tanınır.
Elmira Kazımzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | psixologiya |
İş yeri | |
Təhsili | Moskva Dövlət Universiteti |
Elmira Kazımzadə 1957-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.
1979-cu ildə Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirdikdən sonra BDU-nun pedaqogika və psixologiya kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə "Etnopsixoloji kontekslərdə özünüqiymətləndirmə faktorunun müqayisəli təhlili"nə həsr olunmuş elmi dissertasiya işini Kiyevdə Elmi Tədqiqat İnstitutunda müdafiə edib. 1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir.
1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlaqələndirici vəzifələrində çalışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim-tədris müəssəsilərində aparıcı ekspert statusu qazanıb. Son 10 ildə 5 beynəlxalq nəşrdə həmmüəllif olub. Xarici jurnallarda 20-dən çox məqaləsi nəşr olunub. 2007-2009-cu illərdə Ali Təhsilə Dəstək Proqramının Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərib. Tənqidi təfəkkür və reflektiv pedaqogika mövzusunda Azərbaycan və beynəlxalq layihələrin təşəbbüskarı olub. 2008-ci ildən ictimai əsaslarla Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində fəaliyyət göstərir. Təhsil Siyasəti Üzrə Beynəlxalq Şəbəkənin İdarə heyətinin üzvüdür.
Təhsil Proqramın Məsləhətçisi, Təhsil siyasəti və Tədqiqat üzrə Direktor - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi NGO Proqramın koordinatoru (hal-hazırda),[1] Ali Təhsilə Yardım Proqramı OSİ – Azərbaycan akademik cəmiyyəti. 1992-ci ildən bəri BDU, Sosial Elmlər və Psixologiya fakültəsi, Qender və Tədbiqi psixologiya kafedrasının müəllimi 1998-2004 Açıq Cəmiyyət İnstitunun Yardım Fondu – Azərbaycan, təhsil direktoru və icra directorun müavini.
İdarə etdiyi layihələr (bir sıra təşkilatların əməkdaşlığı ilə):