Hayfa

Hayfa (İvritcə: חיפה; Ərəbcə: حيفا) — İsrailin şimalının ən böyük şəhəri və ölkənin üçüncü böyük şəhəridir.

Şəhər
Hayfa
ivr.חֵיפָה‏‎
ərəb. حَيْفَا
Bayraq Gerb
Bayraq Gerb
32°48′00″ şm. e. 34°59′00″ ş. u.HGYO
Ölkə  İsrail
Dairə [[Hayfa dairəsi]]
Mer Eynat Kaliş-Rotem
Tarixi və coğrafiyası
Əsası qoyulub 1761
Yaşayış məntəqəsi statuslu 1877
Sahəsi 63.67 km²
Mərkəzin hündürlüyü 475 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 278 903 nəfər (2016)
Sıxlığı 4223.9 nəf./km²
Aqlomerasiya 1 048 900
Milli tərkibi yəhudilər: 81.2%
ərəblər: 9.8%
druzlar: 0.1%
digərləri: 8.9%
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 4
Poçt indeksi 33000
Digər
haifa.muni.il
Hayfa xəritədə
Hayfa
Hayfa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsraildə sıx olaraq ərəb əhalisi yaşayan bir şəhərdir. Müqəddəs Kitablarda (Əhdi-i Atik, Tövrat) adı keçmişdir. Yəhudilər, Romalılar, Ərəblər, Səlibçilər, Osmanlılar Hayfanı idarə etmişlər. Kavalalı Mehmet Əli Paşanın şəhəri təkrar ələ keçirməsindən əvvəl Hayfa 1799-ci ildə Napalyon Bonapart tərəfindən işğal edilmişdir. Müqəddəs Kitablarda adı keçən Kermil Dağı Hayfadadır. Bu dağda xristianlıq, müsəlmanlıq və son olaraq Bahailik- üçün müqəddəs bir qalıq olan İlyas Peyğəmbərin mağarası da vardır. Həmçinin bu dağ yamaclarında Bəhai Dininin Dünya Mərkəzi ilə gözəlliyiylə tanınmış bağçaları və terraslar var.

Əhalisi 278 903 nəfər (2016-cı il). Hayfada 1948-ci ildə 98 600 insan yaşayırdı.

Versiyalardan birinə görə, şəhərin adı ivrit dilində ‏חוף יפה‏‎ "xof yafe" — "gözəl sahildir" deməkdir[1]. Səlibçilər şəhərin adını İsa Məsihin çarmıxa çəkildiyi dövrdə yaşamış baş kahin Kayafanın adıyla bağlayırdılar[2]. Daha bir versiyaya görə, bu ad aramey dilində "xaffa"-"sahil" sözündən yaranıb (aramey dili daha əvvəl bu regionda geniş yayılmışdı).

Hayfanın hələ Roma imperiyası dövründə əsası qoyulmuşdur. Talmud dövründə (III–V əsrlərdə) Hayfanın yerində çiçəklənən yəhudi qəsəbəsi mövcud idi. Səlibçilər dövründə (XI əsr) bura o vaxtlar üçün kifayət qədər böyük yaşayış məntəqəsi və əhəmiyyətli Aralıq dənizi limanı idi. Karmel dağında karmelçilərin ordeni yerləşirdi. 1880-ci illərin sonundan Hayfa böyük liman şəhəri və Fələstinin əsas dəniz qapıları olur. 1930-cu illərdə Hayfa qeyri-leqal immiqrasiyanın mərkəzi idi. Qeyri-leqal repatriant-yəhudilərin əksəriyyəti, həmçinin nasist Almaniyasından qaçqınlar Fələstinə Hayfa portu vasitəsilə çatırdılar. 1944-cü ilə yəhudilər həmin vaxt 128 min nəfər əhalisi olan Hayfanın əhalisinin əksəriyyətini təşkil edirdilər.[3]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
Hayfa bələdiyyəsi qarşısında qardaşlaşmış şəhərlərin adları həkk olunmuş daş piltə

Tarixlərin əsas mənbəyi — Hayfa bələdiyyəsinin rəsmi saytı (ing.).

  1. Winter, Dave. Israel Handbook: With the Palestinian Authority Areas. Footprint Travel Guides. səh. 560. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-13.
  2. "Рабби Авдими из Хайфы" (rus). IsraelInfo.ru. 20 августа 2010 года. 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.
  3. "Haifa Municipality – Aliya Web Site". .haifa.muni.il. 12 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2013.
  4. San-Fransisko Ensiklopediyası Arxivləşdirilib 2013-10-08 at the Wayback Machine (ing.)
  5. Turin Hayfa bələdiyyəsinin saytında qardaşlaşmış şəhər kimi qeyd edilməyib. Buradakı informasiyanın mənbəyi: http://www.comune.torino.it/relint/inglese/coordinamento/report05.pdf Arxivləşdirilib 2008-02-29 at the Wayback Machine (ing.).
  6. 25 dekabrda alyansın layihəsi təsdiqlənib; şəhərlərin qardaşlaşması haqqında müqavilə 1973-cü ilin yanvarında imzalanıb.
  7. Hayfa bələdiyyəsinin saytında Keyptaunun adı çəkilir, amma müqavilənin imzalanması haqqında heç bir şey deyilmir. 2006-cı ilin avqustuna olan məlumatlara görə bu iki şəhərin qardaşlaşması proqramı çərçivəsində heç bir fəaliyyət olmamışdır.
  8. MigNews saytındakı məlumata əsasən Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine (rus.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]