Elmira Mirzərza qızı Nəzirova (30 noyabr 1928, Bakı – 23 yanvar 2014, Hayfa) — Azərbaycan bəstəkarı, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).
Elmira Nəzirova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 23 yanvar 2014 (86 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulmuşdu. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor Georgi Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirmişdi. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdi. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü idi.
E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.
E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu[1].
E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdi.
1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.
2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi[2].
SSRİ-nin "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.
Professor Elmira Nəzirova 2014-cü il yanvarın 23-də İsraildə vəfat etmişdir[3].